8 Mart 2017 Çarşamba

Ali sinir fəaliyyəti-Davranışın fiziologiyası

Orqanizmin əsas tələbinin təmin etməyə yönəlmiş hərəki uyğunlaşmanın mürəkkəb kompleksi- Davranış adlanır.Davranış və ya ali sinir fəailiyyəti baş beyin yarımkürələri qabığının fəaliyyətidir.Davranış sayəsində orqanizm xarici aləmin dəyişən və mürəkkəb və əlverişsiz şəraitinə uyğunlaşır.
O 3 formada yaranır.
  1. Təlimin köməyi ilə
  2. İrsən möhkəmləndirilmiş reflektor reaksiyaların
  3. Vərdişlər nəticəsində
                                                   
İnsan daranışının formalaşmasında sinir sisteminin rolunu ilk dəfə Roma həkimi Klavdi Qalen olub.O,sübut edib ki baş beyin və onurğa beyin sinirlər vasitəsilə bütün orqanlar arasında əlaqə yaradır.Əgər bu əlaqə kəsilərsə insan iflic ola bilər.
Beyin qabığı insanın psixi fəaliyyət orqanı olub,şüur,abstrakt təfəkkkür,yaddaş və nitqi təmin edir.O, həyat təcrübəsi toplayan orqandır,onda şərti refleks qövsü qapanır.Psixika-insanı əhatə edən xarici obyektiv aləmin onun beynindəki subyektiv surətidir.Onun təsəvvürü,yaddaşı ,düşüncəsi,hissiyatı,və fəaliyyətidir.
Beyin fiziologiyası haqqında elmin yaranması fransız alimi Rene Dekartın adı ilə bağlı olsada "refleks" terminini elmə Çex alimi İ.Proxazko  gətirmişdir.Orqanizmin işinin reflektor prinsipləri haqqında təlimi ən yüksək şəkildə rus fizioloqu İ,M,Seçenov işləmişdir.O baş beyin reflekslərinin yaranmasını 3 mərhələyə ayırıb.
  1. ci mərhələ-xarici qıcıqların təsirində duyğu orqanlarında gələın oyanma
  2. ci mərhələ-beyində gedən oyanma və tormozlanma prosesləridi.Nəticədə duyğu, təsəvvür, hisslər yaranır.
  3. ci mərhələ-insanın hərəkət və fəaliyyəti başqa sözlə davranışı aiddir.
Ali sinir sistemi haqqda müasir təlimin banisi isə İ.P.Pavlovdur.O reflekslər Şərti və Şərtsiz olmaqla 2 yerə ayırıb.
  1. Şərtsiz reflekslər və əsas xüsusiyyətləri:
  •  Anadangəlmə olur.
  • İrsən keçir
  • Mərkəzi baş beyin və onurğa beynin müxtəlif şöbələırində,başbeynin qabıq altı nüvələrində  yerləşir.
  • Daimidir
  • Sönmür
  • Bunların əsasında orqanların  və orqanlar sisitemlərinin fəaliyyətinin əlaqəsi və tənzimi həyata keçirilir. 
  • Şərtsiz refleksin bazası əsasında şərti refleks əmələ gəlir.
  • Əmələ gəlməsi üçün baş beyin yarımkürələrinin iştirakı vacib deyil.
  • Şərtsiz reflekslərə-qida.müdafiə ,səmt,cinsiyyət.asqırma,əmmə.öskürmə misal ola bilər.
  • Eyni növün bütün fərdlərində oxşar olur.
      2.Şərti reflekslər və xüsusiyyətləri:
  • Sonradan qazanılır
  • Daimi deyil
  • İrsi deyil
  • Fərdidir.
  • Şərtsiz reflekslərin qıcığa uyğunlaşması nəticəsində yaranır.
  • Davamlı deyil ,şərtsiz qıcıqlarla möhkəmləndirilmədikdə sönür.
  • Növün bütün fərdlərində olmur
  • Baş beyin yarımkürələrin qabığının sayəsində yaranır.
  • Yaranması üçün 2(şərti və şərtsiz) qıcıqlandırıcının olması lazımdır.
  • Sönür(tormozlanma)(xarici və daxili mühit amilləri nəticəsində)

Davranışın ən mürəkkəb forması -instikdir.İnstiktlər şərtsiz reflekslərin ardıcıl yaranan reflekslərindən ibarət olub.bir birini tamamlayır.Adətən qısa ömürlü heyvanlarda məsələn həşəratlarda daha çox inkişaf etmişdir.Misal olaraq
  • Xaçlı hörümçəyin tor qurması
  • Arıların bal hazırlaması
  • İpəkqurdunun  barama hörməsi
  • yazda durnanın vətənə qayıtması
İ.P.Pavlov nitq funksiyasına əsaslanaraq I vəII siqnal sistemini yaradıb.
   I.siqnal sistemi-xarici qıcıqların reseptorlar vasitəsi ilə qəbulu və analizidir.Həm insana həm də heyvanlara xasdır.
     II.siqnal sistemi-nitq və sözlə bağlı olub ancaq insana xasdır.

Yaddaş

Yuxu

Hiç yorum yok:

Yorum Gönder