18 Temmuz 2023 Salı

İrsi məlumatlar genetik kod

 DNT və gen. İrsi məlumatların daşıyıcısı DNT molekuludur. Zülalın ilkin quruluşu barədə məlumatlar onun genlər adlanan müvafiq sahələrində saxlanılır. Beləliklə, gen (yun. “genos” – mənşə, nəsil) bir zülal molekulunun ilkin quruluşu barədə məlumat daşıyan DNT sahəsidir.

Genetik kod.DNT və RNT-nin fəaliyyəti sayəsində hər bir orqanizmə xas olan spesifik zülallar sintez olunur. Genlərdə sintez olunacaq bu və ya digər zülalın aminturşular ardıcıllığı barədə məlumatlar saxlanılır . Bu məlumatlar sonradan komplementarlıq prinsipi əsasında m-RNT-yə köçürülür və nəslə ötürülür.Hüceyrədə zülal sintezi prosesi olduqca mürəkkəbdir. Nuklein turşuları heteropolimer quruluşa malik zəncirdən ibarətdir. Bu polimer 4 cür nukleotidin 3-3(3 nukleotid=triplet)  birləşməsindən meydana gəlir. Bu nukleidlər özündə müəyyən informasiyanı daşıyır. Adenin (A), quanin (G), sitozin (C), timin (T) birlikdə genetik kodu əmələ gətirir.Orqanizmlərdə olan müxtəlif züllalar 20 tip amin turşularının müəyyən ardıcıllıqla birləşməsi sayəsində meydana gəlir.DNT və RNT-də zülalın ilkin quruluşunu təşkil edən hər bir aminturşu barədə məlumat 3 nukleotidin kombinasiyası nəticəsində yaranır və triplet adlanır..Hər bir triplet 1 amin turşusunu kodlaşdırır, lakin bəzi aminturşular bir və ya bir neçə kodla kodlaşa bilir. ,Genetik kodda genlər arasında onları bir-birindən ayıran və heç nəyi kodlaşdırmayan boş tripletlər də olur. Bütün canlı orqanizmlərdə eyni aminturşulara eyni tripletlər uyğundur.

 DNT və m-RNT-si molekullarında zülalın ilkin quruluşu haqqında məlumatın nukleotidlər şəklində uyğun ardıcıllıqla düzülmə qaydası genetik kod adlanır.Kodun mahiyyəti ondan ibarətdir ki mRNT-də nukleotidlərin yerləşmə ardıcıllığı amin turşuların yerləşmə ardıcıllığını müəyyən edir.Genetik kodda olan 3 xüsusi triplet var ki (UAA,UAQ,UQA) bunlar stop kodonu adlanı və zülül sintezinin başa çatdığını bildirir.




Yadda saxlamamız gərəkən məlumatlar!


  1. 1 nukleotidin uzunluğu = 0,34 nm
  2. 1 genin ölçüsü = 1 nukleotidin uzunluğu × n (nukleotidlərin sayı)
  3. Aminturşuların sayı = nukleotidlərin sayı : 3
  4. 1 genin kütləsi = nukleotidlərin sayı × 1 nukleotidin kütləsi
  5. 1 nukleotidin kütləsi ≈ 300 a.k.v.
  6. 1 aminturşu qalığının molekul kütləsi ≈ 110 a.k.v.
  7. DNT molekulunda nukleotidlərin nisbəti : А+Q / Т+S = 1

Genetik kodun xüsusiyyətləri

  1. Genetik kod bütün orqanizmlər üçün vahiddir – universaldır.Yəni bakteriya və göbələkdə istərsə də bitki və ya heyvanlarda və ya insanda eyni cür tripletlər eyni amin turşusunu kodlaşdırır.
  2. Kod tripletlidir. Hər bir aminturşusunun yeri ciddi sürətdə, məlumat RNT-də müəyyən üç nükleotidlər ilə kodlaşır və bir spesifik kodon əmələ gətirir.
  3. Bir aminturşusu bir neçə kodonlarla (birdən-altıya qədər) kodlaşa bilər. Yalnız 2 aminturşusu bir tripletdə kodlaşır – metiomin (AUQ) və triptofan (UQQ).Leysin aminturşusu maksimum kodonla (altı ədəd) kodlaşdırılır.
  4. Kod üst-üstə düşmür. Nukleotid ardıcıllığı sıra ilə bir istiqamətdə 5-dən 3-ə triplet tripletin ardınca hesablanır.
  5. AUQ kodunu məlumat RNT-nin başlanğıcında – 5' ucunda yerləşdikdə polipeptid zəncirinin sintezinin təşəbbüşçüsü olacaq. Əgər AUQ kodunu məlumat RNT-nin ortasında yerləşirsə, onda o, metionin aminturşusunu kodlaşdıracaq.
  6. UAQ ("amber") UAA ("oxra") və UQA ("opal") kodonları, sintezin terminatorlarıdır, yəni (stop-siqnalları)

Məlumat RNT-də genetik məlumatın hesablanması bu kodonların birinə yaxınlaşan kimi, sintez dayanır və polipeptid zəncir ribosomdan ayrılır.

Beləliklə, hər bir hüceyrənin DNT molekulunda bütün orqanizmin genetik məlumatı kodlaşıb və bu məlumat biosintez yolu ilə biokimyəvi proseslər, fizioloji xüsusiyyətlər və morfoloji əlamətlər şəklində ontogenezdə realizə oluna bilər.



Hiç yorum yok:

Yorum Gönder