31 Mart 2020 Salı

Göbələklər haqqinda ümumi məlumat

                                               
Göbələkləri öyrənən elm mikologiya adlanır. Göbələklərin 1,5 milyona qədər növü var.
Göbələklər 3 şöbəyə ayrılırlar.
1.Həqiqi göbələklər
2.Oomisetlər
3.Şibyələr
Həqiqi göbələklər də 2 yerə ayrılır.
1.İbtidai( İbtidai göbələklərin mitselisi birhüceyrəli)
2.Ali     (ali gobələklərin mitselisi coxhüceyrəlidir)
Göbələklərdə xlorofil,nişasta  olmur.Onların hüceyrəsində 1 və ya 1 neçə nüvə olur yəni eukariotdurlar. Onlar mikotoksinlər adlanan bioaktiv birləşmələr əmələ gətirirlər. Göbələklər əsasən kosmopolitan orqanizmlərdirlər ki, onlara hər yerdə rast gəlmək mümkünür.Göbələklər bəzi xüsusiyyətlərinə görə bitkilərə(daim böyüməkləri,sporlarlarla çoxalmaları,qidanı sormaları),bəzi xüsusiyyətlərinə görə isə heyvanlara (xitin və melaninə malik olması) oxşasalarda onla nə bitki nə də heyvandır.Ona görə onları ayrıca aləm kimi təsnif edirlər.

Göbələklərin heyvanlara oxşar xüsusiyyətləri


  • heterotrofluq;
  • hüceyrə divarının tərkibində xitin maddəsinin olması (bu buğumayaqlıların xarici skeletində rast gəlinir);
  • hüceyrələrdə xloroplastın və fotosintetik piqmentlərin olmaması;
  • ehtiyat maddə kimi qlikogenin toplanması;
  • metabolizm məhsulu olan sidik cövhərinin yaranması və ifrazı 
Göbələklərin bitkilərə oxşar xüsusiyyətləri
  • Aydın təzahür edən hüceyrə divarı
  •  vegetativ vəziyyətdə hərəkətsizlik
  • sporlarla çoxalması
  • vitaminlər sintez etmək qabiliyyəti
  • qidanı sormaqla (adsorbsiya) qəbul etməsi


Göbələklərin əsas xarakterik əlamətləri bunlardir:
  • Göbələklərin əksəriyyəti kökü əvəz edən mitseli, gövdə və papaqcıqdan ibarətdir.
  • Onların hamısı sporla çoxalır.
  • Papağın alt hissəsində sporangilər yerləşir.
  • Göbələklər çox vaxt tumucuqlanma yolu ilə çoxalır.
  • Göbələklərin ömrü çox deyil.
  • Göbələk kölgəsevən canlılardır.
  • Göbələklər xloroplastlardan məhrumdurlar və heterotrof canlılardırlar .Bu səbəbdən də onlar enerji mənbəyi kimi hazır üzvü birləşmələrdən istifadə edirlər.
  • Göbələklər vakuollar və hüceyrə divarına malikdirlər və bu xassə onları bitkilərə bənzəyir.
  • Göbələklərdə hüceyrə divarı xitin və qlükandan təşkil olunub.
  • Göbələklər daim böyüyürlər.
Göbələklər olduqca müxtəlifdir. Onlar bir-birindən quruluşuna, ölçülərinə, yaşadığı yerə, fizioloji funksiyalarına görə fərqlənir. 20 – 26 0C-də yaxşı böyüyüb inkişaf edir. Bu canlılar təbiətin hər cür şəraitində yaşamağa uyğunlaşmışlar. Onlara suda, torpaqda, ölü üzvi toxumalarda da rast gəlmək mümkündür. Bəzi göbələk növləri bitki, heyvan və insan toxumalarında parazitlik edir. Hesablamalara görə, meşə döşənəyinin biokütləsinin 78 – 90 %-i göbələklərin payına düşür

Göbələyin meyvə cismi (miseli) – nazik, şaxələnmiş böyüyən və yanlara şaxələnən uc saplar (hif) sistemindən ibarətdir. Başqa sözlə, hiflərin məcmusu miseli yaradır. Hər bir hif çoxnüvəli hüceyrələrdən ibarət nazik və sərt xitin (azot tərkibli polisaxarid) divarla əhatə olunmuşdur.
Miselinin quruluşu
Göbələklərdə miselilər arakəsməsiz (septasız) və arakəsməli (septalı) olur. İbtidai göbələklər (xitridiomitsetlər, oomitsetlər və s.) əsasən septasız, ali göbələklər isə septalı olur.
Göbələklər göbələyəbənzər orqanizmlərə (selikli göbələklər, oomisetlər və s.) və əsl göbələklərə (kisəli və bazidili) ayrılır. İbtidai göbələklər birhüceyrəli orqanizmlərdir. Onlar çoxlu nüvəyə malik olan tamamən bir hüceyrədən ibarət olur. Ali göbələklər çoxhüceyrəli orqanizmlərdir.
Göbələklər digər orqanizmlərlə simbioz yaşaya bilir. Məsələn, onlar yosunlarla və ya sianobakteriyalarla simbioz əlaqə yaradıb, şibyələri əmələ gətirir. Onlar ali bitkilərin köklərinə sarılaraq hiflər vasitəsilə onlara daxil olur və mikoriz (yun. miko – göbələk, rizo - kökadlanan struktur (kök + göbələk) yaradır.
Mikoriz strukturu – göbələklərin ağac kökləri ilə simbioz əlaqəsi
Bu cür simbioz bitkilərin fosfatlara olan tələbatını ödəyir. Məsələn, yerüstü bitkilərin 80%-i və bir çox kənd təsərrüfatı bitkiləri Glomus versiforme göbələyi ilə simbioz formalaşdırır. Bu göbələk onların köklərində yaşayaraq bitkilərə fosfatları və qidalı mineral maddələri rahat mənimsəməyə imkan yaradır. Göbələk isə bunun müqabilində ağacdan üzvi maddələr alır. Onlarda fotosintez olmadığından üzvi maddələri sintez edə bilmir. Məhz bu səbəbdən bir çox qiymətli göbələkləri süni surətdə yetişdirmək mümkün olmur.
Bu aləmin nümayəndələri arasında həm birhüceyrəli (mikroskopik), həm də çoxhüceyrəli (ali) göbələklərə rast gəlinir.

1 yorum:

  1. Göbələklərin tərkibi haqqında bir az daha çox yazsaydınız daha yaxşı olardı. Amma yenədə yaxşıdı.

    YanıtlaSil