26 Mart 2020 Perşembe

Vaksinlərin həyatımızda rolu...

Vaksin bir bioloji maddədir ki insanin bədəninin müqavimətini xəstəliklərə qarşi qüvvətləndirir.
Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar, onların ifraz etdiyi bəzi antigen xassəli maddələrdir. Vaksin həmçinin gen mühəndisliyi ilə də alına bilir. İmmun sistemi bu maddələri antigen kimi qəbul edir və ona qarşı antiteller yaradır (humoral immunitet). Yaxud da hüceyrə immuniteti ilə, yəni T limfositlər vasitəsi ilə məhv edir. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə metodlarından ən effektli və iqtisadı cəhətdən ən əlverişli üsul vaksinasiyadır. Əsas prinsipini müəyyən infeksion törədiciyə qarşı spesifik immun cavabın yaranması təşkil edir. Bu proses isə aktiv immunizasiya adlanır. Belə spesifik əks cisimlər hazır şəkildə heyvanlardan və ya donor insanlardan alınıb orqanizmə yeridilməsi passiv immunizasiyadır. Qədim dövrlərdən müşahidə olunub ki, ağır yoluxucu xəstəlikləri bir dəfə keçirən, bu xəstəliyə daha tutulmur və ya xəstəliyi yüngül keçirir. Ona görə də pandemiya və epidemiyalar zamanı belə şəxslərdən müəyyən qruplar yaradılırdı və onlar xəstələrə qulluq edirdilər.
"Vaksin" sözü fransızca "vacca - inək" deməkdir. Bu termini elmə ingilis həkimi Edvard Cennerin şərəfinə Lui Paster gətirmişdir. Cenner ilk dəfə olaraq insanları təbii çiçəkdən qorumaq məqsədi ilə onları inəyin təbii çiçək virusu ilə immunizə etmiş və onun 100% effektliyini göstərmişdir. Lui Paster onun davamçısı olmuş və diri mikrobları zəiflətməklə onların təbii antigenliyini zəiflədərək, onlardan vaksin hazırlamışdır. Bu məqsədlə o, yüksək temperaturdan isdifadə etmiş və buradan da "pasterizasiya" termini əmələ gəlmişdir. Toyuq vəbası, quduzluq və qarayaraya qarşı vaksinlər təklif etmişdir.Bir elm kimi immunologiyanın əsasları 1891-ci ildə məşhur fransız alimi Lui Paster tərəfindən qoyulub. Alim öz kəşfini dahiyanə bir prinsiplə ifadə edib: “Əgər mikrobun zəhərliliyini azaltsaq, o özünün törətdiyi xəstəliyə qarşı mübarizə vasitəsinə çevrilə bilər”.Vaksinasiyanın əsas məqsədi orqanizmdə erkən dövrdə güclü immunitet yaratmaqdır. “İmmunitet” termini isə rus alimi İ.İ.Meçnikov və fransız mikrobioloqu L.Paster tərəfindən təklif edilmiş və mənası latın dilində olan “immunis” sözündəndir. Qədim Romada bəzi dövləti mükəlləfiyyətlərindən azad edilmiş şəxslər belə adlandırılıdı.
Əvvəllər “immunitet” adı altında orqanizmin yalnız infeksion xəstəliklərə tutulmamaq qabiliyyəti nəzərdə tutulurdu. Ancaq XX əsrin ortalarından etibarən, ingilis alimi P.Medavrın apardığı elmi araşdırmalar nəticəsində məlum olmuşdur ki, immunitet insan orqanizmini onun üçün qenetik olaraq yad hesab edilən istənilən hüceyrələrdən - infeksiyalar, mikroblar, göbələklər, parazitlər, transplantasiya üçün istifadə edilən istənilən yad toxumalar, həmçinin insanın özünün mutasiyaya uğramış hüceyrələrindən də (həmçinin xərçəng hüceyrələrundən) qoruyur. Beləki insanın immun sistemi – çox mürəkkəb və çox mükəmməl bir sistem olub, orqanizm üçün “yad” və təhlükəli hesab edilən istənilən substansiyaların tanınması və məhv edilməsi funksiyasını daşıyır. Bundan başqa, immun sistemi orqanizmin hüceyrə və toxumalarının normal şəkildə inkişaf etməsinə nəzarət edərək, onlar üçün nəzərdə tutulan genetik proqramdan kənara çıxmağa imkan vermir. Yəni, xərçəng hüceyrələrini, qocalmış, ölmüş hüceyrələri məhv edir və məhv olmuş hüceyrələrin üzərinə düşən vəzifələri tam şəkildə icra edə bilən cavan “ardıcılların” yetişdirilməsi mexanizmini tənzimləyir.
Vaksinasiyaya əsas göstəriş kimi yoluxucu xəstəliklərin yayılma təhlükəsinin artması, eləcə də əhali arasında epidemiyaların baş verməsi hesab edilir. Kütləvi profılaktika tədbirləri aparılarkən Vaksinasiyaya əks göstərişlər, həmçinin insanın ümumi vəziyyəti nəzərə alınmalıdır.
Müasir dövrdə vaksinin bir neçə növü var.

  • Hər hansı bir peyvənd vurulandan sonra orqanizmdə daxil olan vaksinə qarşı immunoloji proseslər getməyə başlayır və həmin xəstəliyin əleyhinə immunitet, yəni müdafiə yaradır. Yaranan immunitetin davamlılığı və gərginliyi bir çox amillərdən asılıdır. Həmin amillər sırasına peyvəndin vurulma sayı, peyvəndlər arasındakı vaxt intervalı, peyvəndin keyfiyyəti, ən əsası isə uşağın vaksinasiyasından əvvəlki və sonrakı sağlamlıq durumu daxildir. Uşağın səhhətində problemlər olarsa, immunitetin davamlılığı və gərginliyi aşağı düşə bilər. Ona görə də yalnız sağlam uşaqlar peyvənd olunmalıdır. Peyvənd günü uşaqlar ciddi şəkildə həkim müayinəsindən keçməli, bədən temperaturu mütləq ölçülməli, ağciyərlərə qulaq asılmalıdır.
Peyvəndlərin növləri:
Əzələ daxilinə 
  • AGDT (difteriya, göyöskürək və tetanus əleyhinə)
  • ADT (difteriya və tetanus əleyhinə)
  • pentavaksin (difteriya, göyöskürək, tetanus, haemofil infeksiyası, hepatit B əleyhinə), 
  • pnevmokok, hepatit B və inaktivləşdirilmiş poliomielit vaksinləri, 

Dəri altına

  • QPM vaksini (qızılca, parotit və məxmərəyə qarşı), 

Dəri içinə

  • Vərəm əleyhinə BCG peyvəndi, 

Ağızdan

  •  OPV (oral polimielit vaksini) qəbul edilir. 
Çox təəssüf ki əhali arasında peyvəndin vurulması haqqında təzadlı fikirlər var ,bəziləri bunun doğru ,bəziləri isə yalnış olduğunu düşünür.Müasir dövrdə peyvəndin tədbiq olunması həkim pediatr tərəfindən müəyyən olunur. Pediatr həkimlər uşağın vəziyyətinə əsasən istiqamət alırlar. Cədvələ əsasən uşaqlara olunan peyvənd 14 yaşa qədəridir.
Böyük yaşlarda artıq 10 ildən bir difteriyaya və tetanusa qarşı peyvəndlər olunur.Peyvənddən öncə uşağı həkim müayinə etməlidir. Yalnız tam sağlam olmayan zaman uşaqlar peyvənd olunmaya bilər. Peyvənddən sonra əsasən heç bir narahatlıq olmur. Bəzi hallarda temperatur yüksəkliyi ola bilər. Bu normal hal qəbul olunur. Yox, əgər uşaqda başqa simptomlar aşkarlanırsa bu zaman mütləq həkimə müraciət etmək lazımdır.

Hiç yorum yok:

Yorum Gönder