10 Mart 2017 Cuma

Çoxalma

Çoxalma 3 səviyyədə baş verir.

  1. Malekul səviyyəsində(DNTnin ikiləşməsi)
  2. .Orqanoid səviyyəsində(mitoxondri və plastidlər)
  3. Hüceyrə səviyyəsində(mitoz,meyoz və amitoz)
Orqanizmlərin çoxalmasının 2 tipi var.
           

 1.Cinsiyyətsiz-çoxalmada 1fərd iştirak edir.Nəsildə valdeyinin tam oxşarı qız fərdlər əmələ gəlir.
Aşağıdakı formaları var:
  • Bölünməklə-Bakteriyalar,yosunlar(xlorella),birhüceyrəlilər bəziləri(evqlena,infizor-tərlik,amöb.)
  • Çoxlu hüceyrələrə bölünməklə-(şizoqoniya) 1ana hüceyrədən çoxlu qız hüceyrə əmələ gəlir.Sporlulardan malyariya parazitində
  • Tumurcuqlama-maya göbələkləri,bağırsaqboşluqlular(hidra)süngərlər.mərcan polipləri
  • Spor vasitəsilə-sporlu bitkilər(Yosunlar,mamırlar,qıjıkimilər)Spor birhüceyrəli olub,haploid xromosom yığımına malikdir.Sporlar onu əlverişsiz şəraitdən qoruyan qabıqla örtülüdür.Suda yaşayan bitkilərdə aktiv hərəkət etmək üçün onlar qamçıya malik olur.Belə qamçılı  spor zoospor adlanır.
  • Fraqmentasiya-bədənin qopmuş hissələrindən tam orqanizm əmələ gəlir. Bağırsaqboşluqlularda süngərlərdə, yastı (planari)və həlqəvi qurdlarda
  • Vegetativ çoxalma-bağırsaqboşluqlularda,süngərlər,bəzi yastı və həlqəvi qurdlar arasında təsadüf olunur.Çoxhüceyrəli heyvanlarda (hüceyrələrin ixtisaslaşması hesabına)az rast gəlinir. Bitkilər arasında çox rast gəlinir.Aşağıdakı növləri var.
  1.  Kök çilikləri ilə-(ağac və kol bitkiləri,moruq,rus alçası,zəncirotu)
  2. Gövdə  çilikləri ilə-(kaktus,elodiya,buynuzyarpaq,ağac və kol bitkiləri ) 
  3. Yarpaq   çilikləri ilə(limon,süsən,beqoniya,qaymaqotu)
  4. Bığcıqlarla- (çiyələk,sürünən qaymaq çiçəyi)  
  5. Kök bicləri ilə-(əksəriyyət   ağac və kol bitkiləri)
  6. Soğanaqla-(soğan,dağlaləsi)
  7. Gövdə yumrusu ilə(kartof,topinambur)
  8. Calaq vasitəsi ilə           
 2.Cinsiyyətli çoxalmada- iki fərd iştirak edir.(dişi və erkək).Onların hər birinin cinsi orqanlarında cinsiyyət hüceyrələri-qametlər əmələ gəlir.Qametlər haploid xromosoma malik olur onların birləşməsi nəticəsində diploid xromosoma malik ziqot əmələ gəlir.Heyvanalrda dişi qametlər hərəkətsiz və iri olur, erkək qametlər isə kiçik və aktiv olur.
 Növləri: 
1.Partenogenez-mayalanmamış yaumurtahüceyrədən tam orqanizm inkişaf etməsidir. Bitkilərdən (zəncirotu və qırğıotunda) və heyvanlardan(mənənə,rotatorilərdə-sap qurdlarda), bal arısında ,yanüzən xərşənglərdə,bəzi balıqlarda,qaya kərtənkələsində,hind toyuğunda
Bal arısı ailəsində 2yolla(mayalanmış və mayalanmamış yumurtadan) nəsil alınır.
Mayalanmış yumurtalardan- işçi və ana arı,
Mayalanmamış yumurtalardan- erkək arılar  yaranır.
2.Ginogenez-bir fərdin mayalanmamış yumurtahüceyəsinə digər növün spermatozoidi daxil olur, Lakin onu mayalandırmamış məhv olsada, yumurtanın inkişafına səbəb olur.
3.Hermofroditizim-oturaq və passiv həyat tərzi keçirən orqanizmlərdə (süngərlər,yastıqurdlar,həlqəvi qurdlar,molyuskalar süfrəsixordalılar və bəzi xordalılar.Belə orqanizmlər həm dişi həm də erkək cinsiyyət orqanına malik olur.Hər iki cinsiyyət orqanına malik olsada  mayalanma çarpaz gedir.
4.Konyuqasiya-sitoplazmatik atmalar vasitəsilə hüceyrələr bir birinə birləşir,aralarında informasiya mübadiləsi baş verir.Mübadilədən sonra hüceyrələr bir birindən ayrıldığına görə çoxalma zamanı hüceyrələrin sayı dəyişmir.(infizor tərlik,spirogira,mukor)






                             

Hiç yorum yok:

Yorum Gönder