8 Mart 2017 Çarşamba

Yaddaş


                                                          

Yaddaş-mərkəzi sinir sistemində gedən və fərdi təcrübə toplamağa, onu uzun müddət saxlamağa , idarə etməyə  kömək edən proseslər məcmusudur. Yaddaş- xatırlama, yadda saxlama və təkrar etmək kimi proseslərdən ibarətdir.
Yaddaşın yaranması baş beyin yarımkürələrinin  müəyyən şöbələri ilə əlaqədardır.Beynin bu şöbələri bir birləri ilə neyronların qapalı zəncirləri ilə əlaqə saxlayır.Qabığın alın və gicgah payı zədələndikdə insanın bütün yaddaşə zəifləyir.
Yaddaşın təkamülü:
  1. Genetik yaddaş-birhücüyrəlilərin qidaya doğru yönəlməsi
  2. İmmun yaddaş-məlumatların zülal makromalekulları vasitəsi ilə hüceyrəarası mübadiləsi
  3. Sinir yaddaşı-sinir sisteminin yaranması ilə əlaqədar impulusların sinapslar  vasitəsi ilə neyronlara ötürülməsi
Yadda qalma müddətindən asılı olaraq yaddaşın 3 tipi var.

1.Sensor və ya ani yaddaş-məlumatı bir neçə saniyə ərzində saxlayır.Əgər bu məlumat beyin üçün maraqlı deyilsə yaddaşdan silinir.

2.Qısa müddətli yaddaş-əgər  məlumat vacib olarsa bu qısa müddətdə yadda qalır.Əgər təkrarlnmazsa onda yaddaşdan silinir.
3.Uzun müddətli yaddaş-yalnız təkrar və başqa yada salmalarla yaddaşda uzun müddətdə qalır.

İnsanın yadında nələrin yadda qalmasından asılı olaraq yaddaşın 4 növü var.

 1..Hərəki yaddaş-məşqlər və vərdişlər nəticəsində təkrar olunan hərəkətlərin yadda qalmasıdır.Məsələn:rəqs,idman vəs.

2.Obrazlı yaddaş-insanların və heyvanların sifətinin,təbiət mənzərəsini,qoxunu,musiqini yadda saxlanılmasıdır.
3.Emosional yaddaş-insanın yaşamış olduğu hissləri yadda saxlayır,buna səbəb isə həmin anda qanda bioloji fəal maddələrin əmələ gəlməsidir.Bu yaddaş növü üzün müddətli yaddaşa aiddir.
4.Söz yaddaşı-insanın oxuduğu,eşitdiyi sözlərin yadda qalması ,saxlanılması və təkrar olunmasıdır



Məlümatın yadda qalması 2 cür olur.
1.Qeyri-iradi- bu vaxt məlumatın yadda qalması üçün səy göstərilmir,o,öz-özünə yadda qalır.
2.İradi-bu zaman isə insan materialı öyrənmək üçün qarşısına məqsəd qoyur ,səy göstərir və daim təkrar edir.İradi yaddaşın formalaşması məktəb illərində daha fəal olur.

Yaddaş 25 yaşadək inkişaf edir və 50 yaşadək qalır.Sonra isə tədricən zəifləyir.Peşə yaddaşı isə ahıl yaşda da qalır.
Yaddaşı müntəzəm möhkəmləndirmək və təkrar etməklə gücləndirmək və inkişaf etdirmək olar.


Hiç yorum yok:

Yorum Gönder