14 Mayıs 2017 Pazar

Növ və Populyasiyalar

Növ-morfofizioloji cəhətdən irsən oxçar olan ,sərbəst çarpazlaşan,döllü nəsil verən ,təbiətdə müəyyən arealı tutan və tarixən formalaşan fərdlər cəminə deyilir.bioloji növün ilk təsvirini Con Reyin (1686) vermişdir.Növ üçün əsas meyar-onun fərdlərinin çarpazlaşaraq döllü nəsil vermə qabliyyətidir.

  •  Hər bir bioloji növün fərdləri bir-birinə reaksiya verən və biri digərini çoxalma məqsədi ilə axtarıb tapan reproduktiv birlik əmələ gətirir. 
  • Hər bir növ bədən qurluşuna,fiziologiya.abiotik və biotik mühitlə mühitlə qarşılıqlı əlaqəsində ümumi əlamətlərə malikdir.
  • Bioloji növ ekoloji vahid kimi həmin mühitdə yaşayan başqa növlərlə qarşılıqlı əlaqədə olur və onlara qarşılıqlı təsir göstərir.
  • Yəni bioloji növ genetik vahid olub geniş ümumi genofonda malikdir. 
  • Təbiətdə eyni növə mənsub olan fərdlər ayrı-ayrılıqda deyil, qruplar (populyasiyalar) şəklində yaşayırlar
  • Hər bir qrupun özünün müəyyən yaşayış sahəsi olur və onun fərdləri arasında sərbəst çarpazlaşma baş verir,nəsilvermə qabliyyəti olan nəsil əmələ gəlir.
  • Qrupların birbirinə qarışmamasının səbəbi onlar arasında müxtəlif maneələrin (təcridlərin) olmasıdır. Bu cür maneələr bir qrupun fərdlərinin digəri ilə çarpazlaşmasına çətinlik törədir və bunlar arasında çarpazlaşma nadir hallarda baş verir.

Növ bir çox ümumi fiziki və davranış xüsusiyyətlərinə, eyni gen və zülallara malik olan və sərbəst çarpazlaşıb döllü nəsil verə bilən fərdlərin populyasiyasıdır.

 Növün kriteriləri-bir növü başqa növlərdən fərqləndirən əlamətlərin cəmidir.
Morfoloji kriteri-orqanizmin xarici əlamətlərin məcmusudur.Hər bir özünəməxsus müəyyən morfoloji əlamətləri var.Bəzən eyni cinsin növlərini bir birindən ayırmaq çətin olur.Morfoloji cəhətdən oxşar olub,bir-birilə çarpazlaşmayan növlər əkiz növlər adlanır.(Malyariya ağcaqanadının 6 əkiz növü var)

Genetik kriteri-növün əsas kriterisi olub,növün xromosom aparatındakı fərqlərə əsaslanır.Yəni növün xromosom yığımı(kariotip) və qurluşunu öyrənir.
Genetik kriterinin 2  forması var:
1.Növlər bir qayda olaraq bir birndən kariotipləri ilə fərqlənir.
2.Müxtəlif növlərin fərdləri təbii şəraitdə çarpazlaşmır və bir birindən ayrılır.Çünki müxtəlif növlərin  fərdlərinin xromosom dəsti müxtəlif olur.( əgər müxtəlif növlərə mənsub növləri  suni şəkildə şarpazlaşdırsaq onda alınan nəsil -dölsüz olur.Məs at+eşşək=qatır)

Fizioloji kriteri-orqanizmlərin daxili qurluşundakı fərqlər və fizioloji prosseslərin müxtəlifliyi əsasında müəyyən edilir.Yəni orqanizmlərdə baş verən həyati proseslərdə məs; çoxalmada baş verən  fizioloji fərqlərə görə müəyyən edilir.

Ekoloji kriteri-Növün müəyyən ekoloji şəraitdə yaşamasına əsaslanır.Yəni növün yaşadığı xarici mühit amillərinin cəmi nəzərdə tutulur.Məs: dalayıcı qaymaqçiçəyi  rütubətli yerlərdə,yandırıcı qaymaqçiçəyi  bataqlıq yerlərdə bitir.

Çoxrafi kriteri-növün müəəyən çoğrafi ərazidə yaşamasına və müəyyən coğrafi arealı tutmasına əsaslanır.(endemik+kosmopolitan növlər).Arealın ölçüsü,forması, biosferdə yayılması növün əsas əlamətidir.

Biokimyəvi kriteri-Növün zülal  və nuklein turşularının tərkibi qurluşuna görə fərqləndirməyə əsaslanır.Filogenetik cəhətdən çox uzaq növlər arasında fərqlər çox, yaxın növlər arasında fərqlər az olur.

Sistematikada növün yerini müəyyən etmək üçün hər hansı bir kriteridən istifadə kifayət etmir,bunun üçün kriterilərin cəmi qarşılıqlı təsirnin  öyrəınilməsi lazımdır.

Növün fərdləri müəyyən areal daxilində öz inkişaflarını davam etdirir.
Növlər tutduqları areala görə aşağıdakı qruplara bölünür: 
  • Endemik növlər -   bir spesifik, kiçik olan coğrafi ərazidə yaşayanlar(məs:dəniz iquanası yalnız qalapaqos adlarında mövcuddur.) 
  •  Kosmopolit növlər- bütün qitələrdə (Antarktika istisna olmaqla)və bütün yer üzünün okeanlarında yaşayanlar
Populyasiya
Populyasiya. Növün bir-birindən tam və ya qismən təcrid olunmuş halda yaşayan fərd qruplarını populyasiya (lat. “populus” – xalq, əhali) adlandırırlar.Populyasiya növün təkamül vahididir.
Eyni növə mənsub olub müəyyən bir təbii mühitdə yaşayan fərdlər- populyasiyalar şəklində yayılırlar. Növlərin populyasiyalar şəklində yaşamasının əsas səbəbi xarici mühit şəraitinin müxtəlifliyidir.fərdləri populyasiyada birləşdirən başlıca amil- sərbəst çarpazlaşmalarıdır.
Populyasıyanın xarakteristikası

  • populyasiyalar müəyyən arealda yaşayırlar
  • sərbəst çarpazlaşır döllü nəsil verirlər
  • populyasiyada ancaq yaşamaq uğrunda mübarizədə  və təbii seçmə zamanı qalib         gəlmiş fərdlər qalır və döölü nəsil verirlər.
  • hər bir populyasiya fərdlərin sayı,tutduğu sahə, yaşı və cins tərkibi ilə xarakterizə           olunur.
  • populyasiya da fərdlər müxtəlif maneələrin (təcridlərin)olması nəticəsində bir -birinə       qarışmır.

Populyasiyada fərdlərin sayı
Populyasiyaların miqdarı və fərdlərini sayı arealın əlverişli həyat şəraiti olan hissəsində daha çox olur.Populyasiyaların sayına bir neçə xarici mühit amilləri təsir edir.
Populyasiyada fərdlərin sayı  doğum və olümdən asılı olaraq dəyişir.Hər bir populyasiya üzrə artım əyrisi müəyyən səviyyədə dayanır.Populyasiyanın sayı mövsüm və illər üzrə dəyişir.
Doğum- müəyyən zamanda doğulanların sayı ,populyasiyadakı fərdlərin ölçü və yaşından  və mühit şəraitindən asılı olaraq dəyişir.Doğum artıqca- fərdlərin sayı,sıxlığı artır,ərazi,dişi və qida uğrunda rəqabət artır.
Ölüm -populyasiyada fərdlərin məhv olmasını,yaxud vahid zamanda ölənlərin sayını əks etdirir.Ölüm artıqca-populyasiyada fərdlərin sayı azalır nəticədə populyasiyada özünütənzimləmə mexanizimləri işə düşür:stress azalır,cinsiyyət hormonlarının səviyyəsi artır,doğum yüksəlir.
Populyasiya sıxlığı-populyaiyanın məskunlaşdığı sahə və ya həcm vahidinə düşən fərlərin sayını bildirən kəmiyyətdir.Populyasiya sıxlığı müxtəlif orqanizmlər üçün müxtəlif üsullar ilə müəyyən olunur.Bu onların  yaşadığı şərait və arealın böyüklüyündən asılıdır.
Məslən :
  • Bitkilər üçün sıxlıq 1m2  və 1 ha əraziyə görə hesablaınr
  • Su birələri üçün  1dm  suya görə hesablanır
  • Balinalar üçün sıxlıq  1000km2   ərazidəki fərdlərin sayına görə hesablanır
  • Torpaqdakı bakteriyaların   1sm3 ərazidəki fərdlərin sayına görə hesablanır.
Populyasiya dalğaları
Populyasiyada fərdlərin sayının artması və ya azalması populyasiya dalğaları adlanır.Populyasiya dalğaları iqlimdən,fəsillərdən  və təbii fəlakətdən asılı olaraq dəyişir.

Populyasiyalarda 3 ekoloji qrup var.
Prereproduktiv-nəsilvermə qabliyyətinə çatmış  fərlər qrupu 
Reproduktiv -yeni fərdlər törədə bilən fərdlər qrupu
Postreproduktiv-yeni nəsiltörətmə qabliyyətini itirmiş fərdlər qrupu
Ömrün uzunluğuna görə bu yaş qruplarının davamiyyəti müxtəlif orqanizmlərdə dəyişkəndir.İnsanda isə hər 3 yaş qrupu enyni nisbətdədir,hər biri ümumi həyatın 1/3 təşkil edir.
Populyasiyaların tutduğu ərazi. Populyasiyalar növün arealı daxilində müəyyən ərazini tuturlar. Bu ərazi ölçüsünə görə ayrı-ayrı növ populyasiyalarında müxtəlif olur. 
  • İri heyvanlarda populyasiyanın tutduğu ərazi kiçik heyvanlarda olduğundan daha iri olur.    
  • Populyasiyanın arealı daimi deyil, onun ölçüsü fərdlərin sayından və hərəkətlilik dərəcəsindən asılı olaraq dəyişə bilər.

Hiç yorum yok:

Yorum Gönder