9 Mart 2017 Perşembe

Sinir sistemi


Sinir sistemi 2 şöbədən təşkil olunub.
1.Mərkəzi sinir sistemi(başbeyin və onurğa beyin)
2.Periferik sinir sistemi(sininrlər və sinir düyünləri)
     
     Periferik sinir sistemi özü də 2yerə ayrılır.
         1.Somatik sinir sistemi-skelet əzələlərinin işini tənzimləyir.İnsan bu sistem vasitəsilə qıcıqları qəbul edib,öz hərəkətlərini idarə edir.İşi iradidir.
         2.Vegetativ sinir sistemi  daxili orqanların (mədə.ürək.vəzilər və s),qan damarlarının,bütün toxumaların trofiki(qidalanma) funksiyasını təmin edir.İşi qeyri iradidir.
Bu sinir sistemi özü də 2 şöbəyə bölünür.Bu sinirlər orqanlara bir birinin  əksinə təsir edir.
         1.Simpatik (ürəyin işini gücləndirir)
         2.Parasimpatik (ürəyin işini zəiflədir)
          
Image result for huceyre toxumasi


Sinir sisteminin əsas funksiyaları.
1.İnsanın müxtəlif orqanlar və orqanlar sisteminin  işini tənzimləyir.
2.Müxtəlif orqanlar və ya orqanlar sisteminin fəaliyyətini uzlaşdırır.
3.Orqanizmin xarici mühitlə əlaqəsini təmin edir.
4.Ali sinir fəaliyyətini həyata keçirir.

İnsanın sinir sistemində 4 növ orqan var.
1.Baş beyin
2.Onurğa beyin
3.Sinirlər (insan orqanizmindən ən çox sayı olan)
4.Sinir düyünləri

Hiç yorum yok:

Yorum Gönder