29 Nisan 2017 Cumartesi

Birhüceyrəli heyvanlar aləmi

Birhüceyrəli heyvanlar eukariotdurlar,Hüceyrə sitoplazma və nüvədən ibarətdir.Bütün həyatı funksiyalar bu hüceyə vasitəsi ilə həyata keçirilir.Dəniz və şirin sularda ,nəm torpaqda,insan və heyvan orqanizmlərində yaşayırlar.Təbiətdə maddələr dövranında iştirak etdiyi üçün və su heyvanlarının qidasını təşkil etdikləri üçün əhəmiyyətli sayılırlar.Lakin bəzi növlər parazitlik etdikləri üçün xəstəliklərə səbəbolurlar.
İbtidai heyvanlar aləmi (Protistalar)olan birhüceyrəlilər25-30000 növü var, 5tipə bölünür.Protista anlayışını elmə 1866ci ildə ilk dəfə Hekkel gətirmişdir.Bu canlıları öyrənən elm sahəsi Protozologiya adlanır.
İbtidailəri (Protista) digər aləmlərin eukariot canlılarından fərqləndirən cəhət odur ki, onların real toxumalarının olmamaları və  bir hüceyrənin bir çox funksiya yerinə yetirməsi,müxtəlif qidalanma üsulu ilə qidalanmalarıdır
Aşagıda orta məktəb səviyyəsində öyrəniləcək tiplər haqqında məlumat veriləcək.


İbtidailərin qurluşu
İbtidailərin hüceyrə quruluşu çoxhüceyrəli orqanizmlərin hüceyrələrinə tam bənzəmir, onların bir hüceyrəsi onlar üçün bütöv bir orqanizmi əvəz edir. İbtidailərin bədən forması oval və ya uzunsov, ölçüləri isə əksər hallarda mikroskopik (3 - 150 mkm) olur. Onlar, əsasən, üçqatlı membranla (membranın qalınlığı ibtidainin növündən asılıdır) örtülmüş olur. Membranın hər qatı zülaldan ibarətdir.
Orqanoidlərin vəzifələri
İbtidailərin orqanoidləri (primitiv orqanlar) məqsəd və vəzifələrindən asılı olaraq ümumi və xüsusi olur.
1.Ümumi vəzifələri yerinə yetirən orqanoidlərə nüvə, mitoxondrilər, ribosomlar, sentriollar, Holci aparatı, lizosomlar və s. aiddir. Nisbətən iri ibtidailər çoxnüvəli, kiçiklər isə təknüvəli olur. Nüvə ikiqat membranla əhatə edilir. Xromosomların sayı orqanizmin növündən asılıdır və 2-dən 160-a qədər dəyişir.
2.Xüsusi vəzifələri yerinə yetirən orqanoidlərə hərəkət orqanoidləri, həzm, yığılma vakuolları aiddir. Hərəkət orqanoidləri qamçılar, kirpikciklər, psevdopodilərdir (yalançı ayaqcıqlar). Məsələn, amöblərin hərəkəti sitoplazmanın hərəkətinə əsaslanır. Ektoplazma endoplazmaya təzyiq edir, bunun nəticəsində sitoplazma bədənin o biri tərəfinə axır və burada psevdopodilər əmələ gəlir. Psevdopodilərin köməyi ilə orqanizm müxtəlif istiqamətlərdə yerini dəyişə bilər. Qamçılılar əsası xüsusi qranul (bazal cisim) olan, blefaroplast adlanan burulmuş fibrillərdən ibarətdir. Kirpikciklər fibrilyar struktura malikdir.
İbtidailərin qidalanması
İbtidailərin qidalanma üsulları olduqca müxtəlifdir. Bəziləri qidanı mayedə həll olmuş qidalı maddələri mənimsəməklə, digərləri hüceyrəvi ağız vasitəsilə, üçüncülər isə psevdopodilər vasitəsilə qəbul edir. Qəbul olunan qida həzm fermentlərinin iştirakı ilə xüsusi həzm vakuolunda həzm olunur. Qida qalıqları isə həzm vakuolu ilə birgə orqanizmdən kənar edilir.Su ibtidailərinin çoxunun bir və ya bir neçə vakuolu var. Bu vakuollar onların orqanizmində sabit osmotik təzyiq yaradır, həmçinin bədəni oksigenlə təchiz edir. İbtidailərin bir qismi bəzi bitki xüsusiyyətlərinə malikdir. 
Fotosintezetmə qabliyyəti
Bitkilər kimi onların bəzi nümayəndələrində də fotosintez prosesi olur. Tərkibindəki xlorofilə və digər piqmentlərə görə onların rəngi qırmızı, yaşıl, sarı, qəhvəyi, hətta mavi də ola bilir. İbtidailərin böyük bir qismi enerjini üzvi birləşmələrin oksidləşməsi nəticəsində alır. Onlar bakteriyalardan fərqli olaraq qeyri-üzvi maddələrdən enerji mənbəyi kimi istifadə edə bilmir.
İbtidailərin çoxalması
İbtidailər cinsi və qeyri-cinsi yolla çoxalır. Qidalanıb böyüyən orqanizm qeyri-cinsi yolla iki hissəyə bölünməklə çoxalır. Bölünmə nüvədən başlayır.
Qıcıqlanma qabliyyəti
İbtidailər xarici qıcığa cavab reaksiyası verə bilir. Qıcıqlanma reaksiyasına misal olaraq ibtidailərin əlverişsiz şəraitə düşdükdə sistaya çevrilməsini göstərmək olar. Bu xüsusiyyət onlara ən əlverişsiz şəraitdə məhv olmamaq imkanı verir. Əlverişli şəraitə düşən kimi sista aktiv vegetativ forma alır (trofozoit) və bu yolla yayılır.
Yaşayış formaları
Sərbəst-Bu canlıların böyük qismi sərbəstyaşayanlardır. 
Simbioz-Bəzi ibtidailər digər orqanizmdə, ona zərər vermədən yaşayır. Məsələn, qamçılıların müəyyən növləri (Hypermastigina dəstəsi) termitlərin və bəzi yüyürüklərin (tarakan) bağırsaqlarında yaşayaraq onlara sellülozanı həzm etməkdə kömək edir. 
Parazit- (3500 növü)ibtidailərin bir çoxu insan və heyvan orqanizmində parazitlik edir. İnsan 50 növ ibtidainin potensial sahibi hesab olunur. Onların 2 növü ağız boşluğunda, 12 növü bağırsaqda, 1 növü sidik axarlarında, 10-a qədəri isə qanda və digər toxumalarda parazitlik edir. Sista açılır və içərisindən aktiv hərəkətli fərdilər (trofozoitlər) çıxır. İbtidailər bu yolla yayılır.

Hiç yorum yok:

Yorum Gönder