16 Nisan 2017 Pazar

Nuklein turşuları

Nuklein turşuları — iri malekullu  təbii üzvi biopolimerlərdir. İlk dəfə nüvədə tapıldığı üçün bu ad verilib(Nukleus-nüvə deməkdir)Lakin sonradan mitoxondiridə,xloroplastlarda da olduğu məlum olub.Bu malekullar orqanizmlərdə irsi məlumatın saxlanılması və ötürülməsini təmin edirlər.Ona görə də onları  "irsiyyət maddələri" adlandırırlar.Biopolimer zəncirinin monomerləri nukleotidlərdir Nukleotidlər 8növdür((4növDNT-dəA,T,Q,S),(4növ RNT-də A,U,Q.S)).
Hər bir nukleotid azotlu əsasdan , karbohidratdan və ortofosfat turşusunun qalığından ibarətdir.
Azotlu əsas isə 5növdür:A,Q,S,T,U
                                           Nukleotid=karbohidrat=Fosfat qalığı
Nuklein turşularını ilk dəfə1868-ci ildə İsveçrədə F. Mişer ölmüş leykosit hüceyrəsinin nüvəsində ,1872 ci ildə qızılbalığın  canlı spermatozoid hüceyrə nüvələrində aşkar etmişdir.Nuklein turşuları bədənimizin sadəcə 2%-ini təşkil etsə də, ancaq çox vacib birləşmələrdir. 

Nuklein turşularının iki növü vardır: 

  1. Dezoksiribonuklein turşusu (DNT
  2. Ribonuklein turşusu (RNT)


DNT-nin qurluşu
Dezoksiribonuklein turşusu (DNT) canlı orqanizmin formalaşması və həyati proseslərini davam etdirəbilməsi üçün irsi informasiyanın saxlanıldığı, nəsillər arasında ötürülən biopolimerdir. Bütün orqanizmlər, bəzi viruslarda daxil olmaq üzrə DNT-yə sahibdir.
  • DNT eukariot hüceyrələrdə (misal olaraq heyvan vəya bitki hüceyrələrində) nüvədə,eləcə də bəzi mitoxondri vəya plastid kimi orqanoidlərdə  yerləşir. 
  • Bir qayda olaraq DNT prokariotlarda dairəvi şəkildə, eukariotlarda isə dairəvi olmayan düz molekul şəklində xromosomlarda tapılır.
  • DNT nukleotidlərdən ibarət  spiral formasında burulmuş,2 qat zəncirdən təşkil olunmuşdur.Zəncirin eni 2nm,uzunlğu 100 000 lərlə nm dir.
  • DNT molekulunda dörd növ azotlu əsas mövcuddur: adenin, quanin, timin və sitozin.
  •  Hər zəncirdə 3milyard (cəmi=6milyard) nukleotid var.Hər bir nuleotidin içində təqribən 34 atom var.Deməli DNT 204milyard(34*6milyard) atomdan təşkil olunub.
  • Molekulun bir zəncirindəki nukleotidlər digər zəncirdəki əsaslar ilə komplementarlıq prinsipinə uyğun olaraq  yerləşir. Belə ki, adenin(A) sadəcə timin(T) ilə, A↔T,  quanin(Q) isə sadəcə sitozin(S) Q↔S ilə qoşalaşmaqdadır. Məhz bu xüsusiyyət DNT maddəsininin üzünün çıxarılmasına və məlumatın RNT polimerinə ötürülməsinə imkan verir. A ölçüsü təxmini Q,S isə T = dir.A=Q,S=T
  • A və Q nin ölçüsü,S və T ölçüsündən böyükdür.
  • Hər bir zəncirin qurulması eyni zəncirdə olan bir nukleotidin fosfat turşusu qalığı və digər nukleotidin isə karbohidratı arasında 1 malekul su ayrılması ilə nəticələn polyar kovalent rabitə hesabına baş verir.
  • DNT nin 1 zəncirinirin  qurulması zamanı n  sayda nukleotid iştirak edirsə,əmələ gələn su malekularının sayı n-1,  2 zəncirinirin  qurulması zamanı n  sayda nukleotid iştirak edirsə,əmələ gələn su malekularının sayı n-2 düsturu ilə hesablanır.
  • İki zəncirin birləşməsi isə komplimentarlıq prinsipi əsasında Hidrogen rabitəsi hesabına( A=T=3qat,S=Q=2qat hidrogen rabitəsi) baş verir.

Dnt nin ikiləşməsi (reduplikasiyası)
DNT nin bir səncirindən polimeraza fermenti nəticəsində yeni bir zəncir yaranır.Bu proses DNT nin ikiləşməsidir.




RNT-nin qurluşu


Ribonuklein turşusu, RNT - hüceyrədə informasiyanın genlərdən zülala ötürülməsi yəni transkripsiya və translyasiya proseslərində, eləcə də genetik ifadə prosesinin tənzimlənməsində birbaşa iştirak edən DNT kimi nukelotidlərdən ibarət makromolekuldur.

  • RNT- bir zəncirdən ibarətdir.
  • Burada Timin əvəzinə Urasil(U) yerləşir.
  • RNT də riboza  şəkəri yerləşir. 
  • 3  növü var.(Məlumat,Nəqliyyat və ribasom RNT si)                                    

Hiç yorum yok:

Yorum Gönder