17 Temmuz 2023 Pazartesi

Karbohidratlar,Lipidlər

Karbohidratlar - tərkibi Cn(H2O)m ümumi formulu ilə ifadə olunan üzvi maddələrdir.“Karbohidrat” sözünün mənası “hidratlaşmış karbon” ( sulu karbon) deməkdir. Bu birləşmələrin tərkibinə karbon, hidrogen və oksigen daxildir.

Karbohidratlar — yüksək enerjiyə malik üzvi maddələr olub, orqanizmə qida ilə daxil olur və insan orqanizminin tam müxtəlif ehtiyaclarını ödəyir.

 Karbohidratlar sadə (monosaxaridlәr və disaxaridlәr) və mürəkkəb (polisaxaridlәr) quruluşda olur.

Sadə karbohidratlar

Sadə karbohidratlara süd məhsullarında, meyvə və şirniyyatlarda rast gəlirik. Onlar tez həzm olunaraq sorulur, aclıq hissi ilə isə yenidən yaranır.

Monosaxaridlәr suda asan həll olur və şirin dada malikdir. Təbiətdə ən çox yayılan monosaxaridlər qlükoza, fruktoza, qalaktoza, həmçinin nuklein turşuları və ATF-in tərkibinə daxil olan dezoksiriboza və ribozadır.

Qlükoza çoxlu miqdarda üzüm şirəsində (ona görə ona üzüm şəkəri deyilir), balda, yetişmiş meyvə və giləmeyvələrdə olur. İnsan orqanizmində qlükoza əzələlərdə və qanda (0,1%-ə qədər) olur. Qlükoza bitkilərdə fotosintez reaksiyası üzrə əmələ gəlir:

Fruktoza (C6H12O6) bir çox meyvələrin tərkibində olduğu üçün onu meyvə şəkəri adlandırırlar. Fruktoza həmçinin balın mühüm tərkib hissəsidir (50%). O, qlükozadan şirindir və bu da balın çox şirin olmasına səbəb olur.

Eyni formula malik olduqları üçün qlükoza və fruktoza bir-birinin izomeridir.

Təbabətdə qlükozadan qanın konservləşdirilməsində və orqanizmi möhkəmləndirən müalicə vasitəsi kimi istifadə olunur. O, toxuculuq sənayesində parçalara bəzək vurulmasında, qənnadı sənayesində, həmçinin C vitamininin (askorbin turşusunun) alınmasında işlədilir. Praktikada qlükozanın qıcqırdılmasından etil spirti alınır.

Disaxaridlər Monosaxaridlərin ikisi birləşdikdə disaxaridlәr əmələ gəlir. Disaxaridlər də xassələrinə görə monosaxaridlərə oxşar olub suda asan həll olur və şirin dada malikdir. Disaxaridlərə çuğundur və ya qamış şəkəri (saxaroza) və süd şəkəri (laktoza) aiddir.

Mürəkkəb karbohidratlar


Polisaxaridlər çoxsaylı monosaxarid halqalarından təşkil olunmuşlar. Polisaxaridlərdə monomer halqaların sayı artdıqca onların suda həllolma qabiliyyəti azalır və şirin dadı itir. Polisaxaridlərə bitki hüceyrəsində üstünlük təşkil edən nişasta, sellüloza, heyvan hüceyrəsində olan qlikogen, həşəratların xarici skeletini təşkil edən xitin və s. aiddir.

Mürəkkəb karbohidratların həzmi və sorulmasına çox vaxt gedir, bu isə toxluq hissinin uzun müddət qalmasına və təkrar qida qəbul etməməyə imkan verir. Məsələn: bəzi zəruri fermentlərin bizdə olmaması səbəbindən, sellüloza orqanizmimizdə həzm olunmur. Aclıq hissinin müddətini uzadır, bağırsağın işini tənzimləyir, parçalanmadan əmələ gələn toksik maddələri orqanizmdən xaric edir, xolesterinin səviyyəsinə müsbət təsir edir.

  • Monosaxarid - qlükoza, fruktoza, qalaktoza, dezoksiriboza, riboza və s.
  • Disaxarid - saxaroza, laktoza,maltoza və s.
  • Polisaxarid - qlikogen, nişasta, sellüloza, xitin, pektin və s 

Funksiyaları


Energetik - karbohidratlar orqanizm üçün əsas enerji mənbələrindən biridir (təqribən - 60%). Beynin, qan hüceyrələrinin, böyrək və böyrəküstü vəzinin beyin maddəsinin fəaliyyəti üçün tələb olunan bütün enerji qlükozanın oksidləşməsi nəticəsində təmin olunur. 1 q karbohidratın oksidləşməsi nəticəsində təqribən 17.6kC enerji ayrılır.

İnşaat -onlar müxtəlif hüceyrə strukturlarının bitkilərdə(sellüloza) və göbələkdə(xitin) hüceyrə divarlarının tərkibində olur.

Plastik - onlar müxtəlif  mürəkkəb üzvi malekulların tərkib hissədir.Orqanizm üçün mühüm olan bir çox maddələrin (nukleotidlər, lipidlər, fermentlər və s.) sintezində iştirak edirlər.

Mühafizə- karbohidratlar bitki toxumlarının qılafının əsas komponentlərindəndir, cücülərin və xərçənglərin xarici skeletlərinin qurulmasında, bakteriyaların hüceyrə divarlarının və bütün canlı orqanizmlərin hüceyrə membranlarının əmələ gəlməsində (zülallarla kompleks şəklində) iştirak edirdilər.

Dayaq - sellüloza və bitki hüceyrələrinin qılafının digər polisaxaridləri hüceyrələri nəinki xarici təsirlərdən mühafizə edirlər, onlar həm də bitkinin möhkəm gövdəsini, onun mexaniki və dayaq toxumlarını yaradırlar.

Ehtiyat qida maddələri- onlar orqanizmdə qlikogen (insanlarda və heyvanlarda), nişasta (bitkilərdə) şəklində toplanmağa qadirdirlər.

Osmotik təzyiqin  yaranmasında iştirak edirlər.Qanın osmotik təzyiqi qatılığından asılıdır.

Reseptor funksiyasını,bir çox oliqasaxaridlər hüceyrə reseptorlarının qıcığının qəbul edən hissəsini əmələ gətirir.


Sutkalıq karbohidrat  norması  500 qramdır.Orqanizmdə karbohidrat miqdarı çox olanda zülala və yağa çevrilmə baş verir.



Lipidlәr. Suda həll olmayan,benzin,benzol və xloroformda həll olan üzvi birləşmələrdir. Bütün heyvan və bitki hüceyrələrinin tərkibinə daxildir.

Lipidlərin ən geniş yayılanı yağlardır. Yağlar hüceyrədə quru kütlənin 5–15%-ni təşkil edir. Piy toxuması hüceyrəsində onun miqdarı hətta 90%-ə çatır. Belə hüceyrələr heyvanlarda dəri altında, süd vəzilərində və piyliklərdə olur. Bütün məməlilərin südündə yağ vardır. Bitkilərdə yağlar, əsasən, toxumlarda və meyvələrdə toplanır. Günəbaxanın, qozun, kətanın, kənafın, pambığın, zeytunun və başqa bitkilərin toxum və meyvələrində yağın miqdarı daha çoxdur.


Lipid-yunanca "lipoz"-sözündən götürülüb, mənası piy deməkdir. Adətən lipidləri iki yerə bölürlər:

  1. Sadə lipidlər. Bura yağlar, sabunlar və mumlar aiddir;
  2. Mürəkkəb lipidlər.



Yağların bioloji rolu. Yağların bioloji rolu çoxcəhətlidir.


Enerji funksiyası- Onlar hər şeydən əvvəl enerji mәnbәyidir. 1 q yağ tam parçalanarkən 38,9 kC enerji ayrılır.

Tempuraturun tənzimlənməsi_ Yağlar bәdәn temperaturunun tәnzimlәnmәsi prosesində iştirak edir. Quşlar və məməlilərdə dəri altında piy qatının olması onların bədən temperaturunun sabit saxlanılmasını təmin edir və bu heyvanların qış mövsümündə də aktiv olmasına şərait yaradır.

Suyun əmələ gəlməsi- 1q yağ parçalananda 1.1 q su əmələ gəlir.


Sutkalık bir insan qidasında 100-110 qram yağ olmalıdır.(30q bitki mənşəli)



Hiç yorum yok:

Yorum Gönder