22 Nisan 2017 Cumartesi

Plaunkimilər


Plaunkimilər(qurdayağı)-psilofitlərdən əmələ gəlmişdir.300 milyon il bundan qabaq geniş yayılmışlar.İndi əsasən iynəyarpaqlı meşələrdə olur.Plaunlar nadir bitkilər sayılır.Ona görə də bəzi növləri "Qırmızı kitaba" salınıb.
Əsas əlamətləri

  • Yerə sərilən ,çoxillik ot bitkiləridir.
  • Budaqlan zoğlarında xırda sıx yarpaqlar yerləşir.
  • yarpaqlar müxtəlif formada -tikan,oval,biz formada olur.
  • yarpaqlar gövdə üzərində növbəli,topa ilə və qarşı-qarşıya düzülür.
  • Əlavə kökləri var
  • Zoğların yuxarı hissəsində spor daşıyan sünbülcüklər yerləşir.
  • Qeyri cinsi çoxalma -sporlarla gedir.
  • Qeyri -cinsi çoxalma-qoca gövdələr quruyan zaman cavan gövdələr üzərində əlavə köklərin əmələ gəlməsi ilə başlayır.
  • Qeyri-cinsi nəsil(sporofit) cinsi nəslə(qametofit) nisbətən üstünlük təşkil edir.


Plaunların çoxalması
Sporangilərdə sporlar yetişir(1neçə aya hətta ilə qədərki müddətdə)Sporlar açıq sarı rəngdə olur və küləklə yayılır.Əlverişli şəraitdə cücərir.Bu ilk cücərti -protal adlanır.Protalın alt hissəsində -rizioidlər əmələ gələrək onu torpağa bərkidir,üst hissəsində isə cinsi orqanlar(antredi və arxeoqoni) əmələ gəlir və suyun nəticəsində mayalanma baş verir.Mayalanmadan-ziqot,ziqotdan -rüşeym,rüşeymdən-kiçik plaun inkişaf edir.

Plaunkimlərin 2 sinfi var.
1.Plaun (Lycopsida) bərabərsporlular
2.İzoet (Isoetopsida) müxtəlifsporlular

Plaunların əhəmiyyəti
  • Sporların uşaqlar üçün dərman hazırlanır.
  • Sarı və yaşıl rəng almaq üçün sənayedə istifadə olunur.

1 yorum: