25 Nisan 2017 Salı

Hüceyrə səviyyəsində çoxalma-mitoz

Mitoz bölünmə- Mitos "sap" deməkdir.Çoxhüceyrəli heyvanlar və bitkilər mitoz yolla çoxalırlar.Bu bölünmədə hüceyrələr xüsusilə eukariot hüceyrələrin nüvəsində  böyük dəyişiklik baş verir.Nüvdəki xromosomlarda ardəcəl olaraq bir sıra dəyişiklik baş verir. Orqanizmin bədən hüceyrələrində xromosomlar normal halda cüt-cüt olur.İnsan bədəninin hüceyrələrində 23 cüt  yəni 46 xromosom var.
Hər hüceyrə bölünməsindən əvvəl hər bir xromosomun surəti hazırlanır.Mitoz bölünmə zamanı iki eyni hüceyrə hasil olur,alınan yeni hüceyrələr valideyn hüceyrələri ilə eynidir. Onlar valideyn hüceyrəsində aşkar olunan eyni genləri daşıyan 23 cüt xromosomdan ibarətdir.
Hüceyrələr bölünmədiyi dövrlərdə  və bölünmələr arası  müddətdə interfaza mərhələsində olur.Mitoz bölünmə baş verməzdən əvvəl  də interfaza baş verir.İnterfaza dövrü 3 mərhələdən ibarətdir.
            İnterfazanın mərhələləri

Mitoz  bölünmə bir -birinin ardınca baş verən 4 mərhələdən ibarətdir.
Mitoz bölünmənin mərhələləri
Mərhələ
Xüsusiyyətləri
1.Profaza("pro-ilk)








Hüceyrənin nüvəsi həcimcə böyüyür, nüvə şirəsinin qatılığı azalır. Spirallaşma nəticəsində nüvə şirəsində olan sapşəkilli xromosomlar qısalır, yğunlaşır və işıq mikroskopunda daha aydın görünür. ikiləşmiş sentriollar (sentriola malik hüceyrələrdə) qütblərə çəkilir. Sentriollar qütblərə çəkildikdən sonra bölünmə vətərləri yaranmağa başlayır. Profazanın sonunda nüvə pərdəsi (qılafı) ayrı-ayrı hissıciklərə parçalanaraq əriyir. Həmin hissəciklər endoplazmatik şəbəkənin membranlarına birləşir. Profaza boyu xromosomların qalınlaşması davam edir, sonra nüvəcik itir. Nüvə pərdəsi və nüvəcik itdikdən sonra xromosomlar sərbəst şəkildə sitoplazmada yerləşir.

Bu dövrdə hər bir xromosomun həm sayı, həm də iki xromatidli olması müəyyənləşdirilə bilər.
2.Metofaza-"meta-kənar"





Xromosomların spirallaşması ən yüksək səviyyəyə çatır və qısalmış xromosomlar hüceyrənin ekvator hissəsinə doğru irəliləyərək, metafaza lövhəsini əmələ gətirir. Hər bir xromosoun sentromerinə qütblərdən bir vətər teli birləşir. Metafazada bölünmə vətərlərinin yaranması başa çatər və xromosomlar qütblərdən bərabər məsafədə yerləşir. Bu dövrdə xromosomların ikixromotidli olmaları daha aydın görünür. Onlar yalnız sentromer hissədə bir-biri ilə birləşmiş vəziyyətdə olurlar. Bu səbəbdən metafazada xromsomları saymaq və morfoloji xsusiyyətlərini təyin etmək daha asan olur.
3.Anafaza "ana"-yuxarı

Anafazada xromosomların xromotidləri bir-brindən tam ayrılaraq qütblərə çəkilirlər. Bu vaxtdan etibarən xromotidlər sərbəst xromosomlar hesab olunur. Xromotidlərin ayrılması anafazada xromosomların sayını iki dəfə artırır.(2n)
4.Telofaza"telos"-son




Qütblərə çəkilmiş xromosomların spiralları açılır, onlar görünməz olurlar. Sitoplazmanın membran strukturundan yenidən nüvə qılafı əmələ gəlir və nüvəcik formalaşır. Nüvə bölünməsinin ardınca sitoplazma da ikiyə bölünür. Heyvan hüceyrəsində qılaf nazik olduğu üçün o, ortadan bölünərək iki qız hüceyrə əmələ gətirir. Bu hüceyrələrin hər biri ana hüceyrədə olduğu kimi diploid xromosom yığımına malik olur. Bitki hüceyrələrində qalın hüceyrə divarı olduğu üçün hüceyrələrin orta hissəsində eninə yerləşmiş lövhə əmələ gəlir və o, kənara doğru uzanaraq hüceyrəni ortadan ikiyə bölən plazmatik membran yaradır. Membranın yaranmasından sonra sellüloza mənşəli hüceyrə divarı əmələ gəlir.

           Mitoz bölünmə zamanı gedən prosesin izahı

Mitoz bölünmənin əhəmiyyəti
Əmələ gələn yeni qız hüceyrələrdə xromosomlar bərabər paylnmasıdır.Nəticədə qız hüceyrələr arasında irsi məlumat bərabər paylanır və sonrakı nəsillərdə xromosom sayı sabit qalır.Bu proses orqanizmin embirional inkişafı zamanı orqanizmlərin böyüməsi,baş verən zədələnmələrdən sonra orqan və toxumaların bərpası kimi  vacib funksiya daşıyır.
Qeyri-cinsiyyətli çoxalmanın əsasını- mitoz bölünmə zamanı xromosomların ikiləşməsi təşkil edir.


Hiç yorum yok:

Yorum Gönder