11 Mart 2017 Cumartesi

Çiçəyin qurluşu


Çiçək-tumurcuqdan əmələ gəlmiş şəklini dəyişmiş zoğdur.Çiçək çiçək tumurcuğundan çiçək saplağı üzərində inkişaf edir. Yalnız çiçəklənmə zamanı bitkilərdə meyvə və toxumlar əmələ gəlir.Saplağın genişlənmiş hissəsində - çiçək yatağında isə çiçəyin digər hissələri əmələ gəlir
Dünyada ən böyük çiçəyə malik bitki Rafleziyadır.Onun 5 böyük ləçəyi var.Dm-1m , çəkisi 11kq-dır.Çürümüş ət iyi verdiyinə görə milçəklər tərəfindən tozlandırılır.Bitkini kökü və gövdəsi yoxdur.Parazitdir yaşaması üçün lazım olan tələbatını lianların gövdəsindən alır.
                                     
Image result for Yarpaqların daxili qurlusu

Tac-Çiçəyin ləçəklərdən ibarət parlaq rəngli hissəsi tac adlanır. 
Kasacıq-Tacdan aşağıda yaşıl yarpaqcıqlardan ibarət kasacıq və ya çiçək yatağı yerləşir. 
Çiçək yanlığı-Tac və kasacıq çiçək yanlığını təşkil edir. Çiçək yanlığı çiçəyin daxili hissələrini zədələnməkdən qoruyur və tozlayıcı cücüləri özünə cəlb edir.Həm ləçəkləri həm də kasa yarpaqları olan çiçək yanlığı ikiqat çiçək yanlığı adlanır.(alma,heyva)Kasa yarpağı olmayan çiçəklər isə sadə çiçək yanlığına malikdir.(inciçiçəyi,lalə)Bəzi bitkilərdə çiçək yanlığı olmur(söyüd,qovaq)Bunlar qeyri-tam çiçəklər adlanır.kasacığı,tacı,erkəkciyi və dişiciyi olan çiçəklər tam çiçəklər adlanır.
Çiçəyin əsas hissələri dişicik və erkəkcikdir. 
Erkəkcik nazik erkəkcik sapından və tozluqdan ibarətdir. Tozluğun içərisində tozcuqlar əmələ gəlir. 
Dişicik genişlənmiş hissədən yumurtalıqdan, ensiz sütuncuqdan və dişicik ağızcığından ibarətdir. 
Bir çiçəkdə həm ekəkcik həm də dişicik varsa ikicinsli çiçək adlanır.(alma. heyva, albalı, zeytun,limon)
Bəzən eyni bitki üzərində erkəkcik ayrı çiçəkdə ,dişicik ayrı çiçəkdə olur.Belə çiçəklər bircinsli ,bitki özü isə birevli adlanır.(şabalıd,fındıq,xiyar,qarğıdalı)Yəni bircinsli birkilər və birevli bitkilər eynidir.
Dişicikli çiçəklər bir bitki,erkəkcikli çiçəklər bir bitki üzərində yerləşirsə belə bitkilər ikievli birkilər adlanır.(qovaq,gicitkən,söyüd)
Çiçək yatağı-çiçəyin bütün hissələri bunu üzərində yerləşir.o saplağın genişlənmiş və yoğunlaşmış hissəsidir.
Çiçək saplağı-gövdənin bir hissəsidir.

Yumurtalıqdan meyvə əmələ gəlir. Bəzi bitkilərdə, məsələn, alma,armud,heyva və s. meyvənin əmələ gəlməsində çiçək yatağı da iştirak edir.
                      

4 yorum: