8 Mart 2017 Çarşamba

Toxumalar

Toxuma (yun.histos,)— mənşə və quruluş oxşarlığına malik olan, müəyyən funksiya yerinə yetirən hüceyrə və hüceyrəarası maddələr qrupuna deyilir.
                                                  

Hazırda insanlarda və heyvanlarda dörd qrup toxuma ayırd edilir: epiteli, birləşdirici, əzələ, sinir.

1.Epiteli və yaxud örtük toxuması orqanizmi həm xaricdən, həm də daxili səthdən örtür. Hüceyrələri isə sitoplazmatik atmalarla bir-birinə sıx birləşmiş vəziyyətdə olur.

Epiteli toxuması aşağıdakı vəzifələri yerinə yetirir:

  1. Qoruyucu - orqanizmi bütövlükdə və eyni zamanda orqanların əksəriyyətini (örtüyü olanı nəzərdə tutulur) xarici təsirlərdən qoruyur.
  2. Sorucu - bədənin müəyyən nahiyələrinə sürtülmüş dərman maddələri epiteli toxuması vasitəsi ilə sorulur.
  3. İfrazat - tər və piy vəziləri orqanizmdəki suyun artığını, duzları, yağları bədəndən ifraz edir.
  4. Tənəffüs - epiteli toxumasındakı ağızcıqlara tənəffüs prosesi həyata keçirilir.
  5. Orqanizmin istilik tənzimlənməsində iştirak edir.
  6. Sekretor - vəzi hüceyrələri bioloji aktiv maddələr-hormonlar sintez edirlər (hazırlayırlar).
  7. Dayaq - istinad-daxili orqanlar və dərialtı piy təbəqəsi üçün dayaq-istinad rolunu daşıyırlar.



2.Birləşdirici toxuma rüşeymin mezoderma adlanan orta rüşeym vərəqindən əmələ gəlir və demək olar ki, bədəndə olan bütün orqanların tərkibində var. Birləşdirici toxumanın üç növünün ayırd edirlər: xüsusi birləşdirici toxuma –buna boş birləşdirici toxuma da deyirlər; qığırdaq və sümük toxuması-bunlara isə bərk birləşdirici toxuma deyirlər.Birləşdirici toxumanın digər növləri də hüceyrə və hüceyrəarası maddələrdən təşkil olunub. Məsələn, retikulyar toxumanın hüceyrəsi retikulyar hüceyrə və yaxud qığırdaq toxumasının hüceyrəsi isə qığırdaq hüceyrəsi adlanır.



3.Əzələ toxuması. Orqanizmin ümumi kütləsinin təxminən 40-45 faizini əzələ toxuması təşkil edir. Hərəkət orqanları məhz əzələ toxumasından təşkil olunub. O da birləşdirici toxuma kimi mezoderma mənşəlidir və iki böyük qrupa bölünür.
  1. Eninə zolaqlı əzələ toxuması.
  2. Saya əzələ toxuması.
Eninə zolaqlı əzələ toxuması özü də iki qrupa ayrılır:
a) eninə zolaqlı skelet əzələsi; buna somatik əzələ də deyirlər;
b) eninə zolaqlı ürək əzələsi.

4.Sinir toxuması sinir hüceyrələrindən, neyronlardan və spesifik funksiya yerinə yetirən peyk hüceyrələrindən-neyroqliyadan təşkil olunub. Peyk hüceyrələri digər toxumalarda olduğu kimi hüceyrəarası maddələrin vəzifəsini daşıyır.
Neyronlar yerinə yetirdiyi funksiyaya görə aşağıdakı qruplara bölünür:

  1. Hissi neyronlar-orqanizmin xarici qıcıqlarını nəql edir, reseptor və yaxud afferent adlanırlar.
  2. Effektor neyronlar-qıcığı işçi orqana ötürməklə onu fəaliyyətə gətirir (hərəki neyronlar).
  3. Assosiativ neyronlar-müxtəlif neyronlar arasında əlaqə yaradan neyronlar adlanır.

İkinci qrup çıxıntılar qısa olmaqla dentrit adlanır. Dentritlər differensasiya zamanı neyritlərdən sonra əmələ gəlir, miqdarı və forması çox müxtəlifdir. Qıcığı qəbul edərək neyronun cisminə ötürür. 

1 yorum: