17 Nisan 2017 Pazartesi

Zülalların biosintezi




Zülallar  da üzvi polimerlərdir.Onların nukleotidləri amin turşulardır.DNT nin müxtəlif sahələrində zülalların sintezi həyata keçirilir.DNT nin 1 malekulu onlarca zülal sintezində iştirak edir.Zülal haqqaında məlumat DNT-də nukleotidlər ardıcıllığı şəklində kodlaşdırılır. Kodlaşdırılmış belə məlumatlar DNT kodu adlandırılır.Zülal malekulunda amin turşuların ardıcıllığı Tripletlərlərlə idarə edilir.Triplet-3 nukleotidin birləşməsidir.Bir triplet yəni 3 nuleotid bir amin turşusuna uyğun gəlir.Bu tripletlər m RNT sindəki kod tripletinə kompilimentar olur.
Məsələn- AAS tripletidi-leysin amin turşusuna uyğun gəlir.

Genetik kodun xüsusiyyətləri


  • Bir tiplet yalnız bir amin turşusunu kodlaşdırır.(məs:SAA tripleti-yaltnız qlutamin amin turşusunu)
  • Bir amin turşusunu isə bir neçə triplet kodlaşdırır.(məs:Qlutamin amin turşusuna kodlaşdıran tipletlər-SAA,SAQ)
  • Səbəbi isə zülalın sintezində iştirak edən ( cəmi 20 növ a\t) amin turşunun sayının az,kod tipletinin isə sayının çox (64) olmasıdır.
  • "Start kodonu"-DNT-də TAS,(mRNT də AUQ)sülal sintezininin başladığını bildirir.
  • "Stop kodonu"-DNT-də ATS,AST,ATT(m RNT-də-UAQ,UQA,UAA) zülal sintezinin bitdiyini göstərir və heç bir amin turşusunu kodlaşdırmır.
  • Genetik kod yer üzərində yaşayan əksər canlılar üçün eynidir.
Hüceyrədə 100-ə dək amin turşu var onlardan yalnız 20  si zülaların sintezində iştirak edir.DNT- də isə 4 növ nukleotid var və bunlar 3-3 birləşərək 64 kombinasiya, yəni kod tipleti əmələ gətirir.
DNT-də zülalın ilkin qurluşu haqqında məlumatı olan sahə-gen adlanır.DNT-də yüzlərlə gen olur.

Sintez prosesi
Zülalın sintezində DNT iştirak etmir,O sadəcə vasitəçi rolunu oynayaraq zülal haqqındakı məlumatı m RNT-sinə ötürür o  məlumat əsasında ribasomda zülal sintez olunur.
Sintez üçün vacibdir 
1.Amin turşular
2.m RNT si
3.n RNT si
4.Ribasomlar
5.Bəzi fermentlər
6.Enerji(ATF in parçalanmasından alınır)3 prosesə sərf olunur.

  • m RNT nin sintezi
  • Amin turşuların nRNTsi ilə birləşməsi
  • Ribasomda amin turşuların sıra ilə düzülməsinə


Zülaların biosintezi 2 mərhələdə gedir.
1.Transkripsiya-("transcripsio-üzünü köcürmə)DNT nin bir zəncirindən matris sintezi(qəlib) nəticəsində(polimeraza fermentinin təsiri ilə) bütün növ RNT lər sintez olunur.Bu proses 
nüvədə gedir.Əmələ RNT zəncirləri  uzunluğuna görə DNT zəncirindən 100 dəfələrlə qısa olur,çünki m RNT si bütün DNT malekulunun deyil,onun zülalının ilkin qurluşu haqqında olan məlumatın bir hissəsinin sürətini çıxarır.





2.Transliyasiya-(latınca -ötürmək)Bu mərhələdə DNT -dən zülal haqqında məlumatı aılmış mRNT nüvədən çıxaraq sitoplazmaya keçir.Burada m RNT nin bir ucuna(nüvədə ilk sintez olunan ucuna)ribasom hissəcikləri birləşir və zülal sintez olunmağa başlayır.Zülal haqqında məlumat əsasında ribasom tərəfindən polipeptid zəncirin sintezi translyasiya adlanır.
Ribasomun m RNT sinə birləşmiş kiçik hisssəsində 2 triplet(6nukleotid) yerləşə bilir.Bu sahə ribasomun funksional mərkəzi adlanır.Bu iki tripletidin birində amin turşunun tanınması,digərində polipeptid zəncirinə birləşməsi baş verir.

Transliyasiya prosesinin gedişi-zülalın sintezi

1.Transliyasiya MRNT si üzərində olan AUQ-start kodonu ilə  sitoplazmada başlayır.
2.Hər bir amin turşusunun öz nRNT si olur və onlar nRNT ilə ribasoma daşınırlar.
3.n RNT ribasomun funksional mərkəzinə daxil olur.
4.Funksional mərkəzdəki amin turşunu tanıyan kod tripleti(kodon),n RNT dəki kod tripletinə (antikodona) uyğun olarsa,onlar arasında birləşmə baş verər,bu zaman ribasom bir triplet irəliyə doğru hərəkət edər.Ribasomun belə hər addımı 1/5-1/6 saniyə baş verir.
5.Ribasoma bir-birinin ardınca n RNT si gəlir və hər birləşmə zamanı ribasom m RNTsi boyunca bir triplet irəliyə doğru gedir.
6.Bu proseslər  m RNT sində "stop kodonu" olana dək davam edir.
Stop kodonu-UAA,UAQ,UQA görünən zaman zülalın sintezi başa çatır.

Sintezdən sonra

  • Sintez başa çatır və ribasom öz hazır məhsulu ilə sitoplazmaya düşür.Burada polipeptid zülal zənciri ribasomdan ayrılaraq ikincili,üçüncülü qurluş alır.
  • Sintezdən sonra m RNTsi fermentlərin təsirindən ayrı-ayrı nukleotidlərə parçalanır. Zülalların yaranması prosesi yalnız canlı hüceyrədə baş verir.

  • 1954-cü ildə ilk dəfə zülalın ilkin quruluşu müəyyən olundu. Bu, qanda qlükozanın miqdarını tənzimləyən insulin zülalı idi. Bu tədqiqat 10 il davam etmişdi. İnsulin zülalı 2 polipeptid zəncirdən təşkil olunub. Zəncirlərin biri 21, digəri isə 30 aminturşudan təşkil olunmuşdur.

Matris sintezi
Canlı orqanizmdə daim yeni  DNT və RNT malekulları sintez olunur.Matris sintezi dedikdə hər hansı bir əşyanın sürətinin çıxarılması üçün hazırlanan forma(qəlib) nəzərdə tutulur.Bu forma əsasında həmin əşyanın istənilən  qədər  nüsxələrinin  çıxarmaq olur.Matris sintezi reaksiyalarında matris rolunu DNT və RNT oynayır.Zülalların sintezində matris sintezini transkripsiya əsasında DNT dən RNT ,m RNT sindən transliyasiya yolu ilə Zülal sintez olunur. 




Zülal sintezi davam etdiyi müddətdə maddələrin miqdarının dəyişmə qrafiki
nH20- əmələ gələn suyun miqdarı
nF-fermentlərin miqdarı
nQ-amin turşuların miqdarı
nX-əmələ gələn peptid rabitələrin miqdarı
t-qaznmübadiləsinin müddətidir.
Bütün bunlarla yanaşı sitoplazmadakı amin turşular istifadə olunduğu üçün onların sayı azalır.
Maraqlı qeyd.
  • Zülal sintezi hüceyrədə fasiləsiz olaraq gedir.1 dəqiqədə 50-60 min peptid rabitəsi yaranır.
  • Bir zülal malekulunun sintezi 3-4 saniyə çəkir.Nəticədə hər 80 gündən bir bədənimizin yarısını təşkil edən  zülallar dəyişilir.
  • İnsan öz həyatı boyu təxminən 200 dəfə öz zülallarını dəyişir.
  1. 1 nukleotidin uzunluğu = 0,34 nm
  2. 1 genin ölçüsü = 1 nukleotidin uzunluğu × n (nukleotidlərin sayı)
  3. Aminturşuların sayı = nukleotidlərin sayı : 3
  4. 1 genin kütləsi = nukleotidlərin sayı × 1 nukleotidin kütləsi
  5. 1 nukleotidin kütləsi ≈ 300 a.k.v.
  6. 1 aminturşu qalığının molekul kütləsi ≈ 110 a.k.v.
  7. DNT molekulunda nukleotidlərin nisbəti : А+Q / Т+S = 1







3 yorum:

  1. Zülalin sintezi zamani ayrilan su malekulunun sayı məlum olduqda atom kütləsi nece hesablanir

    YanıtlaSil
  2. Mümkünse cvblandirin xaiş məlumatlar üçün çox sağ olun müəllimə

    YanıtlaSil