15 Nisan 2017 Cumartesi

Qan damar sistemi, təkamülü, inkişafı

Qan dövranı ilk dəfə Protozoy erasında yaranıb.Qan damar sisteminin izahını İlk dəfə Uliyam Harvey vermişdir.
Qan damar sistemi 2 tipdə olur.
1.Açıq qan damar sistemi
Bu tip dövran sistemi molyusklar və buğumayaqlılar kimi onurğasızların böyük bir qisminə aiddir. Onurğasızların əksəriyyətinin bədənində sirkulyasiya edən hemolimfa adlanan maye vardır. Heyvanlar hərəkət edərkən yaranan əzələ hərəkətlərini hemolimfa təmin edir. Lakin maye axışının bir hissədən digərinə istiqamətləndirilməsi məhduddur. Ürək boşaldığında qan açıq məsamələr vasitəsilə ürəyə geri dönür. Hemolimfa bədənin içini (hemosöl) tamamilə əhatə edir və bütün hüceyrələrə sarılır. Hemolimfa su, duzlar və orqanik mürəkkəblərdən meydana gəlir. İlk oksigen daşıyıcı molekul isə hemosiyanindir. Hemosiyanində kapilyar damarlar yoxdur. Ayrıca, hemosit olaraq adlandırılan hüceyrələr vardır ki, bunlar hemolimfada müstəqil bir şəkildə sirkulyasiya edir .
 Açıq qan dövranı  Buğumayaqlılarda(xərçəng,hörümçək.may böcəyi və.)dərisitikanlılarda ( dəniz ulduzu və s.), oynaq qıçlılarda (hörümçəkarıağcaqanad və s.) və yumşaq bədənli onurğasızlarda (dəniz anası və s.) rast gəlinir.
Açıq qan damar sisteminə malik heyvanlarda ürəyin kameralarının sayından asılı olmayaraq ürəkdə yalnız arterial qan olur.
Böyük göl ilbizi-2kameralı ürək-ürəkdə arterial qan olur
Anadonta -3kameralıl ürək -ürəkdə arterial qan olur
Buğumayaqlılarda - ürəkdə aretial qan olur.(açıq qan damar sistemi olduğuna görə)

Açıq qan damar sisteminə malik heyvanlara ürəkdə arterial qanın olmasının səbəbi
Bu sistemdə ürəkdən çıxan  arterial qan  bütün bədənə paylanaraq orqanları oksigenlə təmin edir,veoz qana çevrilir və təmizlənmək üçün tənəffüs orqanlarına gedir,orada arterial qana çevrilərək bədən boşluğina yığılır və buradan da ürəyə qayıdır.

2.Qapalı qan damar sistemi
Qapalı qan dövranı sisteminin ana strukturları ürək, qan və qan damarlarıdır. Bütün onurğalıların və həlqəvi qurdlardan-soxulcanın,ilə başıayaqlı molyuskaların dövran sistemləri qpalıdır- yəni qan, qan damarlarından ibarət olan sistemdən çıxmayaraq bu damarlar sisteminin içində gəzir. Qan damarları arteriya, kapilyar və venalardan ibarətdir. Arteriyalar oksigenləşmiş qanı toxumlara daşıyarkən, venalar oksigenləşməmiş qanı ürəyə geri daşıyar. Qan arteriyalardan venalara kapilyar damarlar vasitəsilə keçir,qazlar mübadiləsi  kapilyar damarlarda baş verir.Kapliyar ən incə və ən çoxsaylı qan damarlarıdır. 

Ürək 
Qan damar sistemində ürək inkişaf etmiş canlılarda ürəyin kameralarının sayından asılı olaraq ürəkdə müxtəlif cür (arterial,venoz,qarışıq)qan olur.Bu yalnız qapalı qan damar sisteminiə aiddir.

1.İkikameralı ürəkdə yalnız venoz qan olur.(Minoqa,Balıqlar)
2.Üçkameralı ürəkdə sol qulaqcıqda-arterial,sağ qulaqcıda -venoz,mədəcikdə -qarışıq qan olur.(Suda-quruda yaşayanlar,Sürünənlər)(arterial+venoz=qarışıq)
3.Dördkameralı ürəkdə sol hissədə arterial,sağ hissədə venoz qan olur.(Quşlar, Məməlilər )






Qan dövranı — orqanizmdə qanın hərəkətidir. Ürəyin yığılması ilə qan ürəkdən damarlara qovulmağa başlayır. Qan dövranında oksigenlə zəngin arterial qan sol mədəcikdən aorta və arterialar vasitəsilə bədən üzvlərinə daşınaraq, kapilyarlar vasitəsilə toxumalara daxil olur, buradan da toxumalarda toplanan karbon qazı ilə zənginləşmiş venoz qan toplayıcı venalarla aşağı və yuxarı boş venalara keçərək ürəyin sağ qulaqcığına daxil olmuş olur. Qan dövranı "kiçik qan dövranı" və "böyük qan dövranı" olmaqla iki yerə ayrılır. 
İki qan dövranına malik heyvanlarda bu proses belə gedir.

Böyük qan dövranı zamanı -arterial qan venoz qana çevrilir.Qan(arterial)  sol qulaqcıqdan →Mədəciyə→bütün orqanizmə→(venoz qan)sağ qulaqcığa tökülür.

Kiçik qan dövranı zamanı-venoz qan arterial qana çevrilir. Qan (venoz) sağ qulaqcıqdan→ mədəciyə→tənəffüs orqanına→(arterial qan)sol qulaqcığa tökülür.





İnsanda ürəyin inkişafı
İnsan rüşeyminin 3-4 həftəliyində ürək 2 endotelial boru şəklində əmələ gəlir, sonra isə bu borular birləşərək 2 kameralı ürəyə çevrilir. İnkişafın 6-cı həftəsində qulaqcıq arakəsmə ilə sağ və sol kameralara ayrılır ki, 2 aylıqda da mədəcik 2 hissəyə bölünür. Yəni 2 aylıqda ürək 4kameralı olur.Anabətn dövründə ürəyin sağ qulaqcığı ilə sol qulaqcığı arasında oval dəlik olur ki, bu da qanın sağ qulaqcığından sol qulaqcığına keçməsinə şərait yaradır. Həmin dövrdə ürəyin mədəcikləri nisbətən zəif inkişaf edir. Uşaq doğulduqdan sonra qulaqcıqlar arasındakı dəlik fizioloji əhəmiyyətini itirir və 5-7 aylığında tamamilə bağlanır. Embrional inkişaf dövründə ürək kütləsinin artması da maraq dogurur. Rüşeymin ümumi kütləsi 1q olduqda ürəyin kütləsi 10 mq olur, uşaq anadan olduqda isə ürəyin kütləsi 20 mq-a bərabər olur, uzunluğu 3,3 sm-ə, eni 3,2 sm-ə yaxın olur.
Ürəyin ayrı-ayrı kameralarının postembirional dövrdə də inkişafı müxtəlifdir. Anadan olandan sonra birinci il qulaqcıqların böyüməsi mədəciklərin böyüməsindən üstün olur, sonra isə onlar eyni səviyyədə böyüyürlər, 10 yaşdan sonra isə mədəciklərin böyüməsi qulaqcıqların böyüməsindən daha intensiv gedir. Ürəyin kütləsi yaşla əlaqədar olaraq dəyişir. Bu göstərici uşaqlarda (0,63-0,80%), yaşlılarda (0,48-52%) nicbətən çox olur. Təzə doğulmuş oğlan uşaqlarında ürəyin kütləsi qızlara nisbətən çox olur, 12-13 yaşında, əksinə olur. 16 yaşından başlayaraq oğlanlarda ürəyin kütləsinin artımı müşahidə olunur.
Döldə qan dövranı
Plasentadan dölə göbək venası, döldən plasentaya isə cüt göbək arteriyası gəlir. Bu damarlar birləşərək göbək çiyəsini əmələ gətirir, o isə göbək nahiyəsindən başlayır və plasentaya qədər uzanır. Hamiləliyin axırında göbək çiyəsinin uzunluğu 50-60 sm-ə çatır. Dölün qanının oksigenlə zənginləşməsi, karbon qazından azad olması plasentada baş verir. Ancaq dölün toxumaları qanla təmin olunur.
Plasentadan arterial qan göbək venası ilə dölün orqanizmə daxil olur. göbək venası qaraciyərə yaxınlaşanda 2 şaxəyə ayrılır. Bunlardan biri vena axarı şəklində aşağı baş venaya, digəri isə qapı venasına açılır. Burda arterial qan venoz qanla qarışır və qaraciyər venası vasitəsilə aşağı-boş venaya tökülür. Beləliklə aşağı boş venada ilk dəfə olaraq venoz qan arterial qanla qarışır. Aşağı boş vena vasitəsilə qarışıq qan dölün ürəyinin sağ qulaqcığına həm də yuxarı baş vena ilə venoz qan gəlir və qan 2-ci dəfə qeyri-bərabər qarışır. Nisbətən arterial qan sağ qulaqcıqdan sol qulaqcığa oval dəliklə daxil olur, sonra mədəciyə tökülür, ordan isə ortaya vurulur.
Sağ qulaqcıqdakı çirkli venoz qan ürəyin qığılması nəticəsində sağ mədəciyə, ordan isə ağciyər arteriyalarına qovulur. Qeyd etməliyik ki, ağciyərə qanın çox cüzi hissəsi gedir və 4 ədəd ağciyər venası vasitəsilə ürəyin sol qulaqcığına qayıdır. Ağciyərlər embrional inkişaf dövründə fəaliyyət göstərmir. Dölün ağciyər arteriyası enli arterial axarla (botal axarı) aorta ilə birləşmişdir. Sağ mədəcikdən vurulan qanın əsas kütləsi həmin axarla böyük qan dövranına vurulur ki, orda da qan 3-cü dəfə qarışır. Qarışıq qan böyük qan dövranı ilə orqan və toxumalara çatdırılaraq qida maddələrini və oksigeni verir, karbon qazı və maddələr mübadiləsinin artıq məhsulları ilə zəngin qan isə göbək arteriyası ilə plasentaya qayıdır. Göründüyü kimi hər 2 mədəcik qanı böyük qan dövranına vurur. Arterial qan ancaq göbək venası və vena axarı ilə axır. Dölün bütün arteriyalarında isə qarışıq qan axır. Uşaq dünyaya gəldiyi andan başlayaraq plasentar qan dövranı dayanır, göbək çiyəsinin kəsilməsi ana ilə döl arasındakı əlaqəni pozur. Ağciyər açılır, qan ağciyər arteriyası ilə həmin yerə vurulur.

Klarnet dinləmək qan dövranını tənzimləyir

Hiç yorum yok:

Yorum Gönder