24 Eylül 2017 Pazar

Qidalanma və Aclıq

 Canlıların əsas həyat xassələrindən biri  maddələr mübadiləsidir.Maddələr mübadiləsini əsas tərkib hisssələrindən biri isə qidalanmadır.Canlılarda qidalanma 2 tipdə baş verir.
      





Sağlam həyat tərzi keçirmək üçün əsas şərtlərdən biri də düzgün qidalanmaqdır.İnsan gün ərzində 3-4 dəfə qidalanmalıdır.Bu insanın gündəlik normal fəaliyyəti çox vacibdir.Gündəlik qida rasionuna zülallar,yağlar, karbohidratlar, vitaminlər və minerallar daxil edilməlidir.Səhər yeməyi 30%,nahar yemeyi 50%, şam yeməyi isə gündəlik yeməyin 20% in təşkil etməlidir.Düzgün qidalanma rejiminə əməl etmədikdə və orqanizm üçün lazım olan qidaları qəbul etmədikdə orqanizmdə piylənmə,ürək və qan dövranı sistemində xəstəliklər, yüksək qan təziqi, beyinə gedən qan damarlarında xəstəliklər, diabet, qaraciyər serozu, prostat və s. kimi xəstəliklər əmələ gəlir


Düzgün qidalanmanın əsas şərtləri aşağıdakılardır.

  • Sağlam və geni dəyişdirilməmiş qidalardan istifadə etmək
  • Qidanı  az miqdarda və tam çeynənilmiş şəkildə qəbul etmək.
  • Qidanı dəqiq müəyyən edilmiş vaxtlarda qəbul etmək
  • Qidada daha çox meyvə tərəvəzlərdən ,dəniz məhsullarından, ağ ətdən istifadə etmək.
                               

Bəzən insanlar köklükdən əziyyət çəkirlər bu zaman isə ac qalaraq ,dietalar edərək arıqlamağa çalışırlar.Lakin nəticədə orqanizmə bəzən istəmədən zərər yetirə bilirlər.Beləki, düzgün qidalanmama kimi ,acqalma da orqanizm üçün təhlükəli sayılır.                  
Uzunmüddətli acqalma zamanı  toxuma və hüceyrələrin metabolizminin, quruluş və funksiyalarının dönməz dəyişiklikləri, homeostazm pozulması baş verir və bu ölümlə nəticələnə bilər.
Metabolizmin assimilyasiya (anabolik) tərəfı daha çox bu hormonları tərəfındən tənzimlənilir. 

  • hipofız vəzin boy hormonu (somatostatin), 
  • qalxanvari vəzin tiroksin hormonu, 
  • mədəaltı vəzin insulin hormonu, 
  • cinsi vəzilərin estrogen və androgen hormonu

Dissimilyasiya (katabolik) tərəfi  daha çox bu hormonları tərəfındən tənzimlənilir. 

  • mədəaltı vəzin qlyukoqon hormonu, 
  • böyrəküstü vəzilərin katexolalein (adrenalin, noradrenalin) və qlükokortikoid steronu (kortizon, hidrokortizon və s.) hormonları
Sinir və humoral tənzimləmə mexanizmləri bəzi metabolik prosesləri spesifık olaraq idarə edir, onlarda tarazsızlıq (disbalans) yarandığı hallarda korreksiyaedici, uyğunlaşdırıcı (adaptiv) təsir göstərir.Dolu bədənli sağlam adam birdən-birə yeməkdən məhrum olarsa və bu hal günlərlə davam edərsə, onun orqanizmində aşağıdakı kimi mənfı dəyişikliklər müşahidə edilir. 

  • Qanda şəkərin (qlükoza) miqdarı tezliklə aşağı düşür və bu, insulin hormonunun az, qlyükoqon hormonunun isə çox sekresiya olunmasına, qaraciyərdə ehtiyat şəkər kimi saxlanılan qlikogenin sürətlə parçalanmasına (qlikogenoliz) gətirib çıxarır. 
  • Əgər orqanizm bir sutka ərzində qida qəbul etməzsə, onun qlikogen ehtiyatı təxminən tükənir. 
  • Aclığın ikinci sutkasında isə orqanizmdə yeni proseslər silsiləsi meydana gəlir. 
  • Yağları parçalayan lipaza fermentlərinin fəallaşması ilə əlaqədar olaraq yağ depolarındakı mürəkkəb yağlardan çoxlu yağ turşuları əmələ gəlir və qaraciyərdə oksidləşir. 
  • Yağ depolarından (dərialtı piy təbəqəsi, daxili orqanlar üzərində yığılan piyliklər) səfərbər olan yağ turşularının oksidləşməsi hesabına periferik toxumaların, qaraciyərin və digər daxili orqanların enerjiyə olan tələbatı ödənilir. 
  • Piy toxuması bir neçə gün, hətta həftə ərzində orqanizmi enerji ilə təmin edə bilər. Orqanizm ilk həftələr ərzində uzunmüddətli aclığa uyğunlaşdıqca, qaraciyərdə yağların oksidləşməsi nəticəsində əmələ gələn keton maddələrinin miqdarı kəskin olaraq artır, piruvat, oksalasetat kimi madddələrin çatışmazlığı üzündən Krebs tsikli (limon turşusu və ya üç karbonlu maddələr tsikli) vasitəsilə bir sıra vacib metabolitlərin axını zəifləyir. 
  • Ürək və beyin kimi orqanlar öz enerji tələbatlarını keton maddələri hesabına ödəməyə uyğunlaşmağa başlayırlar. 
  • Əgər keton maddələri istifadə olunmadan artıq əmələ gələrsə, onda orqanizmdə metaboik asidoz yaranır, aclıq davam etdiyi hallarda enerji üçün toxuma zülallarının sərf edilməsi başlanır. 
  • İlk olaraq, mədə-bağırsaq toxumasınm, mədəaltı vəzin, sonra digər daxili orqanların (qaraciyər, dalaq), daha sonra əzələlərin və nəhayət, beynin aminturşuların katabolizmi sürətlənir və orqanizmin enerji ehtiyacları artıq onların hesabına təmin edilir. 
  • Uzun müddətli aclığın son mərhələlərində beyin öz enerji təminatını periferik orqanlarda gedən katabolik proseslər nəticəsində əmələ gələn energetik substratların hesabına ödəyir. 
  • Eyni zamanda əzələ toxumasının kütləsi, orqanizmin ümumi fəallığı və enerji sərfi azalır. Nəhayət,bütün növ qlikogen, yağ vəl zülal ehtiyatları tükəndikdə, orqanizm, hətta ürək, ağciyər, qan və s. bu kimi həyata vacib olan toxumaların struktur zülallarını sərf edir. Kollaps nəticəsində ölüm baş verir. 


Tam acqalma zamanı insan orqanizminin yaşama müddəti yaşlılarda 65-70 gün hesab edilir. Cavan orqanizm yaşlı orqanizmə nisbətən tez tələf olur. Qoca adamlar cavanlarla müqayisədə acqalmaya daha dözümlüdürlər. Çünki onlarda maddələr mübadiləsi, onsuz da çox yavaş həyata keçir. Qadınlar kişilərə nisbətən aclığı daha yüngül keçirirlər. Hesab edilir ki, orqanizmin piy ehtiyatları nə qədər çox olarsa, onun acqalma müddəti bir o qədər uzun çəkə bilər. Lakin eyni köklüyə malik olan müxtəlif adamlar, aclıqdan eyni şəraitdə ən müxtəlif müddətlərdə tələf ola bilər. Bu, görünür orqanizmin aclığa fərdi dözümlülüyündən, onun sinir sisteminin xüsusiyyətindən, maddələr mübadiləsinin və digər fiınksiyalarının səviyyəsi və xarakterindən asılıdır.

                      

Hiç yorum yok:

Yorum Gönder