29 Nisan 2017 Cumartesi

İnfuzorlar tipi-Kirpikli infizorlar sinfi

Bir çox mütəxəssislər bu tipdə30 000-dən çox növün olduğunu bildirir. Sərbəstyaşayan və parazitlik edən infuzorlar ayırd edilir.Onların bədənləri sabit və uzunsov formaya malik olub xaricdən sıx pellikula ilə əhatə olunur. Ölçüləri 10 mkm – 4.5 mm intervalında dəyişir.Bədənləri 10 – 15 min ədəd kirpikciklərlə örtülü olur. Kirpikciklərin dalğavarı hərəkəti ilə infuzor təxminən 2 mm/san sürətlə hərəkət edə bilir.  Bu canlıların əksər hissəsi digər heyvanlarla (əsasən, həlqəvi qurdlar, molyusklar, balıqlar, amfibilər, məməlilər) kommensal, simbioz və parazitik münasibətlərdə olur.
Qeyd
Kommensal- birlikdə yaşayan 2 canlıdan biri fayda verir digəri isə neytral olur.(+:0)
Simbioz- birlikdə yaşayan 2 canlının yaşayışı- hər ikinöv üçün faydalı olur.(+:+)
Parazit- birlikdə yaşayan 2 canlıdan biri fayda verir biri zərər verir.(+:-)

 İnfuzorların ən geniş yayılmış növü infuzor tərlikdir 


İnfuzor tərlik 
Əsasən, dənizlərdə və şirin su hövzələrində, bentos və planktonların tərkibində yaşayırlar. Torpaqda və mamırlarda yaşayan infuzorlar da mövcuddur.Bədən xaricdən qlafla örtülüdür,üzərində də kirpiklər  və qısa çöpcüklər yerləşir.Çöpcüklər qıcıqlanma zamanı xaricə atılır düşmənin bədəninə sancılaraq onu iflic edir.Kirpiklər tərliyin üzməsində,qidalanmasında iştirak edirBədənin ön hissəsində yığılıb açılan qovucuq var.Qııcığa qarşı cavab vermə qabliyyəti var.Əlverişsiz şəraitdə sistaya çevrilirlər.
Bu canlıların iki nüvəsi vardır (makronukleus və mikronukleus). 
Vegetativ nüvə (makronukleus) hüceyrə daxilindəki maddələrin sintezinə cavabdehdir.
 Generativ nüvə (mikronukleus) isə çoxalma prosesini həyata keçirir.Bu nüvənin hər hansı bir səbəbdən itməsi infuzorun məhvinə səbəb olur.
Qidalanması
Əsasən, bakteriyalarla və yosunlarla qidalanan bu canlılarda bədənin ortasında ağız→udlaq yerləşir.Qida burda sitoplazmaya çatır,həzm qovucuğunda həzm olunur və həll olmayan bərk qida isə  tullantı dəliyindən xaric olunur.
Çoxalması
Cinsi və qeyri-cinsi yolla çoxalır. 
1.Cinsi çoxalma-konyuqasiya yolu ilə gedir.Bu zaman əmələ gələn infuzorlara həyati qabliyyəti yüksək olur,adaptasiya sürətli olur.
2.Qeyri-cinsi çoxalma-hər iki nüvə 2 yerə bölünür,bədən eninə arakəsmə ilə 2 hissəyə ayrılır.Təxminən bir sutkadan bir  bölünmə baş verir.Məsələ zamanı aşağıdakı düstur ilə hesablama aparmaq olar.

Parazit formaları
Bu tipin patogen nümayəndəsi insanlarda balantidioz xəstəliyi yaradan balantidilərdir.Bu növ parazit insanda parazitlik edən ibtidailərin ən irisi olub,yumurtaya oxşayır.İnsan çirkli su hövzələrindən su içdikdə,qida vasitələri vasitəsilə bu parazitlə yoluxa bilər.İnsan orqanizminə düşmüş parazitdən yoğun bağırsaqda sistada vegetatif forma çıxaraq çoxalır və bağırsaqda yaralar əmələ gətirir.

Hiç yorum yok:

Yorum Gönder