8 Mart 2017 Çarşamba

Hüceyrə haqqında məlumat


Sitologiya -hüceyrə haqqında elmdir.Bütün canlılar hüceyrəvi qurluşa malikdir.Bir hüceyrəli orqanizmləri ilk dəfə A.Levenhuk kəşf edib.İnsan 10 trilyondan artıq hüceyrə var.Hüceyrənin ölçüsü isə 1-100 mikrometr olub yalnız mikroskop altında görünür.
Hüceyrə-Hüceyrə canlıların ən kiçik quruluş və funksional vahididir. O, canlı sistemlərin bütün xüsusiyyətlərinə malikdir: maddələr və enerji mübadiləsini həyata keçirir, böyüyür,çoxalır və öz əlmətlərini irsi olaraq keçirmək qabiliyyətinə malikdir, xarici siqnallara reaksiya verir və hərəkət edə bilir.İlk dəfə olaraq ingilis alimi Robert Hukhüceyrəni kəşf etmişdir. 1665-ci ildə bioloji toxumadan –  Quercus suber ağacından hazırlanmış tıxacın (probkanın) nazik kəsiyinə özü tərəfindən təkmilləşdirilmiş mikroskop altında baxarkən, tıxac kəsiyinin çoxlu sayda hücrəciklərdən ibarət olduğunu görmüş və onlara l – hüceyrə adı vermişdır.1831 ci ildə ingilis alimi R.Braun ilk dəfə olaraq bitki hüceyrəsinin nüvəsini təsvir etmiş və onun hüceyrədaxili vacib orqanoid olduğunu söyləmişdir. Beləliklə "Hüceyrə nəzəriyyəsinin" əsası 1839-cu ildə alman alimləri Şvan Teador,  M.Şleydenvə Vİrxov Rudolf  tərəfindən qoyulmuş olmuşdur.Hüceyrə nəzəriyyəsi biologiya elminin əsasını qoymuş, təkamül baxışlarının meydana çıxmasına səbəb olan bir nəzəriyyə olub, XIX əsrin ortalarında təşəkkül tapmışdır.


Hüceyrə nəzəriyyəsinin yaradıcıları isə Şvan və Şleyder (1839)olub .
Hüceyrə nəzəriyyəsinin əsas müddəaları bunlardır:
1. Hüceyrə - canlı orqanizmin quruluş, həyat, böyümə və inkişaf vahididir, "hüceyrəsiz həyat yoxdur";.

2. Hüceyrə - tamlığı bir çox elementlərin bir-biri ilə qanunauyğun şəkildə əlaqələrindən ibarət olan vahid sistemdir;

3 .Bütün orqanizmlərin hüceyrələri quruluşuna, kimyəvi tərkibinə və funksiyasına görə oxşardırlar;

4 .Hər bir hüceyrənin bölünməsindən yeni hüceyrələr əmələ gəlir;

5. Çoxhüceyrəlilərdə hüceyrələr toxumaları və toxumalar isə öz növbəsində orqanizmləri təşkil edir. Hər bir orqanizmin həyatı onu təşkil edən hüceyrələrin həyatından asılıdır;

6. Çoxhüceyrəli orqanizmlərin hüceyrələri özünəməxsus gen dəstinə malik olur ki, bu da onların morfoloji və funksional müxtəliflikliyini təmin etmiş olur



Hüceyrənin qurluşu

Hüceyrə nüvə,sitoplazma və membrandan təşkil olunub.
Hüceyrə xaicdən membranla örtülüdür.Bitkilərdə membran xaricdən sellüoza tərkibli hüceyrə divarı ilə,heyvanlarda isə qlikokaliks ilə örtülüb.Membran 2 sirada yerləşmiş lipid malekullarından və onların arasında yerləşən nizamsız yerləşən zülal malekullarından təşkil olunub.(Bəzi orqanoidlər 2qat membrana malik olduğundan  onlarda 4 cərgə lipid olur-mitoxondri və xloroplastda)Membranın əsas fünksiyası mühitlə hüceyrə arasında əlaqə yaratmaqdır.

Hüceyrənin orqanoidləri

Sitoplazma→yarımmaye  mühit olub ,nüvə digər orqanoidləri özündə birləşdirir və onlar arasında əlaqə yaradır.
Ribasom→dairəvi formada olub zulaların sizntezini təmin edir.
Mitoxondri→sferik, oval və digər formada olub, 2qat membrana malikdir.hüceyrəni enerji ilə təmin edirlər.
Xloroplast→yalnız bitkilərdə olur,fotosintezi həyata keçirir.
Lizasom→kiçik dairəvi formada olub,həzmedici funksiya daşıyır.
Endoplazmatik şəbəkə→kanl və boşluqdan ibarətdir,zulal,yağ və karbohidratın sintezini həyata keçirir.
Holci kompleksi→boşluq və borucuqlardan ibarət olub,yağ və karbohidratları sintez edir.lizasomları formalaşdırır.
Hüceyrə mərkəzi→2kiçik sentroldan ibarət olub,hüceyrənin  bölünməsində və kirpicik və qamçıların əmələ gəlməsində iştirak edir.
Nüvə→2qat membranlıdır,nüvəcik və xromosomlar burda yerləşir.
Nüvəcik→ribasomu sintez edir.
Xromosomlar→İrsi məlumatları daşıyır.
Hüceyrənin hərəkət orqanoidlər-Qamçılar,Kirpiciklər,Miofibrillər,Yalançı ayaqlar


Hüceyrənin orqanoidləri



Hüceyrənin tərkibi
Hüceyrə üzvi və qeyri üzvi maddələrdən təşkil olunub.
Üzvi maddələrə Zulal ,Yağ və Karbohidratlar aiddir.
Qeyri üzvi maddələrə isə su və mineral duzlar aiddir.

Zülallar- hüceyrələrin 10-20%ni təşkil edirlər.Hüceyrədə yalnız aminturşulardan (20 növ)əmələ gəlir.İnsan orqanizmi 20 növ aminturşusundan ancaq yarısını sintez edə bilər,qalan zülalar isə qida ilə daxil olur.(leysitin,lizin)Gündəlik zülala olan tələbat 100-110qaramdır.1qram zülal parçalananda 17,6 kc enerji ayrılır.Zülal mübadiləsini somotropin və trioksin zülaları tənzimləyir.
                                   aminturşu→zülal
                                   zülal→yağ
                                   zülal→karbohidrat
Karbohidrat- hüceyrənin 0,2 -2% təşkil edir.Karbohidratlar orqanizmdə 3 yolla yarnır.

  1. Qida ilə(bağırsaqda fruktoza və qlükoza şəklində)
  2. Zülalın parçalanmasından  zülal→karbohidrat
  3. Yağın parçalanmasından yağ→ karbohidrat
Karbohidratın artığı qaraciyərdə qlikogen şəklində ehtiyat halında  saxlanılır.Qlikogenin qlükozaya çevrilməsi qaraciyər və əzələlərdə  baş verir.1qram karbohidrat parçalananda 17,6 kc enerji alınır. Gündəlik karbohidrat ehtiyacı 500 qramdır.Karbohidrat mübadiləsini mədəaltı vəzi və böyrəküstü vəzi tənzimləyir.

Yağlar-hüceyrənin 1-1,5 % təşkil edir.Yağlar da 3 yolla əmələ gəlir.
  1. Qida ilə(bağırsaqda qliserin və yağ turşularından)
  2. Karbohidratın parçalanmasından  karbohidrat→yağ
  3. Zülalın parçalanmasından zülal→yağ
Yağların gündəlik ehtiyacı 60-80(30q bitki yağı)qramdır.1qram yağ parçalananda 38,9 kc enerji ayrılır.Yağ mübadiləsin trioksin və cinsi hormonlar tənzimləyir.



                             

Hiç yorum yok:

Yorum Gönder