23 Eylül 2017 Cumartesi

Canlıların quruluş səviyyələri



  1. Malekulyar səviyyə-Quruluş dərəcəsindən asılı olmayaraq, bütün canlılar zülallardan, nuklein turşularından, polisaxaridlərdən və digər bioloji makromolekullardan təşkil olunmuşlar. Maddələr mübadiləsi, irsi məlumatların ötürülməsi, enerji çevrilmələri molekulyar səviyyədən başlayır.                                                                  
  2. Hüceyrə səviyyəsi-Hüceyrə canlının ən kiçik quruluş və inkişaf vahididir. Hüceyrə səviyyəsində də məlumatın ötürülməsi, maddələr mübadiləsi və enerji çevrilmələri baş verə bilir.                                                                                                                               
  3. Toxuma – orqan səviyyəsi Çoxhüceyrəli orqanizmlərin mənşəcə eyni olan, oxşar quruluşlu və eyni funksiya yerinə yetirən hüceyrələr qrupu toxumaları əmələ gətirir. Toxuma səviyyəsində canlıları histologiya elmi öyrənir. Toxumalar birləşərək müəyyən quruluşlu olan və müəyyən funksiyaları yerinə yetirən orqanları əmələ gətirir.                                                                                                                                     
  4.  Orqanizm səviyyəsi- Orqanizm səviyyəsində elementar vahid ayrı ayrı fərdlər hesab olunur. Belə fərdlərdə müəyyən funksiyanı yerinə yetirmək üçün orqanlar sistemi əmələ gəlir. Bu səviyyə fərdlərin doğulan andan ölənə qədər olan inkişaf dövrünü əhatə edir.                                                                                                             
  5.  Populyasiya-növ səviyyəsi- Eyni növün tarixən müəyyən ərazidə yaşayan fərdlərinin cəmi populyasiya — növ səviyyəsi hesab olunur. Belə fərdlər orqanizmdən yuxarı səviyyədə duran sistem yaradır ki, bu da populyasiya adlanır. Populyasiya növün struktur vahididir. Bu sistemdə elementar təkamül dəyişkənliyi həyata keçirilir.                                                                                                             
                                                                                                            
  6.  Biogeosenoz səviyyə-Xarici mühitin təsiri şəraitində qarşılıqlı əlaqədə olan müxtəlif növlərə məxsus orqanizmlərin birgə yaşayışı  biogeosenoz  səviyyə  hesab  edilir.  Tarixən formalaşan belə birgə yaşayış sayəsində sistematik qruplardan ibarət dinamik və dözümlü sistem yaranmışdır.                                            
  7. Biosfer səviyyəsi-Bütün biogeosenozları birləşdirən sistem biosfer səviyyəsidir. Bu səviyyədə canlı orqanizmlərin həyat fəaliyyəti ilə əlaqədar maddələr dövranı və enerji çevrilmələri baş verir.Biosfer yer üzərində canlıların yaşadığı sahədir.
                               

12 yorum:

  1. atom seviyyesi mence qeyde alinmaliydi amma umumilikde yaxsi meqaledirr

    YanıtlaSil
  2. Üzvi alemle qeyri-uzvi alemin ferqi atom yoxsa molekul seviyyesinde oyrenilir?Ve neye esasen?

    YanıtlaSil
  3. Həyatın ən ali quruluş səviyyəsi hansıdır?

    YanıtlaSil
  4. Canlıların qurulus seviyelerini gösteren reqemleri sadeden murekkebe olmaqla duzun. Bunların cavablari

    YanıtlaSil
  5. 9 cu sınıfın biolagiya dersin sualidi

    YanıtlaSil
    Yanıtlar
    1. Neyron. Vəzili epiteli, ürəyin quruluşu, hüceyrə tərkibi, dərrakəli insan, orqanizm

      Sil
  6. Müəyyən səbəblərdən sualları gec görmüşüəm .Ancaq yenə də cavab vermək istəyirəm atom səviyyəsini yazmamaqda məqsədim odur ki canlıların quruluş səviyyələri atom yox malekul səviyyəsindən başlayır.Atom səviyyəsini isə hər ikisinə də aid edə bilərik.

    YanıtlaSil