8 Mart 2017 Çarşamba

Tənəffüs sistemi

Image result for qazlar mübadiləsi


Orqanizmin əsas xüsusiyyətlərindən biri də  tənəffüsdür.Butun canlılar nəfəs alır və ya verir yəni tənəffüs edirlər.Tənəffüs zamanı oksigen udulur,karbon qazı isə xaric olur.Bu proses tənəffüs orqanları vasitəsilə həyata kecirilir.

Burun boşluğu→Burun udlaq→Qırtlaq→Tənəffüs borusu→Bronxlar→Ağciyərlər

Burun boşluğu→nun divarı çoxsaylı kirpikli epitel hüceyrələri olan selikli qişa ilə örtülüb.1sutkada 0,5 litr selik ifraz olunur.Seliyin funksiyası havanı nəmləndirmək,mikrobları tutaraq zərərsizləşdirməkdir.Eyni zamanda selikli qişanın altındakı damarlar hesabına nəfəs alan zaman alınan hava bədən tempuraturunadək qızdırılır.
Burun udlaqda→ nəfəs ilə alınan havadakı mikrobların yarısı məhv olur.
Qırtlaq→yuxarıdan burun udlağa,aşağıdan traxeya ilə birləşir.Qırtlaqda qığırdaqda qığırdaq qapağı var ki bu da qida zamanı bağlanır,nəticədə qidalanma zamanı qidanın nəfəs borusuna düşməsinin qarşısı alınır.Burda səs telləri yerləşir.Səsin yaranmasına səbəb nəfəsalma zamanı səs yarığı daralması və havanın səs tellərini titrətməsi olur.Səs telləri saniyədə 80-10000 dək titrəyirImage result for qazlar mübadiləsi

.Qırtlaqda reseptorlar yerləşir ki bunlarda bura düşən hər hansı bir yad çisim nəticəsində qıcıqlanır, nəticədə asqırma və öskürmə baş verir.Öskürək→güclü nəfəsvermə zamanı ağızdan ,asqırma isə- ağız və burundan xarıc olunan havadır.Qırlağın funksiyalarına-traxeyaya havanın ötürülməsi,səsin əmələ gəlməsi,nəfəs yollarının yad cisimlərin düşməsinin qarşısının alınmasıdir.
Traxeya→2bronxa şaxələnir(sağ və sol) bunlar da ağciyərlərə daxil olub orda daha kiçik bronxlara şaxələnir.Bronxlar→bronxiol→ağciyər qovucuğu→alveiollar
Ağciyərlər→süngər qurluşda olub,bronx,alveol və qan damarlarından təşkil olunub.Döş qəfəsində yerləşir, sağ ağ ciyər soldan qısa, geniş və həcmlidir. Rəngi uşaqlarda açıq çəhrayı olur, böyüklərdə isə tündləşir, qara ləkələrə təsadüf olunur. Onların rənginə mühitin və sənətin təsiri var.
Şaquli ölçüsü 25-27 sm, sagital ölçüsü 16-17 sm, frontal ölçüsü sağda 10 sm, solda 7 sm-dir.Sağlam ağ ciyərlər 5000 kub sm hava tutur, dərin nəfəs verdikdə 1500 kub sm hava qalır, aralarında fərq 3500 kub sm-dir, buna ağ ciyərlərin orta həyat tutumu deyilir. Təxminən 35 yaşından sonra ağ ciyərlərin hava tutumu azalmağa başlayır. Ümumiyyətlə, ağ ciyərlərdəki alvolaların miqdarı təxminən 300-500 milyona çatır, bunların tənəffüs səthi nəfəs verdikdə 30 kvadrat metrə, dərin nəfəs verdikdə isə 100 kvadrat metrə bərabərdir. Ağ ciyərlər tənəffüs vəzifəsindən başqa sekretor-ifrazat və maddələr mübadiləsi (su, lipoid, duzlar) vəzifəsini də icra edir.

                                              Tənəffüs prosesi
Tənəffüs-ağciyərlərdə gedən qazlar mübadiləsidir.2 cür tənəffüs var :daxili və xarici
1.Daxili→toxuma ilə qan arasinda gedən qazlar mübadiləsi
2.Xarici→mühitlə tənəffüs orqanları arasında gedən  qazlar mübadiləsi
Tənəffüsun sayı,ritmi,dərinliyi beyin qabığı və uzunsov beyindəki tənəffüz mərkəzi tərəfindən tənzimlənir.




                                                   Tənəffüs hərəkətləri
Tənəffüs hərəkətləri- 2cür olur.
1.Nəfəsalma-qabırğaarası əzələlər yığılır→diafraqma yastılaşır və aşağı düşür→döş boşluğunun  həcmi böyüyür→hava ağciyərə daxil olur.
2.Nəfəsvermə→qabırğaarası əzələlər və diafraqma boşalır→qabırğalar aşağı enir→diafraqma yuxarı qalxır→döş boçluğunun həcmi kiçilir→ağciyərlər sıxılır və hava xaric olur.
Sakit  halda tənəffüs hərəkətlərini sayı 1 dəqiqədə 16-20(qadınlarda 18-22),uzananda (14-16)ayağa durduqda(18-20)olur.
Tənəffüsün 3 tipi var.
1.Döş tipli-əsasən qadınlarda olur.Bu zaman döş qəfəsi önə,arxaya və yana döğru hərəkəti ilə xarakterizə olunur.
2.Qarın tipli-əsasən kişilərdə olur..Bu zaman döş qəfəsinin həcmi şaquli istiqamətdə diafraqma hesabına genişlənir.
3.Qarışıq tipli-döş boşluğu bütün istiqamətlərə doğru hərəkət edirImage result for qazlar mübadiləsi




2 yorum:

  1. çox sağ olun bu bilgilərə görə həqiqətən sizin sayənizdə çox şey öyrəmdim və mən inanıram ki,siz çox yaxşı müəlliməsiniz işinizdə və həyatınızda uğurlar bir daha bu məlumatlara görə çox sağ olun

    YanıtlaSil
  2. Salam cox sag olun.bir sualim var nefesvermede alveolda oksigen ve karbon qazinin miqdari nece deyuser?

    YanıtlaSil