9 Mart 2017 Perşembe

Qan və qan damarları


QAN-orqanizmin daxili maye mühitlərindən biridir.Yaşlı adamda 5l qan (bədən kütləsinin 7-8%i) olur.O,orqanizmdə damarlar vasitəsi ilə hərəkət edərək orqan və toxumalara oksigen və qidalı maddələri daşıyır və karbon qazının isə ağciyərlərə daşıyır.Ona görə də qan -damar sistemi daşıyıcı sistem də adlandırılır.Qan maye şəklində olduğundan o orqanizmdə damarların içərisi ilə hərəkət edir.
Qanın tərkibi:
Qan orqanizmin daxili maye mühitinə daxildir.Daxili maye mühitinə qan limfa və toxuma mayesi aiddir.Daxili maye mühitinin tərkibi daim sabit qalır.Bu proses homeostaz adlanır.Bu sabitlik sinir sistemini nəzarəti altında yaranır.Qan plazmadan(55-60%)və formalı elementlərdən(leykositlər,eritrositlər və trombositlər) təşkil olunub.

İnsan orqanizmində 3 cür damar var.
1.Arteriya damarları-ürəkdən çıxan damarlardır.Bu damarlar xaricdən sıx birləşdirici toxuma qatı(daha qalındır) →saya əzələ qatı→elastik liflər qatı→birqat epitel hüceyrələri qatı ilə əhatə olunub.İçərisində oksigenlə zəngin qan olur.(ağciyər arteriyasından başqa)Qanın ən böyük sürəti (5-10m/s)bu damarda olur.Qan təzyiqinin ən böyük qiyməti arteriyalarda olur.Bu damarların ritmik hərəkətini bədən səthinə yaxın ola hissələrdə hiss etmək olar-bu arterial nəbz adlanır.(biləyin içərisində,gicgahda,boyunda)
2.Vena damarları-ürəyə gələn damarlardır.Bu damarlar xaricdən sıx birləşdirici toxuma qatı(nazikdir) →saya əzələ qatı→elastik liflər qatı→birqat epitel hüceyrələri qatı ilə əhatə olunub.İçərisində çirkli qan olur.(ağciyər venasından başqa)Qan təzyiqinin ən kiçik qiyməti venalarda olur.Venalar qanı toplayaraq ürəyə gətirir.Venalarda ara sıra aypara qapaqlar yerləşir ki bu da qanın bir istiqamətdə axmasını təmin edir.
3.Kapliyarlar-maddələr mübadiləsi gedir.Ancaq birqat epitel toxumasından təşkil olunub.Ən kiçik damardlardır(dm-5mkm)sayı 150 milyard,uzunluğu100min km.Qanın ən kiçik sürəti bu damarda olur.
                  

                                 

1 yorum: