22 Nisan 2017 Cumartesi

Qatırquyruğukimilər sinfi

Qatırquyruğukimilər və ya buğumlular -30 a yaxın növü var. Azərbaycanda 5 növü var.Qazıntı halında tapılan ağacşəkilli formaları daş kömür dövrünün meşələrini gətirmişlər.
Əlamətləri         

  • Çox illik ot bitkiləridir.
  • Yaxşı inkişaf etmiş kökümsova malikdir.Kökümsovdan əlavə köklər çıxır.
  • Yerüstü zoğfu dikduran və ya sərilən formada ,içərisi boş olur,buğumlara ayrılır.
  • Buğumlarda kiçik.pulcuqşəkilli,boruya çevrilmiş və yarpaqlar topa ilə düzülüb.
  • Buğumlarda budaqlar və yarpaqlar topa halında yerləşib.
  • Fotosintez yaşıl gövdədə və yarpaqlarda gedir.
  • Bəzi zoğların ucunda spordaşıyan sünbülcük olur.
  • Sporla çoxalırlar.
  • Mayalanması üçün su  vacib amildir.

Buğumlular şöbəsinə təkamülündən asılı olmayan, inkişafı paralel yollarla getmiş 2 sinif daxildir:
  1. Sfenofillər və ya pazyarpaqlılar
  2. Qatırquyruğu
Qatırquyruğunu çoxalması
Yazın əvvəlində   qatırquyruğunun kökümsov gövdəsindən -xırda yağpaqcığı olan- qonur rəngli zoğlar əmələ gəlir.Həmin zoğların təpəsində sünbülcüklər yerləşir.Sünbülcüklər çoxsaylı qalxancıqdan ibarətdir.Hər qalxancığın alt tərəfində sporangilər yerləşir.Müasir qatırquruğukimlərdə sporongilər (sporongi daşıyan orqanlar) qalxanabənzər formadadırlar,lakin məhv olmuş qədim buğumlarda bunlar yarpaqşəkilli formadan başqa bütün müxtəlif formalarda olmuşlar. Buğumluların əksəriyyəti bərabərsporludur. Lakin az sayda məhv olmuş növlər müxtəlifsporlu olmuşdur.Sporların 2 nazik lentşəkilli çıxıntısı var.Həmin çıxıntılar rütubətdən asılı olaraq burulub,açılır. Sporlar əlverişli şəraitdə cücərərək protala çevrilir. Protalda qametlərin birləşməsi (arxeqoni və antredidə) baş verir.Bəzi sporlar erkək (qametofit) digəri isə dişi cücərtilər verir.Erkək cücərtilərdə çox qamçılı spermatozoidlər,dişi cücərtidə isə yumurta hüceyrə daşıyan -arxeqoni yerləşir.Dişi cücərtilər nisbətən iridir.Bu cücərtilər cinsi nəsli təmsl edir.Su sayəsində spermatozoidlər yumurtahüceyrəni mayalandırır. Su olmasa spermatozoidlər hərəkətsiz qalır.Mayalanmış yumurtahüceyrədən- ziqotdan-çoxillik sporofit inkişaf edir.


Bu sinfə 2 sıra aiddir.
  1.  Kalamitlər (Məhv olmuş)
  2. Qatırquyruğular( Hazırda yaşayan )
Qaturquyruğuların əhəmiyyəti

  • Böyrək xəstəliklərinin müalicəsində istifadə olunur.
  • Qan kəsici kimi istifadə olunur.
  • Dərman hazırlanır.

Hiç yorum yok:

Yorum Gönder