9 Mart 2017 Perşembe

Onurğa beyni

Onurğa beyni onurğa kanalinda yerləşir.Diametri 1sm,uzunluğu 40 -45 sm,cekisi 30 qr dir.Onurğa beynin diametri hər yerdə eyni deyildir,onurğa beyni, ətrafların gövdədən başladıqları yerlərə müvafiq olaraq, iki qalınlaşma əmələ gətirir: boyun və bel qalınlaşmaları.Bunlardan ətraflara sinirlər gedir
  1. Boyun qalınlaşması –  II boyun fəqərəsi ilə II döş fəqərəsi arasında. Boyun qalınlaşmasının ən qalın hissəsi V-IV boyun fəqərələri bərabərliyində olur.
  2. Bel qalınlaşması – IX-X döş fəqərəsi ilə I ya II bel fəqərələri arasında olur.
Bu qalınlaşmaların əmələ gəlməsi, onurğa beyninin ətrafında gedən sinirlərə müvafiq seqmentlərində sinir hüceyrələrinin çoxluğu ilə izah olunur.
                                               
Onurğa beyni iki maddədən təşkil olunmuşdur:
1.Xaricdən ağ maddə
 2.Daxildə boz maddə
 Onurğa beyninin ön və arxa səthlərində orta xətdə birər boylama şırım vardır.
1.Ağ maddə onurğa beyninin xarici səthində olan boylama ön-yan və dal-yan şırımlar vasitəsilə üç hissəyə: ön, yan və dal ciyələrə bölünmüşdür. Bunlar onurğa beyninin beyinlə birləşdirən qalxan (hissi ya afferent) və enən (hərəki ya efferent) liflərdən və onurğa beyninin seqmentlərini bir-birilə birləşdirən qısa assosiatik liflərdən ibarət olub, müxtəlif vəzifə daşıyır və onurğa beyninin aparıcı yollarını təşkil edir.Onurğa beyninin ağ maddəsi sinir borusu divarlarından inkişaf edən neyroblastların çıxıntılarından əmələ gəlir. Neyroblastların buraxdıqları aksonlar ilk dəfə çılpaq olur; bunlar tədricən mielin qişası ilə örtülməyə başlayır; bu hadisəyə mielinizasiya deyilir. Mielin maddəsi aksonları tədricən örtdükcə, onlar qalınlaşır; beləliklə, sinir liflərinin qalınlığı mielin maddədən asılıdır. Ağ maddənin rəngi, şəffaflığı və sinirlərin ağlığı da mielin qişadan (mielindən – piyəbənzər maddədən) asılıdır. 
2.Boz maddə onurğa beyninin en kəsiyində "H" hərifinə, ya kəpənəyə bənzəyir. Onurğa beyni kanalı boz maddənin icərisində yerləşir.Boz maddənin ağ maddənin içərisinə girən hissəsinə kök deyilir.Arxa köklərə oyanmani onurğa beynə neql edən hissi neyrronlar daxil olur.Hiss neyronlarin cismi onurğa beinden kenarda sinir duyunlerinde yerleşir
Ön köklərdə hərəki neyronun cisimləri yerləşir.Bu köklər vasitəsilə oyanma işçi orqana ötürülür.



Onurğa beynin  qişaları
Onurğa beyni xaricdən daxilə doğru üç qişa ilə əhatə olunmuşdur: 

1) onurğa beyninin sərt qişası 
 2) onurğa beyninin hörümçək torunabənzər qişası 
 3) onurğa beyninin yumuşaq qişası 

                             


Onurğa beynin funksiyaları

1.Reflektor-sadə reflekslərin əmələ gəlməsi məs :ətrafların bükülməsi,diz refleksi,əlin çəkilməsi və s. aiddir.


2.Neqledici- qalxan və enən yollar əmələ gətirir.Qalxan yollar oyanmanı-beynə, enən yollar isə -işçi orqana aparır.

Onurğa beynin fəaliyyəti baş beynin nəzarəti altında olur.Onurğa beyni seqmentar qurluşa malikdir.İnsanda onlarin sayi 30 dur.Büzdüm feqersinden basqa her bir səviyyəsində 1 onurğa beyni seqmenti yerləşir.Seqmentlərdən 8i boyun,12 si döş,5 bel,5 oma seqmentidir.
Onurğa beyinden 31 cüt sinir çıxır ( bu sinirlər feqerearası dəlikdən çıxır)


1 yorum:

  1. Muəllimə cox faydalı məlumatlar yazmisiz..super.. 0515684747. mənim nomremdir.. imkan olursA mənə yazin.sizinlə danisim

    YanıtlaSil