Suda-quruda yaşayanlar və ya amfibilər — onurğalılar yarımtipinə aid sinifdir. Bunların inkişaf dövrü Palezoy erasının daş-kömür dövrünə təsadüf edir.
- Heyvanlar həm suda, həm də quruda yaşayırlar.
- Quruya çıxan onurğalı heyvanlardır.
- Soyuqqanlıdırlar
- Dəridə selik vəziləri vardır.
- Kəllə onurğa sütununa iki çıxıntı ilə hərəkətli birləşmişdir.
- Qabırğalar döş sümüyünə çatmır.
- Əsl qabırğalar və döş qəfəsi yoxdur.
- Kürüləmə, kürünün mayalanması və inkişafı suda keçir.
- Yetkin halda və qışlayarkən quruda olur.
- Sürfələr qəlsəmə ilə yetkin halda ağciyərlər və dəri ilə tənəffüs edir.
- Sürfənin yetkin qurbağaya çevrilməsi metamorfozla olur.
- İlk səs bunlarda əmələ gəlib
- Müasir amfibilərin dərisində pulcuqlar olmur.
Hava mühitinə keçməkİə əlaqədar olaraq qəlsəmələri əvəz edən ağ ciyərlər, üzgəcləri əvəz edən beşbarmaqlı ətraflar əmələ gəlmişdir.
Göl qurbağasının qurluşu
Xarici qurluşu-başda 1 cüt göz(başın içinə doğru çəkilərək qorunma qabliyyətinə malikdir)2cüt göz qapaqları(alt-mütəhərrik ,şəffaf və üst-dərişəkilli),1cüt burun dəliyi (həm qoxu həm tənəffüsə xidmət edir)yerləşir.Eşitmə daxili və orta qulaq,xaricdən təbil pərdəsi görünür.Bəzi qurbağalarının bədənlərinin üzərində olan bəzi vəzlər zəhər ifraz edir.
Skeleti-Onurğa qısadır,1 boyun fəqərəsi var.7 gövdə fəqərəsi (boyun+gövdə fəqərəsi onurğa beyni zədələnməkdən qoruyur.)1 oma fəqərəsi Quyruqsuzlar dəstəsində quyruq fəqərələri birləşərək quyruq sümüyün əmələ gətirir.Quyruqlularda isə quyruq fəqərələri hərəkətli birləşib.Qurbağalarda əsl qabırğalar və döş qəfəsi yoxdur.
Həzm sistemi- Üst çənədə dişlər var,alt çənədə yoxdur.Dil alt dodağın daxili-ağağı tərəfindən bitişib,ov zamanı kənara çıxa bilir.Qurbağalar su içmirlər,su orqanizmə yalnız qida və dəri ilə daxil olur.Qaraciyər,mədəaltı vəzi və tüpürcək vəzi var.
ağız→udlaq →qida borusu→mədə→bağırsaq→ klaoka
Qan- damar sistemi- Yetkin qurbağada ürək üç kameralıdır. Qapalı qan damar sisteminə malikdir.2 qan dövranı var.Bədənə arterial qanla venoz qanın qarışığı gedir.
Tənəffüs sistemi-sürfəsi qəlsəmələrlə,yetkin halda ağciyər və dəri ilə tənəffüs edir. Ağciyərlər zəif inkişaf etdiyindən dəri tənəfffüsü ilə birlikdə ümumi tənəffüs 1:1 nisbətinədə baş verir.Boğazı saniyədə bir neçə dəfə aşağıya doğru çəkilir,hava ağız boşluğunda seyrəkləşir və burun boşluğuna keçir.Nəfəs almanı təmin edən əzələlər başda yerləşir. Qırtlaqdakı səs bağlarının titrəməsi nəticəsində qurbağa quruldayır.Hava 2 yolla daxil olur.
Hava→burun dəlikləri→ağız boşluğu→qırtlaq→hava kisəsi→ağciyərlər
Hava→nəm dəri
Sinir sistemi-baş beyin və onurğa beyindən ibarətdir.Ön beyin güclü,beyincik zəif inkişaf etmişdir.Bədənin müvazinəti ön ətraflar vasitəsi ilə təmin olunur.
Böyrəklər→Sidik kisəsi→Sidik axarları→kloaka
Çoxalması-Mayalanma xaricidir,yazda dişi qurbağa bir-birinə yapışmış topa halında kürüləri suya tökür. Təxminən 1 saatdan sonra mayalanmış yumurta bölünməyə başlayır.2-3 həftədən sonra mayalanmış sürfədən qurbağanın sürfəsi- çömçəquyruq çıxır.2-3 aydan sonra çömçəquyruq metamarfozla yetkin qurbağaya çevrilir. Sürfə mərhələsində bitki ilə qidalanır.Erkək qurbağalarda çütləşmə zamanı effektivliyi artırmaq üçün qurultu gücləndirici qovuq-Rezenator var.Dişi qurbağalar quruldasa da onlarda rezenator yoxdur.
Metamorfoz |
Çömçəquyruğun yetkin qurbağadan fərqləri
- İlk zamanı ağız olmur.
- Bədənin yanlarında xarici qəlsəmə (neştərçədəki kimi)olur sonra daxili qəlsəməyə çevrilir.
- Ürək 2 kameralıdır.
- 1qan dövranı var.
- Yan xətt orqanı var.
- Quyruq üzgəci var.
Metamarfozu-arxa ayaqlar→ön ayaqlar→ağciyərlər→quyruq itir.
Təsnifatı-3 dəstəsi,73 fəsiləsi,7333növ var.
Müxtəlifliyi-ən kiçik nümayəndəsi 2-3 sm-Cırtdan qurbağa,ən böyük 1.8m Qoliaf qurbağası
Balıqlarla müqayisəsi
tesekkurler faydali bilgilere gore
YanıtlaSilYou are perfect👍
YanıtlaSilElaa. Çox gözel izah etmisiniz 🤩🤩✨❤️
YanıtlaSil