31 Mart 2020 Salı

Göbələklər qidalanması

Göbələklər qidalanmasına görə 3 qrupa bölünür.
1.Parazit göbələklər

Göbələklər hər cür mühitdə yaşamağa uyğunlaşmışdır. Göbələklərin böyük bir qismi papazit həyat keçirir .Belə göbələklərdən biri də "Plazmapola - Vitikola "dır. Bu papazit üzüm yarpaqlarının üst hissəsində bitir və günəşin şüalarının yarpağa nüfüz etməsinə mane olur. Parazitin inkişaf etməsi payıza təsadüf edir. Onu yalnız əhəng suyu ilə məhv etmək olar.
Daha bir növ parazit isə "Qov" göbələyidir. Bu parazit ağacın oduncağı (gövdəsi) üzərində bitir, onun kökləri ağacın daxili özəyinə yönəlir. O, ağacın daxilindəki şirəni soraraq onun qurumasına səbəb olur. Göbələyin alt hissəsində sporangilər yerləşir. O, tumurcuqlanaraq ağacın bütün ətrafını bürüyür və nəticədə ağacın gövdəsinin sınmasına gətirib çıxarır. Bu parazit daha çox "Çılpaqtoxumlu" bitkilərdə yayılır.Ümumilikdə götürsək parazit göbələklərə aşagıdakilar aiddir.

  • Qov göbələyi
  • Plazmapola-Vitukola
  • Sürmə 
  • Kartof göbələyi
  • Çövdar mahmızı
  • Pas göbələyi
  • Dəri göbələyi

2.Simbiotik göbələklər

Təbiətdə parazit göbələklərdən başqa simbioz həyat sürən göbələklər də var. Belə göbələklər adətən aid olduqları ağacın yanında bitir və onunla "şərikli" həyat keçirir. Məsələn, palıd ağacının yanında palıd ağacı göbələyi , çinar ağacının yanında çınar ağacı göbələyi, şam ağacının yanında yaglı göbələk , küknar ağacının yanında sarı göbələk və s. tapmaq olar . Bu göbələklər bitki tərəfindən çətin mənimsənilən humus maddəsini mənimsəməyə kömək edir,əldə etdikləri mineralları ağaca, ağac isə öz növbəsində göbələyə lazimi üzvi maddəni, oksigeni azotsuz birləşmələri kök vasitəsilə ötürür.Simbiotik göbələklərə mikoriza misal ola bilər.Mikoriza-göbələk tellərinin ali bitkilərin kökləri ilə birləşməsidir.Bu hadisə 1971 ci ildə F.M.Kamenski tərəfindən aşkar olunub.

3.Saprotrof göbələklər 

Göbələklərin 3/4 hissəsi saprotrofdu.Bunlara aşağıdakılar aiddir.

  • Papaqlı göbələklər
  • Pensil göbələyi
  • Kif göbələyi
  • Maya göbələyi

Göbələyin faydası


Göbələklər zülal və karbohitratlarla, aminturşularla, B, S, E, PP, D, fosfor, kalium, sink, dəmir, kalsium, yod, fosfor, fol turşusu ilə zəngindir.Lakin göbələkdə yağlar az olduğu üçün onlar azkalorili qida sayılır və arıqlamaq məqsədilə pəhriz saxlayanlar göbələkdən istifadə edə bilərlər.Göbələyin tərkibində olan lesitin orqanizmdə xolesterinin yığılmasına mane olur. Bu səbəbdən göbələklər ürək-damar xəstəlikləri və müxtəlif maddələr mübadiləsi pozğunluqları zamanı çox xeyirlidir.Ateroskleroz, piylənmə, diabet, hipertoniya və s. xəstəliklərinin profilaktikası üçün göbələklərdən istifadə edilməsi yaxşı effekt verir.Sink və B qrupu vitaminlərlə zəngin olduğu üçün göbələklər fiziki və əgli yorğunluq, stress, gərginlik zamanı insan orqanizminə çox yaxşı kömək edir.Bundan əlavə göbələklər xüsusi maddələr — antioksidantlarla olduqca zəngindir. Bu maddələr onkoloji xəstəliklərdən əziyyət çəkən insanlara kömək edir.Göbələklərin rasiona daxil olması immunitetin yaxşılaşmasına, orqanizmin möhkəmləndirilməsinə kömək edir. 

Bütün bu faydalı xüsusiyyətlərlə bərabər, göbələklər kifayət qədər çətin həzm olunur və bu səbəbdən 3 yaşına çatmamış uşaqlara göbələkdən hazırlanmış yeməkləri vermək olmaz.

Hiç yorum yok:

Yorum Gönder