25 Ekim 2017 Çarşamba

Viruslar.

Virus (lat. virus - "zəhər") — ən bəsit hüceyrəsiz orqanizmlərdir.1892-ci ildə D.İ.İvanovski sübut edib ki, bu kiçik hissəciklər asanlıqla kiçik məsamələrdən keçə bilirlər. Ona görə bunlara viruslar və ya süzülən viruslar adı verildi. Bu termini ilk dəfə L.Paster işlətmişdir.Əksər viruslar irsi materialdan və qoruyucu örtük olan kapsiddən təşkil olunmuşdur.Viruslar ekosistemdə demək olar ki, hər yerdə mövcuddurlar. Virusları mikrobiologiyanın bir bölməsi olan virusologiya öyrənir. Virusların sahib hüceyrədən kənar forması virion adlanır. Virus hissəcikləri adətən 2, yaxud 3 hissədən ibarət olur:
  • 1.Genetik informasiyanı daşıyan DNT, yaxud RNT-dən təşkil olunmuş genetik material
  • 2.Bəzi hallarda genləri əhatə edən protein qatı
  • 3.Proteinləri əhatə edən lipid təbəqəsi.
Virusları spiralvari və sferik formalardan başlamış müxtəlif mürəkkəb quruluşlara qədər geniş miqyasda dəyişirlər. Ümumiyyətlə, virusların orta ölçüsü bakteriyaların orta ölçüsünün təxminən yüzdə birinə bərabərdir.

Viruslar hüceyrədən xaricdə süst halında olurlar,daxildə isə canlı kimi fəaliyyət göstərir.
Vurusların ölçüləri 15-350 nm dir.Onları yalnız elektron mikroskopu vasitəsilə görmək olar.

Virus hüceyrəyə girərək onun yerinə yetirdiyi funksiyasını özünə xidmət etməyə dəyişdirə bilən canlıdır. Hüceyrələrdən birinə girmədən əvvəl virus ayaqları ilə həmin hüceyrənin özü üçün uyğun olub olmadığını anlayır. Əgər hüceyrə uyğundursa, öz DNT-sini ya da "özünü" hüceyrənin içinə boşaldır. Hüceyrə öz içinə girən bu yeni DNT-ni yadırğamır. Başqa sözlə, onun kənar maddə olduğunu anlamır. Təsbit edə bilmədiyi bu xarici maddəyə qarşı döyüş də aça bilmir. Hüceyrə virusun DNT-sini DNT-in hüceyrədə olduğu yerə yəni düz nüvənin içinə daşıyır. Virus burada hüceyrənin öz DNT-sinə qarışır. Bu mərhələdən sonra hüceyrə zülal yaratdığını zənn edərək bu yeni virus DNT-sini çoxaltmağa başlayır. Hüceyrənin içində gizlənən bu DNT molekulunu hiss edə bilmək həqiqətəndə çətindir.
   
                                             Related image
Əsas xarakterik özəllikləri:
  1. Metobolizma fəaliyyətləri və enerji istesalı üçün lazım olan fermentləri yoxdur.Ona görə də daxili parazitdirlər
  2. Viruslar haploid qəbul edilirlər
  3. Viruslar bölünərək çoxalmır və həcmcə böyümürlər.
  4. Hüceyrədən kənarda kristallaşır.
  5. Virusların çoxalması canlılara məxsus xüsusiyyətidir.Lakin onlar yalnız hüceyrə daxilində çoxala bildiyi üçün canlı sayılmır.


  1. Bakteriofaq quyruq hissəsiylə bakteriyanın hüceyrə divarına yapışır
  2. Bakteriofaqın quyruq hissəsindəki fermentlər bakteriya divarının bir qismini əridir,və virusa aid nüklein turşusu ifraz edər.
  3. Virusun quyruq və zülal təbəqəsi xaricdə qalır
  4. Virusun DNT si bakteriada sintez olunduğu andan hüceyrə artıq virusa xidmət edir
  5. Bu andan etibarən bakteriya hüceyrəsində virusun DNT sindən mRNT si əmələ gəlir və və bakteriya ribosumundan virusun zülalı sintez olunur.
  6. Sonda isə yeni faqlar əmələ gəlir.


Hiç yorum yok:

Yorum Gönder