9 Mart 2017 Perşembe

Sinir sisteminin təkamülü

                             
Hər bir canlı orqanizm yaşadığı xarici mühitdən qıcıq qəbul etməyə və həmin qıcığa qarşı müvafiq reaksiya verməyə qadirdir. Bu xüsusiyyət qıcıqlanma adını daşıyır. İbtidailərdə qıcıq qəbuledici xüsusi törəmələr yoxdur, bu vəzifəni həmin canlıların vücudunu təşkil edən protoplazma ifa edir. Məsələn,  amöb- hər bir qıcığa (kimyəvi, mexaniki, istilik, elektrik, işıq və s.) qarşı hərəkət edərək, ya qıcıq mənbəyinə yaxınlaşır, ya da ondan uzaqlaşır. Bu növ reaksiyaya taksis və ya tropizm deyilir. Əgər bu reaksiya nəticəsində canlının orqanizmi qıcıq mənbəyinə yaxınlaşarsa, ona müsbət(+) taksis, qıcıq mənbəyindən uzaqlaşarsa mənfi (-)taksis deyilir. Qıcıq növünə görə müxtəlif reaksiyalar (taksis) ayırd edilir. Məsələn,


  • kimyəvi maddələrə qarşı reaksiyaya – xemotaksis, 
  • işığa qarşı reaksiyaya – fototaksis, 
  • suya qarşı reaksiyaya – hidrotaksis
  • havaya qarşı reaksiyaya – aerotaksis, 
  • elektrik qıcıqlarına qarşı reaksiyaya – qalvanotaksis deyilir.


Sinir sisteminin ilk elementlərinə bağırsaqboşluqlularda təsadüf edilir. Bunlardan başlayaraq sinir sistemi tədricən təkamül etmiş, mürəkkəbləşmiş və onurğalılarda, xüsusilə insanda yüksək inkişaf dərəcəsinə şatmışdır.Bütün onurğalıların sinir sistemi boruşəkilli olur.

                                                    
                                  Sinir sisteminin təkamülü
                                   
Heyvanat aləmində sinir sisteminin ilk əlamətləri bağırsaqboşluqlarda meydana çıxır. Bu heyvanlardan başlayaraq sinir sisteminin təkamülü inkişafında dörd quruluş formasına təsadüf edilir: 
  1. Səpgin ya diffuz sinir sistemi
  2. Sapabənzər sinir sistemi
  3. Düyünlü sinir sistemi
  4. Borulu sinir sistemi

1.Səpgin ya diffuz-torabənzər sinir sistemi hidropoliplərdə təsadüf olunur. Bunların sinir sistemi xüsusi sinir-əzələ, ya epitel-əzələ hüceyrələrindən, ilk hissi hüceyrələrdən və sinir hüceyrələrindən ibarətdir. Bu hüceyrələr ektodermadan inkişaf edib bir-birilə çıxıntılar vasitəsilə rabitədə olur və beləliklə heyvanın vücudunda tor təşkil edir; bunlardan bir qismi örtük epitelinin arasında və digər qismi isə onun altında yerləşir. Səpgin sinir sisteminin verdiyi reaksiyalar son dərəcə ümumi xassə daşıyır. Əgər qıcıq heyvanın bir yerinə düşərsə, oyanma bütün sistem boyu yayılır və nəticədə əzələ hüceyrələrinin hamısı yığılır.


2.Sapabənzər sinir sistemi-Sapabənzər sinir sistemi meduzalarda təsadüf olunur. Sinir hüceyrələri başlıca olaraq çətirin kənarında toplaşıb, sinir lifləri ilə birlikdə bir kəmər əmələ gətirir. Kəmərdə olan sinir hüceyrələri bir tərəfdən qıcığı qəbul edən reseptor törəmələrlə və digər tərəfdən əzələ hüceyrələri ilə əlaqədar olur.


3.Düyünlü sinir sistemi-Düynlü sinir hüceyrələri bədənin müəyyən yerində toplaşaraq mərkəzləşir, yəni mərkəzi sinir sistemi əmələ gəlir;Düyünlü sinir sistemi yumşaqbədənlilərdə, qurdlarda, molyuskalarda, derisitikanlilarda və buğumayaqlılarda inkişaf edir. 

Bu sinir sistemi üç əsas xassəyə malikdir:

  1. sinir hüceyrələri başlıca olaraq heyvanın baş nahiyyəsində toplaşır (kefalizasiya ya ensefalizasiya);
  2. sinir sisteminin aşağı hissələri yuxarı hissələrə tabe olur (subordinasiya – tabelik). Sinir sistemi bu növ heyvanlarda bir çox düyünlərdən təşkil olunur; bu düyünlər bir-birilə sinir lifləri vasitəsilə birləşərək, adətən, bir zəncir əmələ gətirir.
  3. sinir sisteminin aşağı hissələri yuxarı hissələrə tabe olur (subordinasiya – tabelik). Sinir sistemi bu növ heyvanlarda bir çox düyünlərdən təşkil olunur; bu düyünlər bir-birilə sinir lifləri vasitəsilə birləşərək, adətən, bir zəncir əmələ gətirir.

4.Borulu sinir sistemi-onurğalılara məxsus olan sinir sistemidir.


                      Sinir sisteminin inkişafı-səpgili-sapabənzər-düyünlü-borulu                                                    

Hiç yorum yok:

Yorum Gönder