29 Nisan 2017 Cumartesi

Sakomastiqoforlar tipi-Qamçılılar sinfi

Qamçılılar sinfi-Bu orqanizmlər şirin və duzlu su hövzələrində yaşayır və bitki, heyvan, həmçinin insan orqanizmində parazitlik edir. Hazırda 8000-ə qədər növü məlumdur.
Qurluşu
Qamçılılar oval, şarabənzər və ya uzunsov formada olur. Ölçüləri mikroskopikdir. Bədənləri ikiqat membranla örtülü olur. Sitoplazmada bir və ya bir neçə nüvə yerləşir. Bu orqanizmlər üçün maye mühitdə hərəkət etməyə imkan verən 1-8, bəzən daha çox (bir neçə min) qamçının olması səciyyəvidir. Hər qamçı bədənə birləşmiş fibrillərdən ibarətdir. Bu orqanizmlər arasında sərbəstyaşayanlara və parazitlik edənlərə rast gəlinir. 
1.Sərbəst yaşayan növləri
 Yaşıl evqlena yaşıl rəngdə, qamçılıdır.Ölçüsü-0,005mm dir.Bədəndə ifrazata xidmət edən 1yığılıb açılan qovucuq,1qırmızı gözcük,1 nüvə və 1 qamçı vardır.Qamçı aparatı  vasitəsilə hərəkət edir. Bu zaman evqlen daim öz uzununa oxu ətrafında fırlanarır. Əksər növlər həmçinin metabolik hərəkət metoduna da malikdir. Onlar güçlü uzanıb və qısalaraq bədən formalarını dəyişməklə, peristaltik dalğalarla hərəkət edirlər. Hüceyrənin ön hissəsində qamçı cibləri yerləşir. Onun kənarlarında qırmızımtıl ləkələr vardır. Bunlar fotoresptor orqanoidləri – stiqmalardır. Qamçı onların həyat dövriyyəsində müxtəlif sayda olur.Beləki sistalaşma zamanı qamçını itirdikləri üçün bu zaman qamçı olmur.Adi halda bir qamçıya malikdirlər ,bölünmə zamanı isə 2 qamçıya malik olurlar. Hüceyrənin demək olar ki, bütün həcmi çoxlu sayda yaşıl rəngli xloroplastlardan ibarətdir.Əlverişsiz şəraitdə sistaya çevrilir.

Qidalanması
Şirin sularda yaşayan evqlena qarışıq qidalanma tipinə (miksotrof) malikdir.Sitoplazmasındakı 20-25 ədəd xromotofor və onların içərisində də xlorofil yerləşir.Mənz bunun hesabına onlar gündüz bitkilər kimi qidalanırlar. Gündüz işıq vaxtı onun enerjiyə olan tələbatı fotosintez vasitəsilə təmin edilir. Günün qaranlıq vaxtı heterotrof qidalanmaya keçərək hazır üzvi maddələrlə qidalanır. Bu zaman xloroplastların rəngi tədricən solur.
Tənəffüsü
Bütün bədən səthi ilə gedir.
İfrazatı
Lazımsız maddələr yığılıb açılan qovucuqlar vasitəsi ilə vaxtaşırı xaric edilir.
Çoxalması
Uzununa bölünməklə( sutkada 1 dəfə) çoxalırlar.Əvvəl nüvə,sonra hüceyrə 2hissəyə bölünür.Bu zaman 2 qamçılı olduğundan hər yeni gələn hüceyrə də 1 qamçı olur.
Volvoks- ilk olaraq Anton Van Levenhuk tərəfindən 1700-cü ildə kəşf edilib.Kaloniya halında yaşayır.Kaloniya halında yaşamasına səbəb isə -tamamlanmamış bölünmə nəticəsində hüceyrələrin bir biri ilə əlaqəli qalmasıdır.Beləki kaloniyada olan armudşəkilli 2qamçılı hüceyrələr bir biri sitoplazmatik körpücüklərlə birləşir.Kaloniyada 1000dək hüceyrə olur.Kaloniyada hüceyrələr elə yerləşib ki qamçılar xaricə doğru yönəlir,nəticədə volvoksun hərəkəti bütün hüceyrələrin qamçılarının birgə fəaliyyəti nəticəsində olur.Koloniyada daxili hüceyrələr(iri hüceyrələr)çoxalmaya,xarici hüceyrələr isə hərəkətə xidmət edir.
2.Parazit növləri
 1.Tripanosomidlər-qan parazitidir."Yuxu" xəstəliyini törədirlər.Paraziti insana yoluxduran-"Se-Se" milçəyidir.
2.Leşmaniyalar-Parazit dərialtı toxumalarda və birləşdirici toxuma hüceyrələrində yaşayır."Leyşmanioz"  və ya başqa adla "İl yarası "  xəstəliyini törədirlər.Paraziti insana yoluxduran-mığmığalardır.Xəstəliyin adınının  "İl yarası" adlanmasına  səbəb-xəstəliyin inkubasiya dövrünün uzun 1 il  və biraz da artıq çəkməsidir.
3.Trixomonadlar-bir neçə növü var.Vagina trixonoması qadın və kişi cinsiyyət sistemində,insan trixonoması isə nazik və yoğun bağırsaqda yaşayır. "Trixomonoz" - xəstəliyini törədirlər.Paraziti insana yoluxduran növündən asılı olaraq dəyişir.
4.Lyamblilərdilər-Nazik bağırsağın yuxarı hissəsində yaşayırlar.Paraziti ilk dəfə1859 cu ildə D.F.Lyambl kəşf etmiş və ona görə də bu ad verilmişdir."lyamblioz"  xəstəliyini törədirlər.Parazitin insana yoluxması insanın parazitin sistasını qida vasitəsilə udması nəticəsində olur.

Hiç yorum yok:

Yorum Gönder