11 Mart 2017 Cumartesi

Yarpağın qurluşu haqqında məlumat


                       Image result for Yarpaqların daxili qurlusu

                           
Yarpaq bitkinin əsas orqanlarından biri olub,xlorofillə zəngin olduğu üçün adətən yaşıl rəngdə olur.Yarpaq-yarpaq ayasından və saplaqdan ibarətdir.Saplaqsiz yarpaqlara oturaq yarpaq deyilir.Yarpaqlar- fotosintez,transkripsiya,tənəffüs kimi mühüm funksiyaıarə yerinə yetirən orqandır. Yarpaq ayası xaricdən dəriciklə örtülüb,bu qat onu zədələnməkdən,qurumaqdan qoruyur.Dəricik hüceyrələri  bir-birnə birləşmiş,şəffafdır.Ona görə də günəş şüaları daxilinə keçə bilir.Yarpaqların həm alt həm də üst hissəsində ağızcıqlar yerləşir.(su zanbaqinda ancaq ust hissədə olur)Yarpaqda suyu pis keçirən,yarpağı qızmaqdan və yanmaqdan qoruyan kitukula qatı var.Dəriciyin altında yarpağın ləti və ya əsas toxuma yerləşir.Buradaki hər bir hüceyrəni qlafı,sitoplazması, nüvəsi, xloroplastı və vakolları var.Xloroplast yarpağa yaşıl rəng verir.Əsas toxumanın altında sütünvarı toxuma yerləşir.Sonra isə Süngər toxuma yerləşir.Əsas toxumanın içərisində damarlar keçir.Damarlar ötürücü toxumaadan ibarət olan floema və kslemadan və liflərdən ibarətdir.Floema vasitəsi ilə yarpaqlarda əmələ gələn üzvi maddələr digər orqanlara ötürürülür.Kslema vasitəsilə isə kökdən su və mineral maddələr yarpağa gəlir.

Image result for Yarpaqların daxili qurlusu


Yarpaqlar iki qrupa ayrılır:
  • Bəsit yarpaqlar-Bəsit yarpaqlar elə yarpaqlara deyilir ki, onların bir saplağı üzərində yalnız bircə ayası olsun və yarpaq tökülən zaman aya ilə saplaq birgə tökülsün.
  • Mürəkkəb yarpaqlar-Yarpaq ayası bir neçə yarpaqcıqdan ibarət olub, tökülən zaman əvvəlcə yarpaqcıqları, sonra da saplağı tökülən yarpağa mürəkkəb yarpaq deyilir.
    Mürəkkəb yarpaqlar əsas etibarilə üç tipdə olur:
    • barmaqşəkilli,
    • lələkvari
    • üçər mürəkkəb yarpaqlar.

Yarpaqların düzülüşü
Yarpaqların gövdədə müəyyən qaydada yerləşməsinə yarpaqların düzülüşü deyilir. 
Yarpaqlar 3 formada düzülür

  1. Növbəli düzülüş-yarpaqlar gövdədə bir-birinin ardınca tək-tək (növbə ilə) yerləşir.(çovdar,buğda, tozağacı, alma, günəbaxan qızılgül və s.)
  2. Qarşı -qarşıya düzülüş-yarpaqlar gövdənin üzərində cüt-cüt,bir-birinin qarşısında  yerləşir(yasəmən,sırğagülü, gicitkan və s.)
  3. Topa ilə düzülüş-yarpaqlar gövdə üzərində bir buğumda üç və daha artıq yerləşir.(elodeya və s . )Image result for Yarpaqların daxili qurlusu

                                            Yarpaqların funksiyaları
Fotosintez-yarpaqlarda gunəş enerji hesabına qeyri üzvi -maddələrdən üzvi maddələr əmələ gəlir. Canlıların tənəffüsünü təmin edən oksigen  fotosintez nəticəsində alınır. Fotosintez prosesi yalnız işıqda gedən prosesdir. Üzvi maddə və oksigen əmələ gəlir. İlk dəfə olaraq fotosintezi rus alimi Kliment Arkadyeviç Timiryazev kəşf etmişdir.Fotosintez sözü yunanca fotos (işıq) və sintezis (birləşmə) sözlərindən gəlməkdədir.
Tənəffüs--Tənəffüs həm işıqda həm də qaranlıqda gedir. Tənəffüs zamanı karbon qazı və qeyri-üzvi maddə əmələ gəlir.
Transprasiya-- bitkinin torpaqdan aldığı suyun yarpaqlar vasitəsi ilə buxarlandırmasıdır. Bitkilər kök sistemi ilə aldıqları suyu yarpaqlarlara qədər qaldırır.
Image result for Yarpaqların daxili qurlusu

1 yorum: