4 Mayıs 2017 Perşembe

May böcəyi

XARİCİ QURULUŞU.May böcəyinin bədəni 2;2,5 sm uzunluğundadır.Bədəni silindrik formada olub açıq qəhvəyi rəngdədir.May böcəyinin bədəni 3 hissədən : baş,döş , qarıncıqdan ibarətdir.
 Baş.May böcəyinin başı duzunə birləşmişdir.O, başını aşağı və yuxarı əyə bilir,yanlara isə dönə bilmir. Baş hissəsində 6 buğumdan ibarətdir.Başda ağız,1 cüt bığcıq, mürəkkəb (fasetli) gözləri var. Agız tipi var : gəmirici  
Döş. 3 buğumdan ibarətdir.(onlardan yalnız 1ci buğum görünür,2-3 cü buğum isə görünmür.-üst tərfdən) Ön.orta,arxa döşdən ibarətdir. Hər buğuma bir cüt ayaq birləşir ki, bu da ön,orta,arxa ayaqlari əmələ gətirir. Ayaqlar yalnız yeriməyə deyil,qidalanma zamanı da öz qənimətini tutmaqda və bədəni təmizləməkdə də iştirak edir. Hər ayaq 5 buğumdan-çanaq,burma,bud,baldır,pəncədən ibarətdir. Pəncənin ucunda caynaqlar yerləşir. Ayaqlar 7 tipdə olur. 
Qarıncıq. Qarıncıq əsasən 8, bəzən 11 buğumdan ibarətdir.Qarinciqin 8-ci , 9-cu buğumlari öz şəklini dəyişərək dişilərdə yumurtaqoyana,erkəklərdə isə cütləşmə orqanına çevrilmişdir.
Qarıncıq buğumlarının yan tərəflərində nəfəsgah adlanan kiçik dəliklər(cəmi 16 ) var.Hər buğumda 1cüt nəfəsgah dəliyi var.
                                      May böcəyində cəmi 17 buğum var.


Bir dişi orta hesabla 60 yumurta qoyur.
1. Yumurtadan çıxan sürfələr kütləvi halda yaşayıb otların köklərini yeyir və 2 ay sonra qabıq dəyişdirərək ikinci dövr sürfə olurlar.
2.İkinci dövr sürfələr acgözlüklə bəslənir. Payızda qışı keçirmək üçün torpağın dərinliklərinə gedirlər. Mart, aprel aylarında əhəmiyyətli dərəcədə zərərlər edici bir qidalanma başlayır və iyunun əvvəlinə qədər davam edir. 
3.Daha sonra bir qabıq daha dəyişdirərək üçüncü dövr sürfə halına gəlirlər. Üçüncü dövr sürfə müddəti bir ildir və bu dövrdə qidalanma ilə ətrafa böyük zərər edərlər. İyul ayında torpaq səthindən 15-35cm dərində torpaqdan ibarət bir yuva içərisində pupa olurlar. 4.Sentyabrda yetkin hala keçən pupalar yuvanı tərk etməyib ertəsi il yaza qədər burada olurlar.
 Bu sürfələr ilk 4 il bitki kökləri ilə qidalanırlar.Bu şəkildə yumurtadan çıxan sürfə 3 il sonra yetkin olur ki, 3 ildə bir döl verir.May böcəyinin sürfələri torpaq altında 4 il yaşayır.May böcəyi özü isə yalnız 5-ci baharında torpaqdan çıxaraq uçmağa başlayır.

A-yumurta→B- sürfə→C-sürfə(2ay sonra)→D-sürfə(1il)→E-sürfə(1il)→F-pup→G-yetkin fərd=4,5 il
May böcəyinin tam çevrilmə ilə gedən inkişafı zamanı yəni 4-5 il ərzində  həşərat 4 dəfə qışlayır:3 dəfə sürfə və 1 dəfə yetkin fərd mərhələsində qışı keçirir.
Yumurta mərhələsi-yayda
Sürfə ----------------- 3 dəfə-qışda.yayda,payızda,yazda
Pup---------------------yazın sonunda
Yetkin fərd------------Payızda

Tam çevrilmə: Yumurta→Sürfə→Pup→Yetkin fərd

İnkişaflarının yumurta və pup mərhələsində fəal qidalanmırlar(Daxili ehtiyat qida maddələri hesabına qidalanırlar ki bu da fəal qidalanma sayılımır)
May böcəyinin ən uzun mərhələsi sürfə mərhələsidir.
Həzm sistemi

Ağız→Qida borusu→Əzələləli mədə→Orta bağırsaq→Arxa bağırsaq→Anal dəlik

Qan damar sistemi

Boru şəkilli ürək→1.1ədəd damar başa gedir→Başdakı orqanları yuyur.
Boru şəkilli ürək→2.Bədən boşluğu→Ürək
May böcəyində 1 ədəd damar olur bu da qanı ürəkdən başa aparır. Tənəffüs sistemi
Hava→Nəfəsgahlar→Traxeyalar→Qarıncıq əzələləri yığılır,traxeyalardakı hava çıxarılır→Qarıncıq əzələləri yığılır hava yenidən tənəffüs orqanına daxil olur.
Sinir sistemi 
Udlaq ətrafı sinir halqasından və qarın sinir zəncirindən əmələ gəlmişdir.
İfrazat sistemi
Malpigi boruları və piy cisimcikləri vasitəsi ilə
Çoxalma orqanı
Dişilərdə cinsiyyət orqanı

  • 2 yumurtalıq,
  • 2yumurta borusu
  • 2 əlavə vəzi,
  • 1 toxumqəbuledici,
  • 1yumurtaçıxarıcı boru,
  • 1 yumurtaqoyan

Erkəklərdə cinsiyyət orqanı

  • 2 toxumluq
  • 2 toxum borusu
  • 2 əlavə vəzlər
  • 1 toxumçıxaran kanal
  • 1 cütləşmə orqanı 


Hiç yorum yok:

Yorum Gönder