10 Mayıs 2017 Çarşamba

Məməlilər sinfi

Məməlilər sinfi-4500-ə qədər növü vardır.Məməlilər onurğalı heyvanların ən ali sinfidir. İstiqanlı heyvanlardır,bədən temperaturları sabitdir.Məməlilərin əksəriyyətinin bədəni baş,boyun,gövdə,quyruq və ətraflardan ibarətdir.Möhkəm və elastik dəridə tüklər,tər,piy,qoxu və süd vəziləri olur.

Xarakterik xüsusiyyətləri
  • Balalarını  südlə bəsləməsi
  • Bədənin tüklə örtülü olması( Suda yaşayan balinalar da bu qrupa daxil olsa da, onların bədənlərindəki tüklər təkamül nəticəsində yox olmuşdur.)Tüklər bədən tempuraturunun sabit  saxlamaqda və onları soyuqdan qorumaqda iştirak edirlər.
  • Boyunda 7 fəqərənin olması(1 ci boyun fəqərəsi-atlas,2ci-epistrofey adlanır.)
  • Qulaq seyvanı və ya xarici qulağın olması
  • 3 eşitmə sümüyünün əmələ gəlməsi
  • Dişlərin ixtisaslaşması(azı,köpək ,kəsici)
  • Alt çənədə əlavə oynağın əmələ gəlməsi 
  • Beyin yarımkürələrində qabığın əmələ gəlməsi
  • Ürəkdən təkcə sol aorta qövsünün çıxması
  • Bədən boşluğunun diafraqma pərdəsi ilə qarın və köks (sinə) boşluqlarına ayrılması
  • Üçncü göz qapağının rudimentə çevrilməsi
  • Tər vəzilərinin olması
  • Onurğa 5 şöbədən ibarətdir.(Əksəriyyəti -boyun-7,döş-12-15,bel-2-9,oma-3-5,Quyruq 3-49 fəqərədən ibarətdir.)
  • Ətraflar gövdənin altında yerləşir.
İlk dəfə bunlarda yaranıb:
  • Diafraqma                             
  • Dişlərin kökləri                             
  • Xarici qulaq seyvanı
  • Yoğun bağırsaq
  • Kor bağırsaq

Məməlilər müxtəlif böyüklükdə olur. 
Ən balaca məməli böcəklərlə qidalanan yarasa (Craseonycteris thonglongyai-3 sm, 1 qr);
Ən böyük məməli isə mavi balinadır (Balaenoptera musculus -35 m, 120ton). 

Qurluşu(ev itinin  timsalında)
Dərisi tüklə örtülüdür.Dəridə piy və tər vəziləri var.Tər vəziləri bədənin hərarətini tənzimləyir,lakin itdə tər vəziləri zəif inkişaf etdiyindən  o istidə tez tez ləhləyir ki bədəni sərinləsin.
Dərinin törəmələri
                                                   
  • Dırnaqlar    
  • Caynaqlar
  • Buynuzlar               
  • Pulcuqlar
  • Tüklər
Baş,onurğa və ətrafların skeletindən ibarətdir.
Baş=Kəllə+üz
Kəllə qutusunda beyin yerləşir.Üz sümüyünün əsasını çənə sümükləri(üst+alt ) təşkil edir.
Onurğa fəqərələrdən təşkil olunub.Onurğanın döş fəqərələrinə qabırğalar birləşir,qbırğalar isə öndə döş sümüyü ilə birləşərək döş qəfəsini əmələ gətirir.İtdə 13 cüt(26)qabırğa var.Bunlardan 9 cütü döş sümüyü ilə birləşib.
İtin fəqərələri
  • boyun-7
  • döş-13
  • bel-6(hərəkətli)
  • oma-4 (hərəkətsiz)
  • quyruq-22(yarımhərəkətli)
Ətrafların skeleti=Qurşaq+səbəst hisssənin skeleti
1.Çiyin qurşağı
  • Əksəriyyətində-2 kürək sümüyü(itdə)(yırtıcılar,təkdırnaqlılar,cütdırnaqlılar,xortumlular)
  • İlk məməlilərdə( ördəkburun və yexidna)-2 kürək sümüyü+2 körpücük+2 qarğa sümüyü+döş üstlüyü
  • Yarasalarda və primatlarda - 2kürək sümüyü+2 körpücük sümüyü
Ön ətrafın sərbəst hissəsi
Bazu+said(mil+dirsək)+pəncə

2.Çanaq qurşağı
 2ədəd çanaq sümüklərindən ibarətdir.
2 çanaq sümüyü=2 qalça s+2 qasıq s+2 oturaq sümüyü

Arxa ətrafın sərbəst hissəsi
Bud +baldıramış +incik)+ pəncə

Dişlər  diferensasiya edib(ixtisaslaşıb)-Kəsici,Köpək ,Azı .Yirtıcı məməlilərdə azı dişlərindən 4 ü böyük olub,yırtıcı dişlər adlanır.Ağızda yerləşən dişlər qidanın tutulmasında və xırdalanmasında iştirak edir.Ontogenez zamanı dişlər 2 mərhələdə inkişaf edir.Süd dişlər və daimi dişlər.Həzm vəzilərinə tüpürcək vəziləri,qaraciyər,mədəaltı vəzi aiddir.
Ağız dəhlizi=dodaqlar+dişlər arasındakı boşluq 
 Ağız dəhlizi və dodaqlar yoxdur:Balina və ilk məməlilərdə
Ağız boşluğu=ağız dəhlizi+əsl ağız boşluğu

Mədə  qidanın xarakterindən asılı olaraq dəyişir.
Otyeyənlərin mədəsi mürəkkəb olur.
Ətyeyənlərin mədəsi kiçik və sadə olur.
Balinkimilərin mədəsi 3 ,gövşəyənlərin mədəsi 4 hissədən (işgənbə,tor,qat-qat, qursaq)
Qida ağız→ udlağ →qida borusu→mədə→nazik  bağırsaq→yoğun bağırsaq→ anus 

Tənəffüs sistemi
Ağciyərlər döş qəfəsində yerləşir.1% tənəffüs dəri vasitəsilə gedir.Qazlar mübadiləsi alveollarda gedir.itlər 1 dəqiqədə 20-24 dəfə nəfəs alır.(Atlar-7-16,siçan-300 dəfə)
Bədən ölçüsü artdıqca vahid zamana düşən hərəkətlərin sayı azalır.(tərs mütənasib)
Burun boşluğu→burun-udlaq→qırtlaq→nəfəs borusu(traxeya)→bronxlar →ağciyərlər
Məməlilərin ürəyi dördkameralı olub,2 qulaqcıq və 2 mədəcikdən ibarətdir.Ürəyin sağ və sol hissələri bir-birindən tamamilə ayrıldığından arterial və venoz qanlar qarışmır.Ürəkdən sol aorta qövsü çıxır.
İtlərdə ürək dəqiqədə 80-120 dəfə vurur.qanın bədən tam dövrü isə 15-20 saniyə çəkir.İtin bədən tempuraturu 37-38  C dərəcədir.
İfrazat sistemi
Paxlaşəkilli bir cüt böyrəkdən,bir cüt sidik axarı,sisik kisəsi və sidik kanalından ibarətdir.İfrazatı 3% dəri vasitəsilə(tər vəziləri) olur.
Sinir sistemi
Mərkəzi və periferik şöbələrə ayrılır.
Mərkəzi sinir sistemi=Baş beyin+onurğa beyin.
Periferik sinir sistemi=Sinirlər+sinir düyünləri
Məməlilərdə baş-beyin beş şöbəlidir.Beyin yarımkürələrinin üzəri boz maddədən ibarət qırışlı qabıqla örtülmüşdür.Boz maddəni sinir hüceyrələri əmələ gətirir.Məməlilərdə sinir sisteminin yaxşı inkişaf etməsi ilə əlaqədar mürəkkəb davranış hərəkətləri müşahidə edilir.

Hiss orqanları
Məməlilərdə eşitmə,görmə,qoxubilmə,lamisə,dadbilmə hissiyatı olur.Əksəriyyətində eşitmə orqanı yaxşı inkişaf etmişdir.Görmə orqanı 2 göz qapağına malik gözlərdən ibarətdir.Əksər məməlilərdə üçüncü göz qapağı qalıq halındadır.Həyat tərzindən və yaşadığı mühit şəraitindən asılı olaraq hiss orqanlarının inkişaf səviyyəsi müxtəlif məməlilərdə fərqlidir.Qoxubilmə hissiyatı su heyvanlarında zəif,quru həyat tərzi keçirən heyvanlarda isə daha güclüdür.Məməlilər üçün lamisə funksiyasını burunun və gözlərin kənarında olan uzun və sərt tüklər yerinə yetirir.


Ayrıcinslidir.Cinsi dimorfizm var.Erkəkdə 1cüt toxumluq,dişilərdə 1 cüt yumurtalıq var.İlk məməlilərdə yalnız sol yumurtalıq olur.
Məməlilərin balaları əsasən, müəyyən bir inkişaf dövrünü tamamlayana qədər analarının qarnında saxlanılır. Doğum zamanı balanın formalaşması məməli növünə görə dəyişir. Kor (və əsasən çılpaq) doğulan və bəzən illərlə anası tərəfindən böyüdülən məməli növləri olduğu kim, doğulduqdan qısa müddət sonra yeriməyə və ya üzməyə başlayan məməl növləri də var. Ancaq ümumilikdə balaların müəyyən müddət ana tərəfindən baxılması məcburidir. Dişi məməlilər balalarını zəngin tərkibli süd ilə qidalandırır.İlk məməlilər tüklərin üzərinə axan südü yalayaraq qidalanır.

Məməlilərin təkamülü
Məməlilərin əcdadları sürünənlərə aid olan nəsli kəsilmiş teridontlar-(terimorflar)dır. İlk məməlilərin Yura dövründə meydana gəldiyi elm dünyasına məlumdur.



Məməlilərin uyğunlaşması
Məməlilərin bədəni isti və ya soyuq iqlimdə yaşamaq üçün fərqli xüsusiyətlərə sahibdir. Quru məməliləri qalın bir qış kürkünə , dəniz məməliləri isə dəri altında qalın bir yağ təbəqəsi və ya yağlanmış bir kürkə sahibdir. Bəzi məməlilər qış yuxusuna yataraq bu dövrdə enerjiyə qənaət etmiş olurlar. Qidanın bol olduğu dövrdə yığdığı kaloriləri, qidanın az olduğu dövrdə yuxu zamanı sərf edirlər (sincablar, ayılar və porsuqlar kimi).Məməlilərin çoxu 45°S-yə qədər şaxtaya davam gətirir. Qütbdə yaşayan ağ ayılar 80°S –yə qədər soyuğa dözür.qəribə olsa da ev pişikləri bu sahədə rekord qazanırlar — 110°S. Qazlar 100°S şaxtaya dözür.

Maraqlı məməlilər






9 yorum:

  1. Ilk memelilerde ciyin qurdaginda dos sumuyu olmamalidi axi??? Bu deqiq melumatdi???

    YanıtlaSil
  2. Bəli doğru deyrirsiniz döş sümüyü yoxdur və mən də orada döş sümüy üqeyd etməmişəm diqqət edərsəniz .Sadəcə döş üstlüyü yazmışam və o sümük olaraq götürülmür. Cəmi 6 ədəd sümüyü var.

    YanıtlaSil
  3. Salam bir meseleni yazsam hellin deye bilersiniz?Dos qefesi 34 sumukden ibaret olan memelide maksimum nece qabirga ola biler?

    YanıtlaSil
    Yanıtlar
    1. 34-1=33(döş sümüyü d 1ədəd olur)
      33:3=11 (3 hissədən 1 hissə döş fəqərəsi ,2 hissə qabirğa,))
      11 döş fəqərəsi ,22 qabirğa,1 döş sümüyü

      Sil
  4. Hansı heyvanlarda daha çox çiyin qurşağında sümüyü vardır???

    YanıtlaSil
  5. Boyun feqeresi 7 Cox ve ya 7den az olan memeliler var?

    YanıtlaSil
  6. Bəli əslində bütün məməlilər eylədir. Ən çox da sürünənlər.Ancaq yazmamısınız ki, məməli heyvanlar necə balaçıyır. Ancaq qalan hər şey var . Yenədəçox sağolun.🤗☺😍😘😋

    YanıtlaSil