21 Nisan 2017 Cuma

Hüceyrə səviyyəsində çoxalma-Amitoz

Hüceyrə səviyyəsində çoxalma 3 formada həyata  keçirilir
1.Amitoz bölünmə
2.Mitoz bölünmə
3.Meyoz  bölünmə


Amitoz bölünmə-sadə bölünmə üsuludur,hüceyrələr iki yerə bölünməklə çoxalır.Lakin bu zaman hüceyrənin hissələri (nüvə sitoplazma) və irsi məlumatlar qeyri- bərabər bölünür.Bölünmə vətərləri əmələ gəlmir.Xromosomların yoğunlaşması və nüvə pərdəsinin itməsi baş vermir.Xromosomlar yoğunlaşmadıqları üçün işıq mikraskopunda görünmürlər.Bu bölünmə üsulu zamanı enerji az sərf olunur.
Enerjinin istifadəsinə gorə bir neçə formada bölünmə tipi olur.
Amitoz gedən hüceyrələr aşağıdakılardır.
  • Birhüceyrəli orqanizmlər (məs: infuzorun böyük nüvəsi)
  • İltihab həyata keçirən hüceyrələr
  • Regenerasiya həyata geçirən hüceyrələr
  • Xəstə və qoca hüceyrələr
  • Qaraciyər hüceyrələri
  • Dalaq hüceyrələri
  • Gözün buynuz qişası hüceyrələr
  • Döl qişasının hüceyrələri
  • Endosperm hüceyrələri
  • Dişiciyin yumurtalıq divarındakı hüceyrələr
  • Yarpaq saplağının parenxim hüceyrələr
  • Kartofun inkişaf edən  gövdə yumrusunda

 

Hiç yorum yok:

Yorum Gönder