2 Mayıs 2017 Salı

Angilastoma

Angilastoma-sap qurdların parazitlik edən mühüm nümayəndəsidir. Erkək fərdi 8–11 mm, dişi fərd 10–14 mm. olur. Baş hissə bel tərəfə əyildiyindən əyribaş qurd adlanır. Diri parazitin rəngi qırmızımtıl, ölüsü isə bozumtul-sarı olur.

Bədənin ön ucunda nisbətən iri kapsul vardır. Bu kapsulda bir neçə kutikula mənşəli dişciklər yerləşir. Ağız kapsuluna, başın alt hissəsində yerləşmiş dişciklərin əsasına 2 birhüceyrəli qida borusu vəzisi açılır. Məhz bu dişciklərin köməyi ilə əyribaş qurd insan onikibarmaq bağırsağının selikli qışasına yapışır və  qanla qidalanır. Qida borusu bədənin ümumi uzunluğunun ½ hissəsi qədər olub, qalın əzələ pərdəsi olan bağırsağa açılır. 

Çoxalması
Ayrıcinslidir. Cinsiyyət dəliyi bədənin arxa ucuna yaxın qarın nahiyyədədir.
Yoluxma və inkişafı
İnsan 2 yolla yoluxur.
1.Dəri vasitəsilə
2.Ağız vasitəsi ilə
 Yumurtadan əlverişli şəraitdə 0,2-0,3 mm uzunluqda sürfə çıxır.Sürfənin ağızında insanın dərisini deşmək üçün nizəşəkilli orqan var.O dəriyə keçir,limfa və qan damar sisteminə,ağciyərə,və onikibarmaq bağırsağa gəlir.Bağırsaqda parazit 3-4 həftədən sonar cinsi yetişkənliyə çatır. Erkək dişini mayalandırdıqdan sonra mayalanmış dişi yumurta qoyur və parazitin inkişafı yenidən başlayır. Buna qurdun miqrasiyası deyilir.O burda böyüyür,2-2,5 mm -ə çatır.Parazit bütün inkişaf dövriyyəsi 1-1,5 aya tamamlanır.Yetkin ankilostoma insanda 5-6 ilə kimi yaşaya bilir.Törətdiyi xəstəlik-angilastomoz adlanır.
Xəstəliyin əlamətləri
Ankilostomoz hər şeydən əvvəl, insanda qanazlığı törədir. Bu zaman qanda həm hemoqlabinin miqdarı, həm də eritrositlərin sayı normadan xeyli aşağı düşür. Uşaqlarda fiziki və zehni cəhətdən inkişafdan qalma, yaşlı adamlarda isə iş qabiliyyətinin aşağı düşməsi özünü göstərir. Əyribaş qurd gündə 0,3 ml qan istifadə edir.
Ankilostomoz zamanı həzm, ürək, qan-damar, tənəffüs, sinir sistemlərinin və daxili sekresiya vəzilərinin normal funksiyası pozulur. Sürfənin miqrasiyası ilə əlaqədar özünü büruzə verən simptomatik əlamətlər 2-3 həftə ərzində keçib gedir. Ankilostomoz xroniki hal aldıqda xəstədə onikibarmaq bağırsaqda şiddətli ağrılar, ürək bulanması, qusma və s. baş verir. Əsas diaqnozu nəcisdə yumurtanın aşkar edilməsidir. Ankilostoma yayılmış zonalarda torpaq üstündə ayaqyalın dayanmamaq, parazitin yumurtasının insana ağızdan yoluxmasının qarşısını almaq üçün şəxsi gigiyenaya riayət etmək lazımdır.

Hiç yorum yok:

Yorum Gönder