20 Ekim 2023 Cuma

Göbələklər vasitəsilə yayılan xəstəliklər

 Göbələklər insan orqanizmində həm zəhərlənmələrə səbəb olur,həm də xəstəliklər törədir.

Göbələk xəstəliyi yüksək antibiotik qəbul etdikdən sonra baş verir.Yoluxucu xəstəlik olan göbələk xəstəliyi dəridə qızartı, qaşınma, iltihab və şişliklərə səbəb olan tək hüceyrəli göbələkdir. Müxtəlif növ göbələklər bu simptomların bədənin müxtəlif yerlərində görünməsinə səbəb ola bilər. İnfeksiya dəridə əl, ayaq, üz, bədən və baş dərisi kimi bölgələrdə çoxalan göbələk növlərinə görə baş verir.

Göbələk infeksiyası bədənin demək olar ki, hər hansı bir hissəsində yarana bildiyindən dolayı ən çox müşahidə olunan əlaməti qaşınmadır. Göbələyin əmələ gəldiyi nahiyədə qaşınma hissi yaranır. Dərinin səthinə təsir etdiyi hallarda göbələk xəstəliyi müxtəlif əlamətlərlə özünü büruzə verir. Saç göbələyində baş dərisində soyulma, qırmızı səpgilər və qabarın yaranmasına, saç tökülməsinə və keçəlliyə səbəb ola bilir. Dırnaq göbələklərində dırnaq altında ağ və sarı rəng dəyişikliyi, dırnaq qalınlaşması müşayiət olunur. Vaginal hissədə göbələk xəstəliyi simptomlarına sidik ifrazı zamanı yanma, qaşınma və cinsi əlaqə zamanı ağrı aiddir. Göbələk xəstəliyinin ən çox yarandığı ayaq barmaqları arasında isə qızartı, qaşınma və ayaqda pis qoxu əlamətləri də daxildir.

Göbələk xəstəliyi bəzən heyvanlardan insanlara, bəzən insandan insana, bəzən də hamam, hovuz, nəm və günəş şüası az olan yerlərdən, hətta yataq dəstindən və geyim əşyalarından da keçir. Göbələyin ən çox yayılan forması epidermofitiya, mikrosporiya, trixofitiya, dəri kandidozu, kəpəklənən dəmrov və dəri göbələyidir.

1.Zəhərlənmə-maddələr mübadiləsi zamanı göbələklərdən ayrılan zəhərli maddələr zəhərləməyə səbəb olur.
2.Mikozlar- parazit göbələklərin törətdiyi xəstəliklərdir.(dəmrov,keçəllik,dırnaq göbələyi)Göbələk insanın hər yeində qulaq,burun .göz və s rast gəlinir.



 Epidemiya ilə mübarizə bu 3 istiqamətdə təşkil olunur: 

  • infeksiyanı zərərsizləşdirmək və ya tamam məhv etmək (məs. taun tulyaremiya xəstəliyi zamanı gəmiriciləri qırmaq, xəstələri təcrid etmək və s.); xəstəlik törədiciləri yoluxma yolunda dizenseksiya və dizenfeksiya üsulları ilə məhv etmək; 
  • əhali arasında xəstəliyə qarşı kütləvi peyvənd etməklə immunitet yaratmaq.


Orqanizmin xəstəliklərə müqavimət göstərməsində onun vitaminlərlə doyma dərəcəsinin çox böyük əhəmiyyəti vardır. Vitaminlərin (ilk növbədə, askorbin turşusunun, A vitamininin, B kompleksinin) çatışmazlığı nəticəsində antibakterial mühafizə mexanizmləri, faqositar aktivlik zəifləyir, əks-cisimlərin əmələ gəlməsi imkanı azalır.

Hiç yorum yok:

Yorum Gönder