4 Mayıs 2017 Perşembe

Həşəratlar sinfi

Həşəratlar və ya Cücülər (lat. Insecta) — sinif. Cücülərin 1 milyona yaxın növu məlumdur. Yer kürəsinin demək olar ki, hər bir ekosistemində mövcuddur. Heyvanlar aləminin təqribən 80%-ni təşkil edən cücülər 30-a qədər dəstəni əhatə edir.


  • Bədən bir-birindən aydın seçilən 3 hissədən ibarətdir: baş (caput), döş (thorax) və qarın (abdomen). Baş hissə buğumların (5 ədəd) möhkəm birləşməsindən əmələ gələn kəllə qutusundan ibarət olub, ağız orqanlarına və bığcıqlara, bir cüt mürəkkəb və ya fasetli gözə və gözcüklərə malikdir. 
  • Bədən xaricdən xitinlə örütülüdür.O xarici skelet,qoruyucu,dayaq rolunu oynayır.
  • Döş bədənin ikinci hissəsi olub, 3 buğumdan ibarətdir. Hər bir buğumunda bir cüt ayaq vardır. Qanadlı həşəratda isə orta və dal döşün hər biri cüt qanada malikdir.
  • Qarın bədənin üçüncü hissəsi olub, buğumludur və yetkin formada ayaqlardan məhrumdur.
  • Qarın hissənin döşlə birləşməsi müxtəlifdir. Bu müxtəliflikdən asılı olaraq onlarda oturan(may böcəyi), saplaqlı və asılqan qarın formaları vardır.

  •                                      Qarıncığın formaları
    Asılqan
    Saplaqlı
    Saplaq qısa olur və döşdən aydın şəkildə ayrılır.
    1,2,3 cü döş buğumları  birləşərək nazik saplaq əmələ gətirir və döşə birləşir.(arı,minici,qarışqa)
  • Dəri örtüyü 3 qatdan -kutikula, hipoderma və bazal pərdədən ibarətdir. 
  • Əzələ sistemi mürəkkəb quruluşlu olub, əsasən eninəzolaqlı əzələlərdən ibarətdir. Həşəratın ali formalarında əzələ sistemi olduqca maraqlıdır və qanadlar saniyədə 300-1000dəfə vurmaq qabiliyyətinə malikdir. Belə əzələlər iti əzələlər adlanır.
  • Tənəffüs sistemi çoxlu miqdarda hava aparan borulardan, traxeya və traxeollardan ibarətdir. 
  • Qan-damar sistemi açıqdır. Qanı (hemolimfa) maye plazmadan və hemositlər adlanan qan cisimciklərindən ibarətdir. Plazma adətən sarımtıl və ya yaşılımtıl rəngli, bəzən də rəngsiz olur. İfrazat funksiyasını malpigi boruları yerinə yetirir. 
  • Ağız aparatı qidalanmadan asılı olaraq müxtəlifdir.
  • Cazibədar və ya itələyici qoxu, şam, zəhər, ipək, yağ, tüpürcək, antikoagülan maddə kimi bir çox maddəni ifraz etmək üzrə xüsusiləşmiş çox sayda vəzi vardır. 
  • Duyğu orqanları və sinir sistemi yaxşı inkişaf etmişdir.
  • Bəzilərində gecələr işıq saçma xüsusiyyəti var. 
  • Yumurta qoymaqla çoxalarırlar və əksəriyyətinin inkişafında bir metamorfoz olur. 
  • Heyvanlar aləmində "uçma" ilk dəfə bu qrupda ortaya çıxmışdır, ancaq cücülərin qanadları, quşların qanadlarından fərqli quruluşdadır.Parazit həşəratlar isə qanadlarını itirmişlər:Birə,Bit,taxtabiti
  • Yaşayış tərzi ilə əlaqədar ayaqlar müxtəlif tipdədəir.Hər ayaq 5 buğumdan:Çanaq, burma,bud,baldır,pəncə ibarətdir.
  • yetkin cücülərdə hərəkət orqanlarinın sayı-6-10dur.
Həşəratların ağız tipləri
Gəmiri ağız tipi. Gəmirici ağız tipi bir cüt buğumsuz üst çənədən, bir cüt buğumlu alt çənədən habelə üst və alt dodaqdan ibarətdir. 
Sorucu ağız tipi. Gəmirici ağızdan fərqli olaraq burada üst dodaq ixtisar olmuş və kiçik lövhəcik şəklindədir. Üst çənə yoxdur.Alt çənə isə boru şəklindədir və xortum əmələ gəlir. 

Həşəratların inkişafı 2yolla gedir.
1.Tam çevrilmə:yumurta-sürfə-pup-yetkin fərd
2.Qeyri-tam çevrilmə:yumurta-sürfə-yetkin fərd


İnkişaf
Dəstələr
Tam çevrilmə
Sərtqanadlılar,Pulcuqqanadlılar,
Zarqanadlılar,İkiqanadlılar,            
Qeyri tam çevrilmə
Düzqanadlılar,Bərabərqanadlılar    



May böcəyi haqqında məlumat

Hiç yorum yok:

Yorum Gönder