9 Mart 2017 Perşembe

Sinir toxumasının qurluşu.Reflekslər

Sinir sistemini  sinir toxumasından əmələ gəlmişdir.Sinir toxuması onurğa kanalında və kəllə boşluğunda yerləşir.
                                             
                                           
O,2 növ hüceyrədən neyronlardan və peyk hüceyrələrindən təşkil olunub.
1.Neyronlar sinir toxumasının əsas hüceyrələridir,cisimdən və çıxıntılardan ibarətdir.Çıxıntılar özləri də 2cür olur.
      1.Uzun çıxıntılar-akson adlanır bunlar vasitəsilə impuluslar daha uzun məsafələr ötürülür.Aksonun uzunluğu1-1,5 m dir.Hər bir neyronun yalnız 1 aksonu olur.Aksonların üzəri ağ rəngli mielin qatı ilə örtüldüyündən ağ maddəni əmələ gətirir.
Baş beyində 25 milyard,muhitdə (periferik sinir sistemində)25 milyondan çoxdur.
Beyin yarımkürələri qabığında 14-18 milyard neyron olur.
      2.Qısa çıxıntılar-dendirit  adlanır,sayı bir neçə dənə ola bilər.Dendiritlərlə impuluslar sinir hüceyrəsinin cisminə daxil olur.Qısa çıxıntılar və neyronun  cismi boz maddəni əmələ gətirir.
  Hər bir neyron 1 hüceyrə olub, cisim,1ədəd akson və 1 neçə dendiritdən ibarətdir.
Neyronun əsas xassələri oyanıcılıq və keçiricilikdir.
        Oyanıcılıq-qıcığı qəbul edib ona cavab verməkdir.
        Keçiricilik- neyronu oyanmanı keçirmə qabliyyətidir.
Neyronlar oyanmanı bir istiqamətdə ötürür.
     

Neyronlar funksiyalarına görə 3 qrupa bölünür.
1.Hissi neyronlar-orqanlardan gələn impulusları beynə ötürür.
2.Hərəki neyronlar-beyndən gələn impulusları orqanlara və vəzilərə ötürür.
3.Ara neyronlar-hərəki və hissi neyronlar arasında əlaqə yaradır.
2.Peyk hüceyrələri-(qliya hüceyrələri) neyronlardan 10 dəfə çoxdur.Onlar qidalanma,müdafiə,dayaq funksiyalarını görürlər.
                                               
                                       

Sinir toxumasında neyronların miqdarı peyk hüceyrələrindən 10 dəfə az olur.
                                         

Sinaps


Sinir sistemini təşkil edən neyronlar bir-birilə müəyyən nisbətdə olur. Bu və ya başqa yerdə qıcıq nəticəsində meydana çıxan oyanma bir neyrondan digər neyrona, buradan da üçüncü neyrona və s. verilir. Qıcığın bir neyrondan digər neyrona keçməsi üçün bir neyronun neyriti digər neyronun dendriti ilə rabitədə olmalıdır. Bu növ rabitə neyronlar arasına ifraz olunan xüsusi kimyəvi maddələr (mediatorlar) vasitəsilə əmələ gəlir ki, buna sinaps  deyilir. Sinaps yalnız neyritin dendritlə rabitədə olması ilə deyil, eyni zamanda neyritin bilavasitə neyronun hüceyrə cismi ilə rabitədə olması ilə əmələ gəlir; birinci halda aksodendritik sinaps, ikincisinə isə asosomatik sinaps deyilir. Aksodendrik sinapslara artıq miqdarda beyin qabığının yuxarı qatlarında təsadüf olunur.


Refleks

Mərkəzi sinir sisteminin iştirakı ilə orqanizmin xarici və daxili qıcıqlara qarşı verdiyi cəld cavablara refleks deyilir.reflecto – əks edirəm sözündən alınmışdır. Refleks haqqında anlayışı elmə R.Dekard gətirmişdir.Refleksin düzgün izahını Çex alimi Y.Proxaski verib.Hər bir refleksin meydana çıxması üçün müəyyən bir yol lazımdır. Refleks aktında sinir impuluslarının getdiyi yola refleks qövsü adı verilmişdir. 

Refleks qövsü iki növdür.
  1. Sadə refleks qövsü iki neyron ibarətdir
  2. Mürəkkəb refleks qövsündə isə ikidən artıq neyron iştirak edir
  3. Morfoloji quruluş və vəzifə etibarilə refleks qövsü beş hissədən ibarətsir:
    1. Reseptor – qıcıqları qəbuledici reseptor törəmə.
    2. Afferen və ya reseptor sinir lifi – oyanmanı mərkəzə daşıyan sinir lifi.
    3. Sinir mərkəzi – oyanmanı reseptor neyrondan effektor neyrona verən mərkəz.
    4. Efferent və ya effektor sinir lifi – oyanmanı işcil üzvə daşıyan sinir lifi.
    5. Effektor, yəni uc aparat – effektor sinir lifinin işcil üzvə daxil olan ucu.
    Refleks qövsünün keçdiyi yol belədir...

    Mərkəz → Efferent yol → Effektor → İşcil üzv → Reseptor → Affektor yol → Mərkəz



Hiç yorum yok:

Yorum Gönder