29 Nisan 2017 Cumartesi

Sarkomastiqoforlar tipi-Sarkodinlər sinfi

Sarkomastiqoforlar tipi-Bu, ibtidailərin ən primitiv tipi sayılır. Bu orqanizmlərin əksəriyyəti bir nüvəli olub psevdopodilər və ya qamçılar vasitəsilə hərəkət edir. Onlar psevdopodilərin köməyilə həm hərəkət edir, həm də qida əldə edir.Bu sinfin əsas əlaməti Hazırda bu canlıların 18 000-ə qədər növü məlumdur.Bu tipə müxtəlif sərbəstyaşayan növlər, bir sıra parazitlər daxildir. Onların bəziləri insanlarda müxtəlif xəstəliklər yaradır. Orta ölçüləri 15 - 40 mkm.

               Sarkodinlər sinfi
1.Şirin su amöbü (Amoeba proteus) 
2.Dizenteriya amöbü (Entamoeba histolytica).
Şrin su amöbü
Şirin su amöbü gölməçələrdə, kiçik su hövzələrində yaşayır. O, birnüvəli canlı olub, sitoplazması 2 təbəqədən – ektoplazma və endoplazmadan ibarətdir. Psevdopodilər(yalançıayaqlara) vasitəsilə hərəkət edir və qeyri-cinsi yolla (bölünmə) çoxalır. Bütün bədən səthi ilə tənəffüs edirlər.Qıcıqlanma qabliyyəti var.Bu canlılar əlverişsiz şəraitə düşdükdə sista əmələ gətirir.

Əhəmiyyəti
Sarkomastiqoforlar biosenozda mühüm əhəmiyyət daşıyır. Onların əksəriyyəti bakteriofaq olub, bakteriyaların sayını və təsirini tənzimləyir, üzvi maddələrin toplanmasına, su və torpağın özünütənzimləməsinə şərait yaradır. Onlar ilkin produsentlər olub, mühiti qida maddələri ilə zənginləşdirir, onurğalı və onurğasız su heyvanları üçün qida mənbəyi rolunu oynayır. Sarkomastiqoforlar həm də ətraf mühitin göstəricilərini, çirklənmə dərəcəsini təyin edən bioindikatorlardır.
Dizinteriya amöbü
Dizenteriya amöbü-insan orqanizmində yoğun bağırsaqda parazitlik edir. Üzərində dizenteriya amöbünün sistası olan ərzağı udaraq insan bu parazitə yoluxur. Bu parazitin əmələ gətirdiyi şiddətli ishal və bol qanaxma ilə müşayiət olunan ağır xəstəlik amöbiaz adlanır.İnsan yetkin 4 nüvəli sistanı su,qida vasitələri ilə udduqda yoluxma baş verir.Orqanizmə düşmüş sistanın qabığı fermentlərin təsirindən əriyir və amöb bağırsaqda fəaliyyətə başlayır.
Dizinteriya amöbunun sistaları  dezinfeksiyaedici xlorun təsirindən belə məhv olmurlar.

Digər amöblər insanın bağırsaqlarında yaşayaraq bakteriyalarla qidalanır. Ümumiyyətlə, insanın mədə-bağırsaq sistemində 10-a yaxın amöb aşkar edilmişdir.

Hiç yorum yok:

Yorum Gönder