15 Nisan 2017 Cumartesi

Heyvanlar aləminin ənləri



Bir sürət timsali olaraq göstərilən leopard, 2 saniyə kimi bir müddətdə saatda 70 kilometr sürətə çıxar. 4.5 saniyədə isə 100 kilometr sürətə çatar həm də heç çətinlik çəkmədən. Edə biləcəyi son sürət isə saatda 140 kilometr. 4.5 saniyədə çatdığı 0-100 km/saat sürət dəyəri isə, bir Ferrari F360 Modenanın 0-100 km/s sürətlənmə dəyərinə bərabərdir. Ayrıca 140 kilometr sürətdəykən belə heç bir avtomobilin və motorshikletin edə bilməyəcəyini edər və inanılmaz bir bucaq ilə çox sərt döngələr edər.Maksimum sürətini yalnız 4-5 saniyə davam etdirə bilər.
Greyhaund
Uzun məsafədə sürətli qaça bilmə rekordu isə greyhound it cinslərinə aiddir. Bir greyhound təxminən 90 kmlik sürətini 1,5 km boyunca qoruya bilər.
Qartal
Havadakı ən sürətli canlılar isə qartallardır. İti gözləriylə ovunu hədəflədiyi anda inanılmaz bir sürətlə aşağıya doğru enişə keçərlər. Bu eniş əsnasında saatda təxminən 322 km sürət edərlər. Böyük qartallar ovlarına çox sürətli çarparlar.Aquila irqi qartallar saatda 340 kilometr sürət edərək bu rekordu əllərində tutmaqdadırlar.

Qılınc balığı
Dənizlərdəki sürət rekordu 110 km/s ilə qılınc balığına aiddir.


Ən güclü heyvanlar

Vəhşi təbiətdə ovlanan yırtıcılar, afrika filləri, kərgədan əzələ gücü deyildiyində ağla gələn canlılar. Ancaq bu mövzunu dəqiqləşdirəcək real bir meyar olmadığından sıralama meydana gətirəcək bir qaynaq tapa bilmədik. Yenə də qarışqaların ağırlıqlarının 50 qat böyük yükü qaldıraraq bütün canlıları qabaqladıqı söylənilə bilər. 


Güclü sıralamasında ölçüləbilər bir parametr olan 'dişləmə qüvvəti' təyin edici ola bilər.
Timsah-ən güclü çənəyə malikdir.
Timsahların, bütün canlılar aləmində ən güclü çənəyə sahib varlıqlar olduğu müəyyən olundu. Mütəxəssislər, etdikləri araşdırmalar nəticəsində, timsahların dişləmə gücünün kaftarlar, aslanlar və hətta köpək balıqlarından daha çox olduğunu təyin etdi.
Alliqator
Florida Zooloji Universiteti tərəfindən edilən araşdırmanın nəticəsinə görə, 4 metrlik orta boy bir 'alligatorun dişləmə gücü 963 kiloqrama çatır. Böyük boy alligatorların dişləmə gücünün isə 1340 kiloqrama qədər çıxdığı bildirildi. Çaylarda yaşayan bəzi tısbağaların qalın qabıqlarını belə bu dişləmə gücüylə parçalaya bildikləri hesabat edilmişdir. Bu sırada ikinciliyi gözlənilməz bir şəkildə quru tısbağalar götürməkdədir. 1000 kiloya qədər dişləmə gücü meydana gətirə bildikləri müəyyən olunmuşdur. Bu sırada bürünc medalı 900 kiloqramı dişləmə gücüylə kaftarlar götürməkdədirlər.


Ən dərinə üzə bilən balıqlar
Amber balığı
Rekord Balinagillərdən amber balığına aiddir.Amber balığı bir nəfəs alış ilə 3000 metr dərinə üzüb gedə bilər. Delfinlər də balinalardan sonra ən dərinə enən ikinci növdür. Bunu edə bilmək üçün hər iki növ də maraqlı bir şəkildə ağciyərlərini boşaldarlar. Lakin oksigen olmadan necə bu qədər uzun müddət dayana bilər və hətta əzələ hərəkəti edə bilərlər? Bunun sirri əzələlərindəki çox yüksək nisbətdəki "mioglobin" zülalıdır. Bu mioglobin zülalları, çox yüksək miqdarda oksigen molekulunu öz üzərlərinə bağlar və mühafizə edərlər. Yəni canlı üçün lazım olan oksigen, ciyərdəki havada deyil, doğrudan əzələlərin içində saxlanar.


Ən uzun ömürlü heyvan 



Həyatda müddəti bilinən ən uzun ömürlü heyvan 177 il Galapagosda yaşayan nəhəng çanaqlı bağadır (Geochelone Elephantopus). Bunu 123 il ilə qutu çanaqlı bağası (Terrapene Carolina), 100 il ilə də uzun balina (Balaenoptera Physalus) izləyir.
Ən uzun müddət ac qala bilən heyvan 

Pinqivin134 günə qədər müddəti ilə erkək imperator pinqvini. Gerçək bir super ata olan imperator pinqvini dişinin buraxdığı yumurtaya uzun antartika qışı boyunca səbirlə yanından bir an belə ayrılmadan baxar. Bu müddət boyunca heç bir şey yemədiyi kimi mədə suyu ilə meydana gətirdiyi bir maddə ilə balalarını bəsləyərlər. Bu əsnada bədən ağırlıqlarının üçdə birini itirərlər. Dişilər, təxminən üç kiloqram ön həzmə uğramış balıq ilə geri dönərlər. Balaların bəslənməsi işini geri alan dişilər ancaq bundan sonra kişilərin yenidən yemək yeməsinə fürsət tanıyarlar.


Ən uzun müddət susuz qala bilən heyvan

DəvəMövzunun təbii ki mütəxəssisi dəvədir. Heyvan bu sayədə tam 3 həftə su içmədən yaşaya bilər. Bu sırada bədən ağırlığının %33ünü itirər. Eyni şərtlər altında insan, bədən ağırlığının %8ini itirər və 36 saat içində bədən suyununu tamamilə itirərək ölər.
Dəvənin susuzluğa dayanıqlılığını təmin edən bir başqa əhəmiyyətli xüsusiyyəti, gündüz bədən istiliyini 41°C'-yə qədər çıxardan bir mexanizmə sahib olmasıdır. Bu sayədə gündüz həddindən artıq səhra istisində su itkisini minimum səviyyədə tuta bilməkdədir. Soyuq səhra gecələrində isə bədən istiliyini 30°C'yə qədər sala bilməkdədir.Heyvan, çox böyük və qıvrımlı burun sayəsində, havadakı nəmin %66ını tuta bilməkdədir. Ancaq dəvələr bu mövzuda mütəxəssis olsalarda rekordçu deyildirlər. Siçanlar daha uzun müddətlər su içmədən həyatda qala bilməkdədirlər.


Ən ağır heyvan

Mavi balinaGünümüz dünyasında yaşayan heyvanlar arasında ən böyük olanı olduqca açıq arayla mavi balina. Boyu 30 metrin üzərinə çıxa bilən bu canlının ağırlığı da 150 tona çata bilir. Göy balina olaraq da adlandırılan növün ortalama həyat müddətləri 80 il. İki ya da üç ildə bir doğum edən növün hamiləlik müddəti bir ildir.

20-ci əsrin əvvəllərində ovlanmağa başlamadan əvvəl 150 min ilə 200 min arasında olduğu təxmin edilən mavi balinaların ovlanması, balina yağlayarının sənayedə istifadə edilməyə başlanmasından sonra sürətləndi. Mavi balinaların tək 1930-31 mövsümündə 30.000 ədəd ovlandığı təxmin eidlir. Təəssüf ki, günümüz ədədlərinin 6500 ətrafında olduğu bilinir.

Ən böyük heyvan

FilQuruda yaşayan canlılar arasında ən böyük olma mükafatı indiki vaxtda afrika filinə aiddir. 4-5 metrə yüksəkliyi ilə agırlığı 4-5 ton qədər ola bilməkdədir.


Ən çox yemək yeyən heyvan

Dünyanın ən çox yemək yeyən heyvanı bir tırtıl növüdür. Şimal Amerikada yaşayan bu canlı həyatının ilk 56 günündə bədən ağırlığının 86 min misli qədər yemək yeməkdədir.


Ən yüksəyə tullanan heyvanlar 


Bir İngilis heyvan alimin etdiyi araşdırma, dünyanın ən yaxşı yüksək atlayıcısının 6 mm boyundakı çayır köpüyü böcəyi olduğunu təyin etdi. Elm adamının etdiyi araşdırma nəticələrinə görə, çayır köpük böcəyi 70 smdən daha çox tullana bilir. Avqust böcəyini xatırladan çayır köpük böcəyi philaenus spumarius, arxa qıçlarını istifadə edərək özünü yüksəyə ata bilir. Böcək, bir növ kilid sistemi sayəsində qıçlarında yığa bildiyi əzələ enerjisini tullanmaq üçün istifadə edir. Araşdırmaçıların fikirinə görə, insan çayır köpüyü böcəyinin qabiliyyətinə sahib olsaydı 200 metrlik göydələnin üzərindən rahatca atlaya biləcəkdi. Gözlənilənin əksinə birə bu mövzuda ancaq ikinciliyi ala bilməkdədir.



Ən zəhərli heyvanlar 

Kolombiyada yaşayan dart poison frog adlı qurbağa ilanların bu mövzudakı səslərini az qala geridə qoyur. Yalnız 2 sm boyunda olan bu qurbağa ifraz etdiyi zəhərlə 150 insanı ya da 30.000 siçanı eyni anda öldürə bilir. Bədəninin hər yeri zəhərlə qablı olan bu canlıyla yalnız dəri təması etmək zəhərlənmək üçün kifayətdir. Digər maraqlı xüsusiyyəti təhlükə hiss etmədiyi müddətcə əlinizə ala bilmənizdir.


İlan növündən taipan adlı və avstraliyada yaşayan bir irq ancaq ikinciliyi ala bilməkdədir. Zəhəri 100 insanı öldürə biləcək gücdədir və beş metr məsafədən təsirlidir. Quru mamba adlı Afrika ilanı 90 insan öldürə biləcək gücdə zəhər daşıdığından üçüncü sırada iştirak edir. Qutu dəniz anası olaraq adlandırılan bir növ medusa da 70 insanı öldürə biləcək tutumda bir zəhərə malikdir və bu sahədə dördüncülük ünvanını götürməkdədir.


Ən sürətli törəyən heyvanlar

Məməlilər içində artıma sürəti ən yüksək olan siçanlardır. Dişi siçanın bir hamiləlikdə doğurduğu bala sayı 18-ə çata bildiyi və ildə 4-5 dəfə doğum edə bildiyi üçün, bir cüt siçan ildə yüzə yaxın bala sahibi ola bilərlər


Hiç yorum yok:

Yorum Gönder