8 Mart 2017 Çarşamba

Sekresiya vəziləri

Sekresiya vəziləri 3 cür olur.
1.Xarici sekresiya vəziləri(ekzokrin)
2.Daxili sekresiya vəziləri(endokrin)
3.Qarışıq vəzilər(miksokrin)

1.Xarici sekresiya vəzilərini axacaqları olur hazırladıqları maddələri orqanların böşluğuna və ya xaricə axıdırlar.(qulaq kiri,tər,piy,selik,süd və s)
2.Daxili sekresiya vəzilərinin axacaqları olmur hazırladıqları bioloji fəal maddələri -hormonları birbaşa qana axıdırlar.(hipofiz,epifiz.timus,qalxanabənzər və böyrəküstü vəz və s).

Image result for huceyre toxumasi
             
Hormon termini 1905-ci ildə E. N. Starlinq tərəfindən elmə daxil edilmiş (yunanca hormao - oyadıram) və əvvəllər müxtəlif mənşəli bioloji aktiv maddələri adlandırmaq məqsədilə işlədilmişdir.
Hormonların əsas xüsusiyyətləri:

  • Hormonlar maddələr mübadiləsini, fermentetiv prosesləri ayrı-ayrı orqanların funksiyasını nizama salır.
  • Hormonlar ayrı-ayrı toxuma və orqanlarda biokimyəvi reaksiyaları tənzimləyir. Məsələn: hormonlar nRNT-ın sintezini, ribosomun funksiyalarını aminturşuların daşınmasını (translyasiya) nizama salır.
  • Sinir sistemi endokrin vəzlərin fəaliyyətinə əsasən hipotalamus vasitəsi ilə təsir göstərir. Xarici və daxili amillərin təsiri altında orqanizmin toxumalarında yerləşən reseptorlarda impulslar yaranaraq mərkəzi sinir sisteminə verilir. Nəticədə hipotalamusda spesifik tənzimedici hormonlar (leberinlər və statinlər) sintez olunur. Onların təsiri ilə hipovizin ön payının hormonlarının sintezi sürətlənir ya da ləngiyir. Hipovizin ön payının hormonları isə öz növbəsində digər daxili sekresiya vəzilərinin fəaliyyətinin tənzimində iştirak edir. 

Beləliklə, yuxarıda göstərilən xassələr hormonların bio üzvi maddələrin xüsusi bir qrupu kimi səciyyələndirməyə və onları digər humoral amillərdən (sinir sisteminin mediatorları, toxuma hormonları və s.) fərqləndirməyə əsas verir.Hazırda 100-ə yaxın hormon və hormonoid məlumdur

1.Hipofiz vəzi hormonları, funksyaları:
 Hipofiz vəzinin (beyin artımı) çəkisi çox azdır. İnsanda onun çəkisi 1 q-a yaxın olur.
Hipofizin hormonları maddələr mübadiləsinə təsir etməklə boy və inkişaf proseslərini nizamlayır.
Hipoviz vəzi 3 hissədən ibarətdir: ön, orta və arxa. Ön və arxa hissələrin hormonları yaxşı öyrənilmişdir, ortanınkı isə hələlik tam müəyyənləşdirilməmişdir. Ön hissənin hormonları aşağıdakılardır: somatotropin, honadrotropin, adrenokorti-
kotropin, tireotropin, laktotropin.
\Somatotropin. Bu, zülal təbiətli maddə olub, tərkibi  heyvanın növündən asılıdır. 1971-ci ildə sintez edilmişdir.Somatotropinə boy hormonu da deyilir.
Xüsuyyətləri:

  • Bu hormon toxumalarda sərbəst aminturşularının miqdarını azaldır, 
  • Zülalların sintezini artırır, sidiklə azotlu maddələr az ifraz olunur. Diabetogen və pankreotrop təsir bununla əlaqədardır. 
  • Karbohidratların mübadiləsinə təsir edərək əzələlərdə qlikogenin miqdarını çoxaldır.
  • Somatotropin hüceyrələrin bölünməsini, hüceyrə nüvəsinin və sitoplazmanın tərkibinə daxil olan zülalların biosintezini sürətləndirir. 
  • Bu hormon sümük və qığırdaq toxumalarına xüsusilə güclü təsir göstərir, böyrək parenximasının inkişafını stimulə edir, fosfataza fermentini fəallığını artırır.
  •  Onun təsirindən süd vəzilərinin fəaliyyəti və qanda eritrositlərin əmələ gəlməsi sürətlənir.
Samatotropin hüceyrələrin böyüməsinə həm bilavasitə, həm də somatomedin (somatotropinin mediaboru) adlanan zülali maddələrlə biokomplekslər şəklində təsir göstərir. İnsanın qanında somatomedinlərin 6 növü tapılmışdır.
Honadotrop hormonlar. Bu ad altında hipovizin ön payında sintez olunan follikultənzimedici, lüteinləşdirici və lakfogen hormonlar birləşdirilir. Honadotrop hormonlar mürəkkəb quruluşa malik olan qlükoproteidlərdir. Qanda bu hormonların miqdarı artdıqca hipotalamısda müvafiq tənzimedici amillərin sintezi azalır.   
Folikultənzimedici hormon follitropin dişilərin yumurtalığında olan folekullara, erkəklərin toxumluğunda gedən spermatogenez prosesinə stimuləedici təsir göstərir.
Lüteinləşdirici hormon-dişilərdə ovulyasyanı (folekulun partlaması yumurtahüceyrənin azad olması) və yumurtalıqlarda sarı cismin əmələ gəlməsini sürətləndirir, erkəklərdə isə androgenləri hasil edən leydiq hüceyrələrinin fəaliyyətini tənzim edir.
Laktogen hormon (laktotropin)-süd vəzilərinə estrogenlər kimi təsir göstərir onların poliferasiyasına səbəb olur və hamiləlik dövründə hipotrofiyaya uğramış süd vəzilərində südün əmələ gəlməsini və ifrazını artırır. Bundan əlavə prolaktin hamiləlik dövründə yumurtalıqlarda yeni yumurta hüceyrələrinin qarşısını alır.
                               
2. Böyrəküstü vəziləri hormonları, kimyəvi təbiəti, funksyaları: Böyrəküstü vəzilər cüt üzvlərdən olub böyrəklərin kranıal hissəsində yerləşir.Böyrəküstü vəzilərin həm qabıq, həm də beyin hissəsində çoxlu hormonlar istehsal edilir. Bu vəzilərin çəkisi insanda 10-12 q olur. Bunların çəkisinin 10%-i beyin qatından, 90%-i isə qabıq qatından ibarətdir. Böyrəküstü vəzilərin beyin hissəsində əmələ gələn hormonlar katexolaminlər adlanır: buraya üç hormon-adrenalin, noradrenalin və izopropilad-renalin aiddir. Adrenalin və noradrenalin həmçinin simpatik sinir sisteminin hücey-rələrində əmələ gəlir. 
Böyrəküstü vəzin qabıq hissəsində sintez olunan hormonlar zülalların, karbohidratların, yağların və mineral maddələrin (düzların, suyun) mübadiləsində əsas rol oynayır.Böyrəküstü vəz həyat boyunca kiçilir.7aylıq döldə bu vəz böyrək boyda olur.Doğuşdan sonra kiçilir.

                                           Image result for böyrəküstü vəz
3. Qalxanabənzər vəzin hormonları, kimyəvi təbiəti, funksyaları: Qalxanvarı vəzi çəkicə kiçik olmasına baxmayaraq, qanla ən yaxşı təchiz olunmuş orqandır. İnsanda bunun çəkisi 25-30 q olur. Bu vəzidə əmələ gələn hormona tiroksin və ya tetrayodironin deyilir. Tiroksini ilk dəfə 1919-cu ildə Kendal tireoqlobulin adlanan zülalın hidrolizindən ayrılmışdır. Qalxanvarı vəzin folikulunda olan bu zülalda 0,5-1 % yod vardır. Tiroksinin maddələr mübadiləsində rolu böyükdür. O qaz mübadiləsini, qanda qlükozanı artırır, mitoxondrilərdə oksidləşməklə fosforlaşmanın intensivliyini nizamlayır.
Trioksinin istehsalı azalırsa, hipotireoidizm baş verir. Bu qalxanvari vəzinin atrofiyalaşmasından əmələ gəlir. Bu zaman insan və heyvanda qısa boyluluq müşahidə olunur, kretinizm baş verir.
Əgər bu hal yaşlılarda müşahidə edilərsə, miksedema adlanır. Bu zaman xəstələr çox yaşlı görünür, mübadilə prosesi zəifləyir, sulu şişlər əmələ gəlir və piylənmə müşahidə olunur.
Qalxanvarı vəzinin degenerativ böyüməsində endimik ur xəstəliyi əmələ gəlir. Bu xəstəlik insan və heyvanlarda ən çox yod az olan yerlərdə (dağlıq və dağətəyi rayonlarda) baş verir.
Qalxanvarı vəzinin hiperfunksiyasına da təsadüf edilir. Bu zaman Bazedov xəstəliyi əmələ gəlir. Bu da mübadilə proseslərini intensivliyi ilə xarakterlənir. Nəticədə orqanizm zəifləyir, spesifik əlamət olaraq çəpgözlülük baş verir, arıqlama, ətraflarda titrəmə müşahidə olunur.
4.Qalxanvari ətraf vəzilər qalxanabənzər vəzinin arxa səthində yerləşən sarımtıl-qırmızı rəngli xırda törəmədir (çəkisi 0,1-0,15 q-dır).
Bu vəzilərin sintez etdiyi hormon paratireokrin və ya parathormon adlanır.Image result for böyrəküstü vəz



3.Qarışıq vəzilər(mədəaltı vəzi və cinsiyyət vəzi)
. 1.Mədəaltı vəzi hormonları, kimyəvi təbiəti, funksyaları: Mədəaltı vəzi (pankreas) qarşıq, yəni həm ekzokrin, həm də endokrin funksiyalı vəzilərdəndir. 

  • Onun axacağı onikibarmaq bağırsağa tökülür.
  • Bu vəzin çəkisi insanda 80-90 qramdır.
  • Bu vəzin hormonları inusilin və qlükaqondur.
  • İnsulin karbohidratların mübadiləsində iştirak edir. O adrenalinin əksinə təsir göstərir, yəni qanda şəkərin miqdarını azaldır. Heksokinazanın fəallığını artırır, qlükozanın qlikogenə çevrilməsini sürətləndirir.
  • Qlukaqon orqanizmdə karbohidratların parçalanma məhsullarından lipidlərin sintez olunmasını ləngidir və qlükonogenez prosesini sürətləndirir. Onun təsirindən piy toxumasından qliserinin və yağ turşularının azad olaraq qana keçməsi sürətlənir. 
  • Qaraciyər lipazasının aktivliyi yüksəlir. Toxumalarda qlükoza, fruktoza və sirkə turşusunun yağ turşularına və xolesterinə çevrilməsinə mane olur. Bunların nəticəsində toxumalarda enerji hasilatı artır və orqanizmin oksigenə qarşı təlabatı yüksəlir.



Qlikogen____adrenalin____Qlükoza
                       inusilin
Qlükaqon mədəaltı vəzidən başqa bağırsaq divarında da sintez olunur.

   2.Tənasül vəzi hormonları, kimyəvi təbiəti, funksyaları: Tənasül vəziləri hormonları erkək və dişi cinsi vəzilərinin interstisial hüceyrələrində və qismən böyrəküstü vəzinin qabıq maddəsində sintez edilir.Dişi tənasül hormonlarına misal estradiolu, estronu (follikulin), progestronu və estriolu göstərmək olar.Erkək hormonlarına isə testestron,androgeni misal göstərmək olar.

Hormonların həyatımıza təsiri

Hiç yorum yok:

Yorum Gönder