9 Mayıs 2017 Salı

Örtülütoxumlular şöbəsi

Örtülütoxumlular şöbəsi-250000 növü var.Səciyyəvi xüsusiyyətləri,çiçəyin olması,ikiqat mayalanmanın baş verməsi,toxumunn xüsusi qabıqla örtülü olmasıdır.Çiçəkli bitkilər -ömründə bir dəfə də olsa çiçək açan bitkilərdir. İlk çiçəkli bitkilərin yura və hətta ola bilsin trias dövründə formalaşdığı güman olunur.


  • Bu bitkilər 3növ vegetativ(kök,gövdə,yarpaq), 3 növ generativ (çiçək,meyvə,toxum) orqana malikdirlər.
  • Çiçəkli bitkilər üçün səciyyəvi əlamətlərdən biri çiçəkdə dişiciyin olmasıdır.
  • Çiçəkli bitkilər avtoqrof yaşıl bitkilərdir. Bunların çox az bir hissəsi sonradan heterotrof qidalanmaya uygunlaşma nəticəsində parazit və ya saprofit bitkilər olmuşlar.
  • Çiçəkli bitkilər əsasən quru şəraitində yaşayaraq yer kürəsinin hər yerində onlara təsadüf olunur. 
  • Çiçəkli bitkilərin az bir hissəsi sonradan su şəraitində yaşamağa uyğunlaşaraq çay və kollarda yayılmışdır. Dəniz və okeanlarda yayılan çiçəkli bitkilərin sayı daha azdı.
  • Çiçəkli bitkilərdən yeyilən, cem və dərman bitkiləri, efir yağları, aşı maddəsi alınan, yağlı, lifli, qatranlı, alkoloidli bitkilər, oduncağından sənayedə və yanacaq kimi istifadə olunan bitkilər insanların həyatı üçün əhəmiyyətli bitkilərdir.
  •  Çiçəkli bitkilərdə mayalanma zamanı sipermilərdən biri yumurta hüceyrəni, digəri isə mərkəzi hüceyrəni mayalandırır. Belə mayalanmaya ikiqat mayalanma adı verilmişdir.Mayalanmış yumurta hüceyrədən diploid rüşeym və mayalanmış mərkəzi hüceyrədən isə triploid olan endosperm inkişaf edir. Burada əmələ gələn endosperm ikinci endosperm adlanır və arxeqonili bitkilərin ilk endosperimindən tamamilə fərqlənir. Arxeqonili bitkilərin endospermi dişi cücərtidir, haploiddir. Beləliklə, çiçəkli bitkilər üçün rüşeym kisəsi, ikiqat mayalanma, triploid olan ikinci endospermin əmələ gəlməsi səciyyəvi əlamətlərdir.


 Çiçəkli bitkiləri  iki sinfə bölürlər.
1.Birləpəlilər





2.İkiləpəlilər


2 yorum: