13 Nisan 2017 Perşembe

Sürünənlər-Reptililər

Sürünənlər və ya reptililər- xordalılar tipinin ,onurğalılar yarım tipinin bir sinfidir.İlk sürünənlər Palezoy erasının daş-kömür dövründə əmələ gəlib.Sürünənlərin sürətlə inkişafı isə Perm dövrünə təsadüf edir.İlk quruya çıxan onurğalılardır,ona görə özünəməxsus bir çox xüsusiyyətləri var.

Xarakterik xüsusiyyətləri

  • Tənəffüs yalnız ağ ciyərlər vasitəsilə gedir. 
  • Skeleti təmamən sümükləşib,skeleti kəllə,onurğa,ətrafların skeletinə,onurğa isə 5hissəyə( boyun-8,döş,oma-16-25,çanaq-2,quyruq-40)ayrılır. 
  • Başın sərbəst hərəkət etməsinə səbəb isə 1ciboyun fəqərəsinin həm kəlləyə həm də 2ci boyun fəqərəsinə birləşməsi ilə əlaqədardır.
  • Soyuqanlıdırlar,bədən temperaturu sabit deyildir. 
  • Sürünənlər qarnı üzərində sürünür (ilanlar və ayaqsız kərtənkələlər) və yaxud öz gödək ayaqları ilə bədənini yerdən az qaldıra bilir. 
  • Sürünənlər onurğalıların tamamilə quru həyat tərzinə keçmiş ilk  sinfidir. Bununla əlaqədar dəri quru və buynuz maddədən əmələ gəlmiş törəmələrlə- pulcuqlarla örtülmüşdür. 
  • Buna görə də bədənləri dəri vəzilərindən məhrumdur.
  • Sürünənlərdə mayalanma daxilidir, əksəriyyəti ehtiyat qida maddəsi ilə zəngindir, xaricdən möhkəm qabıqla örtülü yumurta qoyur.
  • Ürək suda-quruda yaşayanlarda olduğu kimi üçkameralı- iki qulaqcıq və bir mədəcikdən ibarətdir. Mədəcikdə natamam ara kəsmə əmələ gəlmişdir. Bədəndə arterial və venoz qanla yanaşı, qarışıq qan da olur. Sürünənlərin quruluş səviyyəsi yüksəldikcə bu arakəsmə inkişaf edərək mədəciyi də iki kameraya bölür. Amma qan damarlarında yerləşmə xüsusiyyəti yenə də qanın qarışmasına səbəb olur. Böyük və kiçik qan dövranı bir-birindən tamamilə ayrılmadığından bədən temperaturu sabit deyil.
  • Sürünənlərdə ön beyin və beyincik amfibilərə nisbətən yaxşı inkişaf etmişdir. Ön beyin yarımkürələrində boz beyin maddəsindən ibarət qabıq əmələ gəlməyə başlamışdır. Baş beyində görmə payları daha yaxşı inkişaf etimişdir, beyincik isə bir çox nümayəndələrində o qədər də böyük deyil.
  • Ətrafları tipik beşbarmaqlı qruluşa malikdir.
  •  Boyun fəqərələrinin sayı müxtəlifdir.
  • Çənələri çox uzun olur.
  • Mezanefros(gövdə böyrəklərinin)(rüşeymdə bala yumurtadan çıxanadək olur) Metanefros (çanaq böyrəklərlə)(yetkin halda) əvəz olunub


Boyun 8 fəqərədən ibarətdir.Baş sərbəst olaraq hərəkət edə bilir.İbtidai formada olsa ilk dəfə döş qəfəsi əmələ gəlib ki o da ürəyi və ağ ciyəri qoruyur.Döş fəqərələrinə sağ və sol tərəfdən 1  qabırğa birləşir.Döş və oma fəqərələri bir birindən seçilmir sayı birlikdə 16-25 olur.

Ağız boşluğu→udlaq→qida borusu→mədə→bağırsaq→klaoka
Qaraciyər böyükdür,öd kisəsi var.

Kisə şəkilli ağciyərlərlə tənəffüs edirlər.Hava burun dəliklərindən daxil olur,ağızla daxil olmur.(suda quruda yaşayanlarda ağızla)

Ürək 3 kameralıdır.1mədəcik 2 qulaqcıq.Qulaqcıqlar arasında arakəsmə tamdır ,mədəcik arasında isə tam deyil(timsahda tamdır-ürək-4kameralıdır).lakin tam olmayan 2 hissəyə sağ və sol .ayrılır,qan qismən qarışır.


1cüt böyrəklərlə.Sürünənlərədə sidik turşusu qatı olur ağ sidik adlanır bu da artıq su itkisinin qarşısını alır.Timsah ilan və bəzi kərtənkələlərdə sidik kisəsi olmur.

Sinir sistemi
Sürünənlərdə ön beyin və beyincik amfibilərə nisbətən yaxşı inkişaf etmişdir. Ön beyin yarımkürələrində boz beyin maddəsindən ibarət qabıq əmələ gəlməyə başlamışdır. Baş beyində görmə payları daha yaxşı inkişaf etimişdir, beyincik isə bir çox nümayəndələrində o qədər də böyük deyil.

Cinsiyyət vəziləri(1cüt toxumlu və 1cüt yumurtalıq)bədən böşluğunda ,onurğanın yanlarında yerləşir.Mayalanma daxilidir.Hatteriya müstəsna olmaqla hamısında cütləşmə orqanı var.Müxtəlif yaşlarda cinsi yetişkənliyə çatırlar.
Regenerasiya qabliyyəti nəticəsində qırılmış quyruq fəqərələri yenidən bərpa oluna bilir.Kərtənkələnin qopmuş quyruğu təxminən 1aya bərpa olunur.

Təsnifatı -4 dəstəyə bölünür.


Hiç yorum yok:

Yorum Gönder