11 Mart 2017 Cumartesi

Gövdənin qurluşu haqqında məlumat

Gövdə--Bitkinin ən mühüm vegetativ orqanlarından biri gövdədir.Yerləşdiyi mühitdən asılı olmayaraq üzərində normal və ya şəkil dəyişmiş  yarpaq və tumurcuqlar yerləşən bitki orqanına gövdə deyilir.Əsas funksiyası bitkilərin digər orqanları arasında əlaqə yaratmaqdır.Gövdənin yarpaqla örtülü cavan hissəsinə zoğ deyilir.Yarpağın zoğa birləşdiyi yer buğum , zoğun iki qonşu buğumu arasındakı hissəsi isə buğumarası adlanır.


            zoğ,bitki zoğunun quruluşu
Ağac gövdəsinin eninə kəsiyində qatların ardıcıllığı və funksiyaları:gövdənin quruluşu
Qabıq (mərciməklər, dəricik, mantar): müdafiə, tənəffüs və üzvi maddələrin daşınması.
Floema: Qabığın yaşıl hüceyrələri arasında yerləşir, gövdəyə möhkəmlik və elastiklik verir, yarpaqlarda əmələ gələn üzvi maddələri bütün orqanlara çatdırır.
Kambi:  oduncaqla qabıq arasında yerləşir, gövdənin eninə böyüməsini təmin edir
Oduncaq: kambi qatının altında yerləşir, su və qida həll olunmuş mineral maddələrin daşınmasını təminedir.
Özək: Ehtiyat qida maddələrinin toplanmasını yerinə yetirir.

Gövdələrin növləri
  1.  Dikduran gövdələr: dayağa söykənməyib müstəqil olaraq dik qalxır.( ağaclar, taxıllar və s.)
  2.  Sərilən gövdələr: böyüyəndə yerə sərilir. (qabaq fəsiləsi və s.)
  3. Sürünən gövdələr: böyüyəndə yer ilə sürünürlər.(çəmənçayı ,qaytarma ,ciyələk və s.)
  4.  Sarmaşan gövdələr:  dayağa sarmaşıb yuxarı qalxırlar.(lobya, maya  sarmaşığı və s.)
  5. Dırmaşan gövdələr: dayağa tutunub yuxarı qalxırlar. (daş sarmaşığı və s.)(Sarmaşan və dırmaşan gövdəli bitkilərə lianlar deyilir)
Gövdələrin quruluşuna görə bitkilər üç qrupa bolünür.
1.Ağaclar-Ağacların gövdələri hündür və odunlaşmış olur, gövdə budaqlanaraq çətir əmələ gətirir. Çinar,qoz,vələs,fıstıq,kimi bitkilərdə gövdə inkişaf etmis oduncağa malikdir.


2.Kollar-Kollar ağaclardan fərqli olaraq alçaqdır və qısa gövdəyə malikdir. Onların nisbətən nazik gövdələri torpaq səthinə yaxın hissədən budaqlanır. Nar, çaytikanı, zirinc, böyürtkən kol bitkiləridir.
                                              
3.Otlar-ağac və kollardan alçaqdır, onların gövdəsi tam odunlaşmır, yaşıl və ətlidir. Otların ömrü nisbətən qısadır. Otlar birillik, ikiillik və çoxillik olur. Birillik ot bitkiləri toxumları yetişdikdən sonra quruyur, tələf olur, çoxillik isə bir neçə il çiçəkləyib toxumverir. Dəmirovotu,boymadərən,yonca,taxıl,  və s. ot bitkiləridir

                       

Tumurcuqlar

Tumurcuqlar gövdənin özərində tutduqları mövqeyə görə iki qrupa bölünür: Təpə tumurcuqları və yan tumurcuqlar. 
Istər təpə tumurcuqları , istərsə də yan tumurcuqlar yarpaq qoltuğunda yerləşdiyi üçün qoltuq tumurcuqları adlanır.Bu tumurcuqlar  böyüyərək gövdənin yuxarı və yanlara doğru boy atmasını təmin edir. Bəzən bu tumurcuqlara , bir və ya bir neçə il inkişafdan  qaldıqları üçün yatmış tumurcuqlar  da deyilir. Yarpaqlarda  olduğu kimi qoltuq tumurcuqları da gövdədə növbəli ,qarşı-qarşıya və topa halında yerləşirlər. Məsələn , albalı tozağacı, meşəgilası , fındıq və s. bitkilərdə tumurcuqlar  növbəli ; nanə, reyhan, yasəmən və s bitkilərdə qarşı-qarşıya; qatırquyruğu, qarğagözü bitkisində isə topa halında yerləşir.
tumurcuqlar: vegetativ və generativ tumurcuqlar

Tumurcuqlar xaricdən pulcuqla  örtülmüşdür. Tumurcuğun  mərkəzində çox kiçik gövdə və yarpaq başlanğıcı, başqa sözlə desək yarpaqlı  gövdə  başlanğıcı yerləşir. Zoğ başlanğıcı ətrafında yarpaq  başlanğıcları  olan tumurcuqlara yarpaq tumurcuqları, qönçə başlanğıcları olan tumurcuqlara isə çiçək tumurcuqları deyilir.Yarpaq tumurcuğunda yarpaq, çiçək tumurcuğundan isə çiçək  əmələ gəlir.Gövdənin lap ucu böyümə konusu adlanır.

Hiç yorum yok:

Yorum Gönder