30 Mart 2017 Perşembe

Dəyirmiağızlılar sinfi. Xəzər Minoqası

Dəyirmiağızlılar  — Çənəsizlərə daxil olan sinif. Təkamülə görə onlar balıqların davamçıları hesab olunurlar.Bu heyvanların ağızları qıf və ya 🔺 şəkilli olub,çənələri yoxdur.Ox skeleti ixordadandır,kəllə qutusu və skeletin digər hissələri qığırdaqdandır.Burun dəliyi təkdir.
Bunlarda yoxdur
1.Çənələr
2.Cüt üzgəclər
3.Pulcuq
4.Xarici skelet
Dəyirmiağızlılara iki dəstə daxildir:

  1. Minoqa(ilanbalığıkimilər) 
  2. Miksinlərkimilər
1.Minoqa


 Xəzər minoqasının xarakterik əlamətləri.
  • Dənizdə yaşayır
  • Bədəni ilanvari,pulcuqsuz,seliklidir.Seliyin 2 funksiyasi var(bədəni sürüşkən edərək hərəkəti asanlaşdırır və bədən boşluğuna düşən yad cisimləri zərərsizləşdirmək.)
  • Qurluşuna görə ilana bənzəyir,yaşayış tərzinə görə isə balıqlara lakin heç bir ilə qohumluğu yoxdur.
  • Cəmi 2 ədəd tək üzgəci(bel və quyruq) vasitəsi ilə hərəkət edirlər.
  • Ağızda ixtisaslaşmamış sadə dişlər və löhvə şəkilli dili var.
  • Başın üstündə hissetmə orqanı olan yan xətt orqanı var.
  • Başın yanlarıda hər iki tərəfdə 7 qəlsəmə dəliyi(cəmi=14) var
  • Parazitlik edir bəzi balıqlara yapışaraq onları sorur.
  • Ömründə 1 dəfə nəsil verir və ölür.
  • Əti dadlıdır və yeyilir.
Təkamüldə ilk dəfə mədəaltı vəzi dəyirmiağızlılarda yaranıb.

2.Miksinkimilər-bədənlərinin uzunluğu 45-70 sm olur.

Hiç yorum yok:

Yorum Gönder