15 Ekim 2017 Pazar

Canlılarda olan kimyəvi birləşmələr

Canlı orqanizmlərdə 110 kimyəvi elementdən 80 var.Onlarda yalnız 27si orqanizmdə də kimyəvi proseslərdə iştirak edir.Müxtəlif kimyəvi birləşmələr vardır orqanizmdə kimyəvi reaksiyaların getməsini və həyatın davamlığını təmin edir.Bunlar hər biri özünə məxsus xüsusiyyətləri ilə seçilirlər.

Təbiətdə  və canlılarda olan kimyəvi birləşmələrə nəzər salaq.
Duzlar ,Turşular və Əsaslar 

Turşular
Suda həll olduqda H ionu verən birləşmələr turşulardır.Turşular üzvi və qeyri üzvi olurlar. turşular turş dada malik olurlar.Turşuların bir qismi suda yaxşı həll olan rəngsiz mayelərdir. Məsələn, H2SO4, HNO3 və s.Bəzi turşular isə adi şəraitdə bərk halda olur: H3PO4, H3BO3, HPO3.Metasilikat turşusu (H2SiO3 H4SiO4) suda praktik olaraq həll olmur.
Turşular indikatorların rəngini dəyişir: bənövşəyi lakmusu qırmızı, narıncı metiloranjı çəhrayı rəngə boyayır.
Turşular tərkibinə, əsaslığına və qüvvətliliyinə görə təsnif edilir. 

Tərkibinə görə turşuların qrupları
Tərkibinə görə turşular iki qrupa bölünür: oksigensiz və oksigenli. 

  • Oksigensiz turşular: HF, HCl, HBr, H2S, HCN və s. Dövri sistemin VI və VII qrup qeyri-metallarının hidrogenli birləşmələrinin suda məhlulları oksigensiz turşuların nümayəndələridir. 
  • Oksigenli turşular: HNO3, H2SO4, H3PO4 və s. 


Əsasına görə turşular qrupları
Turşuların tərkibindəki metalla əvəz oluna bilən hidrogen atomlarının sayı turşuların əsaslığını və turşu qalığının valentliyini göstərir.
 Əsaslığına görə turşular 4 qrupa bölünürlər.

  •  birəsaslı (HF, HCl, HNO3, HCOOH və s.)
  •  ikiəsaslı (H2SO4, H2S, H2C2O4 və s.)
  •  üçəsaslı (H3BO2, H3PO4 və s.) 
  •  dördəsaslı (H4P2O4 və s.) olur. 

 Qüvvətliiyinə gorə turşuların qrupları
Turşuların qüvvətliliyi onların su məhlullarında əmələ gələn hidrogen ionlarının qatılığı, yəni dissosiasiya dərəcəsi ilə müəyyən edilir. 
Qüvvətliliyinə görə 3 qrupa:qüvvətli, orta qüvvətli və zəif turşulara bölünür.
  • qüvvətli turşular - HClO4, H2SO4, HJ, HBr, HCl, HNO3
  • orta qüvvətli turşular - HPO3, H3PO4, H2SO3, HF
  • zəif turşular - H2CO3, HClO, H2S, H2SiO3


Əsaslar
Suda həll olduqda OH(hidroksil) ionu əmələ gətirən maddələr əsasladır.
Əsaslar suda həll olmalarına, turşuluğuna və qüvvətliliyinə görə təsnif edilir. 
Suda həll olmasına görə
Əsasların əksəriyyəti suda həll olmur. Suda yaxşı həll olan əsaslara qələvilər deyilir. Qələvi və qələvi-torpaq metalların hidroksiləri qələvilərdir.
  1. LiOH, NaOH, Ca(OH)2 - qələvilərdir.
  2. Cu(OH)2, Zn(OH)2, Fe(OH)2, Al(OH)3 - suda həll olmayan əsaslardır.

Turşuluğuna görə
Əsasların tərkibindəki hidroksid qruplarının sayı onların turşuluğunu müəyyən edir. 
Məsələn: LiOH - birturşulu; Mg(OH)2 - ikiturşulu; Fe(OH)3 - üçturşulu əsaslardır.
Qüvvətliyinə görə
 Əsasların qüvvətliliyi onların dissosiasiya qabiliyyəti, yəni -OH ionlarının qatılığı ilə müəyyən edilir. Tam dissosiasiya edən ən qüvvətli əsaslar qələvi metalların hidroksidləridir. Dövri sistemin əsas yarımqruplarında yuxarıdan aşağıya getdikcə əsasların qüvvətliliyi artır. Məsələn, 2-ci qrup elementlərinin hidroksidlərindən Be(OH)2 - amfoter, Mg(OH)2 - orta qüvvətli, Ba(OH)2 - qüvvətli əsasdır. Həm turşularla, həm də qələvilərlə qarşılıqlı təsirdə ola bilən hidroksidlərə amfoter hidroksidlər deyilir. Belə hidroksidlərə misal olaraq Al(OH)3, Zn(OH)2, Zr(OH)3, Fe(OH)3, Be(OH)2, Pb(OH)2 və s. əsasları göstərmək olar.
XÜSUSİ QEYD
PH
pH - mayenin turşuluq və qələvilik dərəcəsini ifadə edən bir termindir. p və H hərfləri isə Güc (power) və hidrogen sözlərinin baş hərflərini ifadə edir. pH hərflərindən aydın olduğu kimi hidrogen ion konsentrasiyasını hesabladıqda bir dəyər  meydana gəlir.OH(hidroksid) və hidrogen ionlarının fərqindən pH dəyəri müəyyən edilir.
pH başqa sözlərlə hidrogen ionlarının mənfi loqarifm ifadəsidir. 1909 cu ildə Danimarkalı alim Syernsenin təklifi ilə H ionun qatılığı əvəzinə onun əks olan onluq loqorifmdən OH dan istifadə olunur.25 dərəcədə pH səviyyəsi 7.00 olan bir maye - neytral, 7.00-dan az olan maddələr  - turş və 7.00-dən çox olanlar isə qələvili adlandırılır.Daha dəqiq desək maye mühitində H ionlarının qatılığı çox olarsa mühit turş (PH<7) H və OH inonları qatılığı bərabər olarsa neytral(PH=7) OH ionlarının qatılığı H ionlarının qatılığından çox olarsa qələvi mühit adlanır.(PH>7)
pH dərəcəsini ölçmək üçün alimlər uzun müddət çalışmışdırlar, lakin ilk illərdə uğurlu nəticələr əldə etməmişdirlər. 1934-cü üldə Arnold Orville Beckman ilk pH metr cihazını hazırlamışdır.
Mühitin  pH  dəyəri fermentlərin fəaliyyətinə təsir edir.Beləki İnsanın qan pH sı 7 dən düşərsə və ya 7-8 dən yuxarı qalxarsa fementlər fəaliyyət göstərməz və ölüm halı baş verər. 
 Dünya Səhiyyə Təşkilatının göstəricilarinə görə içməli suyun Ph dəyəri 6.5-9.5 arasında olmalıdır. 
Duzlar
Metal atomlarından və turşu qalıqlarından ibarət olan mürəkkəb maddələrə duzlar deyilir.Su məhlulunda turşuların və əsasların birləşməsi nəticəsində duzlar yaranır.
Tərkibindən asılı olaraq duzlar aşağıdakı növlərə bölünür: normal, turş, əsasi, ikiqat, qarışıq, kompleks duzlar. 
  • Turşu molekulunda hidrogen atomlarının hamısının metal atomları ilə əvəz olunmasından alınan duzlara orta və ya normal duzlar deyilir: Na3PO4, Al(NO3)3 və s.
  • Turşu molekulunda hidrogen atomlarının bir qisminin metal atomları ilə əvəz olunmasından alınan duzlar turş duzlar (hidroduzlar) adlanır. Na2HPO4, Ca(HS)2 və s.
  • Tərkibində metal ionları və turşu qalığından başqa hidroksid qrupu olan duzlar əsasi duzlar (hidroksoduzlar) adlanır: Mg(OH)Cl, Fe(OH)2Cl və s.
  • Turşu molekulunda hidrogen atomlarının iki müxtəlif metal atomları (həmçinin NH4+ ionu ilə) ilə əvəz olunmasından alınan duzlara ikiqat duzlar deyilir: NaKCO3, KAl(SO4)2 və s.
  • Metal atomunun eyni vaxtda iki müxtəlif turşunun hidrogen atomlarını əvəz etməsi nəticəsində əmələ gələn duzlara qarışıq duzlar deyilir: CaCl(OCl), BaCl(NO3) və s.
  • Kristal qəfəsinin düyün nöqtələrində kompleks ionlar saxlayan duzlara kompleks duzlar deyilir: K3[Fe(Cn)6], Fe3[Fe(Cn)6]2 

Canlı orqanizmlərdə rast gəlinən maddələr 2 qrupa bölünür:
1.Üzvi maddələr
2.Qeyri üzvi maddələr
 

Üzvi maddələr
Tərkibində C,H,O olan və oksidləşmə zamanı karbondioksit və su əmələ gətirə bilən maddələr üzvi maddələrdir.Canlı orqanizmlərdəki üzvi maddələrin əsas mənbəyi üzvi maddə istehsalçıları adlandırdığımız (fotosintetik və xemosintetik) bitkilər ,bakteriyalar aləminnin nümayəndələridir.
Canlılarda olan üzvi birləşmələr bunlardır.
  • Karbohidratlar
  • Yağlar(lipidlər)
  • Zülallar
  • Nuklein turşuları
  • ATF
  • Vitaminlər

Qurluş və funkisiyasına görə bunlar özləri də bir neçə sinfə bölünürlər
1.Sadə üzvi birləşmələr:Qlikoza,yağ turşusu,qliserin,amin turşusu
2.Enerji verə bilən üzvi maddələr:zülal,yağ.karbohidrat,ATF
3.Tənzimləyici üzvi maddələr:Zülallar(hormon.ferment,antitel)vitaminlər
4.Polimer(kompleks) üzvi birləşmələr:Zülal,yağ,karbohidratlar

Polimeri əmələ gətirən monomerlərdir.Əgər polimer uzun bir zəncirdirsə onun hər bir halqasını monomerlər təşkil edir.Üzvi maddənin növündən asılı olaraq monomerlər fərqlənir.Məsələn:
Karbohidratlarda -qlükoza,Zülalda-amin turşu,Yağda isə yağ turşusu və qliserin monomer sayılır.
Monomerlər fermentlərin və ATF enejisinin iştirakı ilə birləşərək Polimerləri əmələ gətirirlər.
Yəni assimilyasiya=anabalizm=sintez nəticəsində...
Polimerlər hidroliz prosesi nəticəsində isə monomerlərə ayrılırlar.Bu prose isə əmələ gəlmənin əksinə gedir.Yəni Dissimilyasiya=Katabalizm=parçalanma nəticəsində...

Hiç yorum yok:

Yorum Gönder