11 Mart 2017 Cumartesi

Kökün qurluşu haqqında məlumat


                                         Kökün qurluşu




Bitki orqanizminin hər hansı bir funksiyasını yerinə yetirən hissəsinə orqan deyilir. Kök, gövdə, yarpaq, çiçək, toxum və meyvə cicəkli bitkilərin  örqanlarıdır.
Əsas tumurcuq  və yarpaqdan məhrum olan bitki orqanına kök deyilir. Kök ali bitkilərin  vegetativ orqnlarından biridir.

Kökün vəzifəsi 

  • Bitkini torpağa bərkitmək , 
  • Onu şaquli vəziyyətdə saxlamaq, 
  • Torpaqdan suyu və suda həll olmuş mineral duzları almaq,
  • Qida maddələrini bitkinin digər orqanlarına ötürmək 
  • Qidalı maddələri özündə toplamaqdan  ibarətdir. 

Kökün növləri
Əsas kök – rüşeym kökcüyündən başlanğıc götürür. Rüseym kökcüyü də bitkilərin digər üzvləri kimi hüceyrəvi quruluşa malikdir.Mühütdəki qida maddələrinin hesabına  rüşeym kökcüyünün hüceyrələri böyüyür və çoxalır.İlk dəfə Çılpaqtoxumlularda əmələ gəlib.
Əlavə kök –kök xaric, bitkinin digər vegetativ orqanlarından( gövdə,yarpaq) inkişaf etmiş kökə deyilr.İlk dəfə Qıjıkimilərdə əmələ gəlib
Yan kök –sadəcə kökdən (əsas,əlavə və yan köklərdən) inkişaf etmiş kökə deyilir.İlk dəfə Qıjıkimilərdə əmələ gəlib.



Əsas kök +Yan kök =Mil kök sistemi
İki ləpəli bitkilərin çoxunda məsələn, dəvətikanı ,pambıq, qarayonca,ağaclarda və başqa bitkilərdə mil kök sistemi olur.


Əlavə kök+Yan kök=Saçaqlı kök sistemi
Birləpəli bitkilərin çoxunda məsələn ,taxıl bitkilərində , soğan,sarımsaq , dağ laləsi və başqalarında saçaqlı kök sistemi olur.

                                       


                                                     Köklərin təkamülü

                                            Əlavə kök→Yan kök→Əsas kök

Kökün böyüməsi
Kök həmişə uc hissəsi ilə böyüyür. Hər hansı bir kökün uc hissəsini kəssək, bir müddət sonra onun uzununa böyüməsinin dayandığını görərik. 
Kökün uc hissəsinin kəsilməsi ştilləmə adlanır.Bu zaman kökün dərinliyə doğru uzanması dayanır,yan və əlavə kök əmələ gəldiyindən kök torpağın üst qatına şaxələnir.Bu proses həm bitkilərin böyüməsinə müsbət təsir edir,həm də məhsuldarlığı artırır

Kök vasitəsi ilə suyun və mineral maddələrin udulması
Bitki orqanizminin əsas hissəsini su təşkil edir.Ali bitkilərin vegetativ orqanlarında 80-90% su olur. Su və suda həll olmuş mineral maddələr torpaqdan əmici tellər vasitəsi ilə diffuziya  hadisəsinə  əsasən sorulduqdan sonra kökün ötürücü sahəsinə  daxil olur və oradan borular vasitəsi ilə bitkinin gövdə və yarpaqlarına qədər qalxır. Bu məhlulun əmici tellərə diffuziyasına  kökün sorucu qüvvəsi deyilir.
Bitkinin kökünün torpaqdan su sorma ardıcıllığı
           Əmici tel→kökün qabıq hüceyrələri→kökün borucuq hüceyrələriGövdə və yarpaqlara qədər ötürülməsi isə  islatma  və transpirasiya qüvvəsi hesabına baş verir.
Bitki torpaqdan su ilə birlikdə ən çox azot, fosfor  və kalium duzlarını alır.

Kökün şəkildəyişmələri
Şəklini dəyişmiş köklər
        Əmələ gələn hissə                 
Aid olduğu bitkilər                  
Meyvə köklər
Əsas kök və gövdənin aşağı hissəsi
Çuğundur,turp yerkökü, şalğam
Kök yumruları
Əlavə və yan köklər
Georgin (soğangülü)



Digər şəkildəyişmələr.
*   Hava kökləri (səhləb),
*  Dirək kökləri (banyan),
*   Kök qarmaqcıqları (daş sarmaşığı),
*   Sormaclar (qızıi sarmaşıq),
*   Nedositlər (paxlalılar),
*   Mikoriza (ağac kökləri ilə göbələk mitsellərinin simbiozu) və s.
Qeyd: Jenşen əsas kökün şəkildəyişməsidir, əmələ gəlməsində əsas kök və kökümsov birgə iştirak edir.
Nedositlər əlavə  və yan köklərinin şişkinləşməsindən əmələ gəldiyinə görə kök yumrularına aiddir.
Səhləbin hava köklərindən başqa bəzi nümayəndələrində əlavə kökləri ehtiyat qida maddələri toplayaraq kök yumrusuna çevrilir


Kökün funksiyaları

Kökün funksiyaları

Köklər bitkini torpağa bərkitməklə yanaşı eyni zamanda bir neçə funksiya daşıyır.Bitkilərin 2əsas ,5 əlavə funksiyası var.
Əsas funksiyalar
1.Mexaniki və ya dayaq funksiyası
2.Sorucu və Ötürücü funksiya
Əlavə funksiyalar
1.Üzvi maddələrin sintezi
2.Ehtiyat funksiyası
3.Vegetativ çoxalma funksiyası
4.Simbiotik funksiya(göbələk mitselisi və yumurcuq bakteriyaları ilə simbioz)
5.Tənəffüs funksiyası(bataqlıq və manqo cəngəlliklərinin kökləri)

Kökün  anotomik qurluşu
Hər bir kökün uc hissəsi xaricdən kök üsküyü ilə örtülmüşdür.Kök üsküyü kökü zədələnmələrdən qoruduğu üçün ,qalın divarlı canlı parenxim hüceyrələrindən təşkil olunub.Su bitkilərində kök üsküyü olmur.Bitkilərin kökləri uc və yan hissələri ilə böyüyürlər.
                                          

4 yorum: