27 Nisan 2017 Perşembe

Ürəyin işi

Ürək- döş qəfəsində iki ağciyər arasında  sola doğru meyilli olan yerləşən,təxminən aid olduğu insanın yumruğu böyüklüyündə əzələvi orqandır.Çəkisi-300 qramdır.O bütov arakəsmə ilə sağ və sol hissəyə ayrılır.İnsan ürək 4 kameralıdı .Qulaqcıqlar yuxarıda mədəciklər aşağıda yerləşir.Sol mədəciyin divarı sağ mədəciyin divarından qalındır.Hər zaman sol tərəfdə arterial,sağ tərəfdə venoz qan olur.Qulaqcıqlar ilə mədəciklər arasında birləşdirici toxumadan əmələ gələn taylı qapaqlar yerləşir.Mədəciklər ilə arteriyalar arasında isə 3ədəd aypara qapaqlar yerləşir.Qapaqlar qanın bir istiqamətdə axmasını təmin edir,geriyə axmasına mane olur. 

Qulaqcıq→Taylı qapaqlar→Mədəcik  
Mədəcik→Aypara qapaqlar→ Arteriyalar         
Ürək ürək yanı kisədə yerləşir.Ürək kisəsi birləşdirici toxumadan ibarət 3 qişadan təşkil olunub.
1.Endokard-daxili qişa
2.Miokard-orta qişa
3. Epikard-xarici qişa
Ürək əzələsi-eninəzolaqlı əzələdir,əzələ lifləri bir-biri ilə birləşərək sinsit tor əmələ gətirir.İşi qeyri-iradidir.Ürəyin forması yaş, cins, bədən quruluşu, sağlamlıq və patologiya kimi amillərdən asılıdır.Ürək yığılıb boşalmaqla qanı ağciyərlərə və orqanlara qovur.

 Ürəyin işi
Ürək ritmik olaraq  yığılıb boşalır.Ürək əzələsinin yığılmasına-sistola,boşalmasına diastola deyilir.Ürəyin bir dəfə yığılıb boşalması ürək döyünməsi adlanır.Bir ürək döyünməsi  3 fazadan ibarətdir.Bir  ürək döyünməsinə sərf olunan vaxt isə 0,8 saniyədir.Sakit halda ürək dəqiqədə70-75 dəfə ,sutkada 100000 dəfə döyünür. Vurğuların tezliyi 60 dan aşağı olduqda bu hal bradikardiya, 90 dan artıq olduqda isə taxikardiya adlanır.Ürək döyüntülərinin sayı yaşla əlaqədardır.Dölün ürək döyüntüləri ananınkından 2 dəfə çox olur.1 yaşadək uşaqlarda  dəqiqədə 100-120,qocalarda 90-95 olur.
Ürəyin bir dəqiqədə qovduğu qanın miqdarı dəqiqəlik tutum adlanır.

Ürək döyüntülərinin sayına təsir edən amillər
Döyüntülər artır↓ 

  • Fiziki iş zamanı -artır.
  • Adrenalin- artır
  • Trioksin-artır                                 
  • Vazopressin-artır                       
  • Ca duzları -artır
  • CO2 nin artması-artır
  • Bədən tempuraturu-artır
  • Simpatik sinirlər
Döyüntülər azalır↓
  • K duzlar-azalır
  • Azan sinir-azalır
  • Histiamin
  • Asetilxolin
Fazalar
1ci faza- Qanla dolmuş qulaqcıqların yığılması,(sistolası) qanın qulaqcıqlardan mədəciklərə ötürülməsi (bu zaman mədəciklərin əzələləri boşalmış vəziyyətdə olurlar), qulaqcıqların yığılması ona açılan venaların mənfəzini daraltmış olur ki, bu da qanın geriyə qayıtmasının qarşısını alır.

2ci faza- Mədəciklərin yığılması(sistolası) qulaqciqların əzələlərinin boşalması ilə müşaiyət olunur. Mədəciklərlə qulaqcıqları ayıran üçtaylı və ikitaylı qapaqcıqlar qapanaraq qanın qulaqcıqlara qayıtmasının qarşısını almış olurlar. Bu zaman əksinə olaraq aorta və ağciyər arteriyası qapaqcıqları açılmış olurlar. Mədəciklərin yığılması qanı bilavasitə aorta və ağciyər arteriyalarına qovmuş olur.Hə sistola zamanı-70-75ml qan damarlara qovulur.Sağ və sol mədəciklər eyni miqdarda qanı qovur.

3cü faza-Diastola fazası və ya fasilə - tam ürək əzələlərinin boşalması və ya bu orqanın bir anlığa istirahəti kimi başa düşülə bilər.Bu zaman nıvbə ilə həm qulaqcıqlar,həm də mədəciklər boşalır.Bu fasilə zamanı venalardan qan qulaqcıqlara, qismən də isə mədəciklərə axmış olur. Yeni tsikl başlarkən qulaqcıqlarda qalmış qanın yenidən mədəciklərə ötürülməsilə tsikl təkrarlanmış olur.
Ürəyi qidalandıran damarlar
Ürəkdən qan dövranı zamanı damarlar vasitəsilə qan daşınır.Ümumilikdə bu daşınma prosesində 8 damar (6 vena,2 arteriya damarı)iştirak edir.


Ürək fəaliyyətinin tənzimi
1.Sinir
2.Hümoral yolla
1.Vegetativ sinir sisteminin parasimpatik və simpatik sistemi şöbələri tənzim edir.Ürək 2cüt mərkəzdənqaçan sinirlə tənzim olur: azan və simpatik.
Azan sinir ürək fəaliyyətini ləngidir.Mədəciklər yalnız simpatik sinirlə innervasiya olunur,onlar azan sinirlə innervasiya olunmur.
2.Vazopressin,trioksin,adrenalin damarları daraldır,ürək fəaliyyətini artırır.Histamin və asteilxolin isə əksinə təsir göstərir.


Hiç yorum yok:

Yorum Gönder