14 Mayıs 2017 Pazar

Məməlilər sinfinin maraqlı nümayəndələri

Panqolin
Məməlilər sinfnə aid olan Panqolin adlı bir heyvan xüsusi görnüşü ilə diqqət çəkir.Onun dişləri yoxdur,bədəni xaricdən sərt pulcuqla örtülüdür ki bu da onları düşmən hücumundan qorumaq üçündür.Təhlükə zamanı yumru top formasını alır.Torpaq və ağac üzərində yaşayır.Qarışqa və termitlərlə qidalanır.Ömürləri 3-5 ildir.










Zürafə
Dünyanın ən hündür canlısıdır. Yer üzündə ən böyük ürək və ən yüksək qan təzyiqi zürafələrdə olur.Qara və qəhvəyi xallardan ibarət olan bir bədəni vardır. Hündürlüyü 4-6 m arasında dəyişir.Zürafə təbii şəkildə yalnız Afrikada yaşayır.  Zürafələrin səs telləri yoxdur.Lakin  Onlar təhlükəli vəziyyətlərdə bağırır və böyürür.Zürafə susuzluğa dəvədən daha dözümlüdür.Zürafənin boğazlıq dövrü 15 aydır.O əkizlər dünyaya gətirə bilmir yalnız 1 bala verir.Balasını ayaq üstə doğurur.balalr doğruqdan 1-2 saat sonra qaçmağa başlayır.Zürafələr bəzən uzanaraq yatmasına baxmayaraq, çox zaman ayaq üstə şaquli vəziyyətdə dayanıb yatırlar. Ayaq üstə yatanda bəzən də başlarını iki budağın arasında yerləşdirilər ki, yıxılmasınlar. Avropalılar birinci dəfə zürafəni görəndə, onu “dəvəpard” adlandırmışdılar. Onlar belə güman etmişdilər ki o, dəvə ilə leopardın hibrididir.


Okap
Okap- zürafəilə kohum olan heyvan növüdür.O xarici görnüşünə görə zebraya daha çox oxşasa da onunla heç bir qohumluq əlaqəsi yoxdur.Onun bədəni qəhvəyi rəngdədir,üzü ağ ayaqları isə zolaqlıdır.Adətən başı aşağı gəzirlər.Görmə qabliyyəti pis eşitmə və qoxu qabliyyəti isə yaxşı inkişaf edib.Onlar dəstə şəklində deyil tək tək yaşamağıl sevirlər.

Fil
Dünyadakı ən böyük heyvandır.Amerika fili bədəncə Asiya filindən böyükdür, onun hündürlüyü 3,5 m, ağırlığı 5 tondan çoxdur. 
Ayaqlarının pəncə hissəsinin altı çox sərt və eyni zamanda elastiki olur ki, bədəninin əsas ağırlığı bu yastıqlar üzərinə düşür. Buna görə də fil bədəncə ağır heyvan olmasına baxmayaraq, cəld və səssiz yeriyir. Filin xortumu çox elasiki və güclüdür. Burun dəlikləri xortumun ucunda yerləşir. Xortumun ucunda barmaqşəkilli ətli çıxıntı vardır. Afrika filinin dişlərinin uzunluğu 2 metr və ağırlığı 80 kq olur. Hər 10-15 ildən bir dişlər yenisi ilə əvəz olur. Fil 60-80 il yaşayır və bu müddətdə təxminən 6 dəfə diş dəyişir.Dişi fil hər 3-4 ildən bir balalayır, 21-22 ay hamiləlik dövrü keçirirvə hər dəfə 1 bala doğur. Fil 4 dizi olan yeganə məməli heyvandır. Yeni doğulmuş bala tüklə örtülü olur, bir neçə gün sonra anasının dalınca gəzir.Fil ölümünün yaxınlaşdığını hiss edərək özünü çaya və ya batağlığa atır.Fillər yeganə məlidir ki insan kimi başı üstə dayana bilir.Filin beyin kütləsi onun bədəninin 0.27 %-ni təşkil edir.illərin bütün heyvanlar içərisində intellekt və yaddaşı yetərincə güclüdür.Fil tullana bilməyən yeganə məməlidir.

İt
İtlərin yalnızca yaxşı iy bilmək deyil, həmçinin eşitmək qabiliyyəti də vardır. Belə ki, onlar bizə nəzərən 4 dəfə daha uzaqdan gələn və hətta bizim eşidə bilmədiyimiz səsləri eşidə bilirlər.İnsanı barmaq izindən itləri burun izindən tanıyırlar.Xöşbəxt itlər quyruqlarını sağa,bədbəxt itlər isə sola bulayır.

Bəzi qidalar  məsəslən :   çox az üzüm və kişmiş də it üçün ölümcül ola bilər. Fındıq, soğan, sarımsaq və digər kofein tərkibli ərzaqlar sizin itlərə heç vaxt verməməli olduğunuz qidalardandır. Az miqdarda alma və digər meyvələri yemək itlər üçün yaxşı olsa da, alma və digər meyvələrin toxumlarında toplanan sianid insanlar üçün zərərli olmadığı halda çox miqdarda verilməsi itlər üçün ölümcül ola bilər.

Basenji növündən olan balaca ov iti hürə bilməsə də mahnı oxuya bilir.
Dalmatin cinsindən olan it balaları doğularkən tamamilə ağ rəngdə olurlar, qara ləkələr isə onlar təxminən 3 həftəlik olduqlarında yaranmağa başlayır.
Tenrek
Zolaqlı tenrek Madaqaskarda yaşayır. Tenrekanın dərisi  xırda iynələrlə örtülüdür. Bu yeganə məməlilərdir ki, öz əsas səs kimi cırıldamadan istifadə edir. Bu səs isə yalnız ilan və həşərat üçün xarakterikdir.

Sayqa və ya sayaq
Sayqa -  həyratamiz burunu ilə tanınan antilop növüdür. Yeri gəlmişkən növünün nəsli kəsilmək təhlükəsi altındadır. Çində, Monqolustanda  artıq bu heyvana cətin rast gəlinir.


Hepard(çita)

 Dünyanin ən süətli qaçan məməlisidir. Aslanlar kimi sürü və gizlənərək ovlanmaq yerinə, yüksək sürət avantajını sayəsində ovlanan heyvandır. Sıfırdan 120 km/s sürətə sadəcə 3.5 saniyəyə çatır. Çita kimi sürətli ovçudan heç bir şikar qaçıb canını qutara bilməzdi, əgər.... Əgər bir əmması olmasa idi. Çitalar: uzun müddət bu sürətlə qaça bilmirlər.Əgər 500 metirdən artıq qaçarsa bədən tempraturu 46 dərəcəyə qalxır və bu çitanın beyninə zərər verə bilər.Çiat balalarının ölüm təhlükəsi yüzdə 90 dır. Əsasən kaftarlar və qartal hüccumuna məruz qalılar. 20 ildən daha çox yaşırlar.Çitalar sahib olduğu sürəti yüngül və incə sümüklərinə borcludurlar.Buna görədə şikarını yediyi zaman bir aslan və ya kaftar qonaq olarsa ovu orda buraxıb qaçmaq məcbriyətindədi. Çünki kaftarın çənələri çox qüvvətlidi, bu incə sümüklər bu güclü çənəyə dayanmaz. Çitaların sürətli qaçma səbəblərindən biridə uzun quyruqlarıdır,quyruqlar qaçış zamanı çox kömək edir. Çitalar impala,ceyran kimi otçul heyvanları ovluyur və bu heyvanlarda dünyanın ən sürətli manevr eliyən heyvanlarıdır. Çitalarda quyruqları sayəsində kəskin dönüşlər edə bilir. Çitalar maksimum sürətə çatdığında hər addım arsındakı məsafə 15 metrəyə çatır.


Şir
Şir yırtıcı heyvanlar arasında ən kiçik ürəyə malik heyvandır.Şirin caynaqları 7 sm-ə qədər uzana bilir.Şirlər iki yaşına qədər nərildəyə bilmirlər.Şir balaları 2-3 ay süd içirlər. 2-3 aylıq şir balaları isə artıq ət yeyirlər. Balaca şirlər 2 yaşa qədər (24 ay) böyüklərdən asılı olurlar. Çoxları elə bu yaşdan əvvəl ölürlər: Şirlər orta hesabla 14-16 il ömür sürürlər. Lakin, qəfəsdə və yaxud heyvanxanalarda bu rəqəm 11 ili ötmür.Gecələr şirlər insandan 6 dəfə yaxşı görə bilirlər.Şirlər saylarına görə, Yer üzündə yayılmış yırtıcı heyvanlar arasında giyenalardan (kaftar) sonra ikinci yerdə dururŞirlərin dişləri iri olsada, onlar qidalarını çeynəmədən böyük hissəciklərlə udurlar.Böyük şirlərdə 30 diş olur, insanda isə bu say 32-dir.Şirlər yatmağı çox sevirlər. Onlar sutkanın orta hesabla 20 saatını yuxuda keçirirlər.Şir balaları dünyaya gələndə 1-2 kq arası çəkidə olurlar. Gözlərini isə 11-ci gündə aça bilirlər. Yeni dünyaya gəlmiş şir balaları 15-ci gün yeriyə
bilirlər.Təbiətdə eyni üz çizgiləri olan şirlərə rast gəlmək mümkün deyil.Şirlər yalnız ac olduqları vaxt ov edirlər.Azadlıqda ömür uzunluğu: 13-15 il.Qəfəsdə ömür uzunluğu: 30 il


Hiç yorum yok:

Yorum Gönder