29 Nisan 2017 Cumartesi

Sporlular tipi

Sporlular tipi-Hazırda 20.000-ə qədər növü məlumdur. Bu tipin əsas əlaməti-qeyri cinsi çoxalma,cinsi çoxalma və spor əmələgətirmənin növbələşidir.Bu tipin nümayəndələrinin hamısı parazitdir.
Koksidkimilər sinfi
Hüceyrə daxili parazitdirlər.Qeyri cinsi çoxalma və cinsi çoxalma növbələşir.Onların arasında ən geniş yayılmış növlər malyariya paraziti və toksoplazmoz törədən parazitlərdir. 
Malyariya paraziti
Malyariya plazmodilərinin həyat tsikli cinsi və qeyri-cinsi çoxalmanın növbələşməsindən ibarətdir. İnsan orqanizmində plazmodilər qeyri-cinsi yolla çoxalır,ağcaqanadın bədənində isə cinsi yolla çoxalırlar.
Plasmodium cinsinə aid olan Plasmodium falciparum – insanlarda ağır infeksion xəstəlik olan malyariya xəstəliyini törədir.Parazit insan orqanizminə Anopheles ağcaqanadlarının dişi fərdlərinin sancması ilə daxil olur.

 Bu zaman törədicinin həyat siklinin birinci mərhələsi başlayır, (sporozoitlər) ağcaqanadın ağız suyu vasitəsilə qana və limfatik sistemə daxil olaraq qaraciyərə nüfuz edir. Burada qeyri-cinsi çoxalma (şizoqoniya) yolla çoxalırlar.
Qaraciyər hüceyrələrində sporozoidlər inkişaf edərək şizonta çevrilir. Şizontun nüvəsi şizoqoniya yolu ilə bölünərək çoxlu miqdarda qız nüvələri əmələ gətirir. Əmələ gəlmiş qız nüvələrin hər biri ana hüceyrənin (şizontun) sitoplazmasının kiçik bir hissəsi ilə əhatə olunaraq merozitə çevrilir. Merozitlər əmələ gəldikdən sonra qaraciyər hüceyrəsi dağılır və xaric olmuş merozitin hər biri yeni qaraciyər hüceyrəsinə daxil olaraq əvvəlki prosesi təkrar edir. Merozitlərin digər qrupu isə eritrositə daxil olur. Patazitin eritrositə daxil olana qədərki dövrü ekseritrositar dövr adlanır. Bu dövrdə xəstəlik özünü büruzə vermədiyi üçün gizli dövr adlanır. 
Əmələ gələn parazitlər eritositlərdə hemoqlobini udaraq şizoqoniya yolu ilə çoxalır. Parazit hemoqlobinin qlobin hissəsini udub, hem hissəsini qana buraxır. Sərbəst hem isə orqanizm üçün güclü zəhərdir. Məhz hemin qana düşməsi ağrılı malyariya qızdırmalarına səbəb olur.Sporozoitin eritrositə daxil olduğu vaxtdan 48 saat sonra eritrositlər dağılır və merozitlər xaric olur. 

Eritrosit dağıldıqda ondan 10-20 merozit və toksin təsirli ifrazat məhsulları, o cümlədən melanin piqmenti xaric olur. Toksik melanin piqmenti qanın plazmasına keçərək xəstədə hərarəti 40ºC qədər artıra bilər.Plazmodilərin cinsi yolla çoxalması isə ağcaqanadın orqanizmində baş verir.Eritrositlərə daxil olmuş merozitlərin bir qrupu şizontlara deyil hamontlara çevrilir.Ağcaqanadın bədənində hamontlar inkişaf edərək qametlərə çevrilir. Qametlər isə birləşərək diploid ziqot əmələ gətirir. Ziqotun ətrafında membran əmələ gəldikdən sonra, o sistaya çevrilir, daha dəqiq desək, oosistaya çevrilir. Sonra oosistalar meyoz bölünmə üsulu ilə bölünür və hər oosistanın içində haploid sporozoit formalaşır. Haploid sporozoitlər invaziv formadır, yəni ağcaqanad insanın dərisi üzərinə qonur, qanı sorur, qan sorarkən həmin invaziv formalar zədələnmiş nahiyəyə düşür və sikl yenidən başlanır. 

Xəstəlik yüksək hərarət, üşütmə, qaraciyər  böyüməsi, anemiya ilə müşayiət olunur. Xəstəlik malyariya ağcaqanadı üçün əlverişli ərazilərində - mülayim iqlim,bataqlıq və yağıntılı olan ərazilərdə daha geniş yayılmışdır.

Toksoplazmoz qondi

Toksoplazmoz mərkəzi sinir sisteminin inkişafının anadangəlmə anomaliyaları, ölüdoğuşlar, kimi hallara səbəb olur. Bu xəstəlik heyvandarlığa böyük ziyan vurur. Törədici sahibin bağırsaq hüceyrələrində parazitlik edir. Parazitlər müxtəlif orqanlarda çoxalaraq nekroz və iltihablar yaradır. Bu zaman nekroz baş beyin, qaraciyər, dalaq və s. orqanlara nüfuz edir. Parazitlər sahibin hüceyrələrini doldurur, sahib hüceyrənin nüvəsi parçalanır. Sahibin hüceyrəsinin membranının dağılması nəticəsində toksoplazmlar xaricə çıxaraq növbəti hüceyrələrə daxil olur. Müxtəlif orqan və toxumalarda çoxalan toksoplazmların ifraz etdiyi toksinlər ətrafdakı hüceyrələrə öldürücü təsir edərək onları dağıdır. Nəticədə sahibin hüceyrələrinin kütləvi məhvi onun xəstəliyini kəskinləşdirir və müxtəlif orqanların degenerasiyasına, daha sonra isə funksiyalarının pozulmasına səbəb olur. Toksoplazmozun törədicisi də mürəkkəb inkişaf sikli keçir.Tsiklin bir hissəsi pişiyin, digər hissəsi ayrı bir məməlinin, üçüncü hissəsi isə insan orqanizmində keçir.
İnsan qida vasitəsilə və ya heyvanalar qulluq zamanı yoluxa bilər.

Hiç yorum yok:

Yorum Gönder